Balacalar üçün
ən böyük hədiyyə
Mütəxəssislər yeni metodikanın uşaqların
bağçaya marağını
artıracağını deyirlər
Dünən "Avropa"
mehmanxanasında Təhsil
Nazirliyi və "Çaşıoğlu" şirkətləri
tərəfindən məktəbəqədər
yaşlı uşaqlar
üçün hazırlanmış
əyani vəsaitlər
toplusunun təqdimatı
oldu.
Bir neçə təhsil müəssisəsinin rəhbərləri, millət vəkilləri və digərlərinin də qatıldığı mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov təhsilin təməlində məktəbəqədər təhsil müəssisəsinin rolunu vurğuladı: "Təhsil sisteminin ilkin pilləsi sayılan məktəbəqədər təhsil müəssislərində, eləcə də ailələrdə uşaqlarla aparılan təlim-tərbiyə işlərinin səmərəliliyi, uşağın hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması onun məktəbə və həyata hazırlanmasının keyfiyyətini şərtləndirir. Məhz məktəbəqədərki dövr uşağın psixi inkişafı və şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Amma təəssüf ki, son vaxtlar biz bunu unutmuşuq. Bizim mentalitetimizdə yanlış bir həqiqət mövcuddur ki, gərək uşaq valideyninin yanında böyüsün. Amma artıq müstəqillik əldə edən, inkişafa doğru gedən ölkə üçün bu cür vərdişlər geridə qalmalıdır".
Nazir məktəbəqədər
təhsilin yeniləşdirilməsi
proqramının təsdiq
edilməsi haqda ölkə başçısı
tərəfindən 2007-ci ildə
sərəncamın imzalandığını
və bundan sonra xeyli iş
görüldüyünü dedi: "Bakıda 11 yeni bağça tikilərək müasir avadanlıqlarla təchiz edilib. Son tədbirlərin nəticəsidir
ki, bağçaya gedən uşaqların sayı 1300 nəfər artıb. "Təhsil haqqında" qanun layihəsinin oxunuşunda da bu sahə
ciddi nəzarətə
çıxarılıb, 5 yaşlı uşaqların
icbari bağçaya aparılması xüsusilə
diqqətdə saxlanılır.
Amma qanun qüvvəyə mindikdən
sonra rayon və kəndlərdə bu işə hazır deyilik. Çünki kifayət qədər bağçalarımız
yoxdur, olanların isə bazası zəifdir".
M.Mərdanov hesab edir ki, məktəbəqədər
təhsil müəssisələrində
uşaqlara saymağı,
əlifbanı öyrətmək
yanlışdır: "Çünki
hər yaşın öz tələbləri və bilikləri qəbuletmə səviyyəsi
var. Hesab edirəm
bağçalar uşaqları
məktəb həyatına
hazırlamaq, uşaqlar
arasında ünsiyyətqurma
vasitəsidir. Bir sözlə, bağça
məktəb deyil".
Nazir proqramda nəzərdə tutulan tələblərin yerinə yetirilməsi üçün bir çox xarici ölkələrin təcrübəsindən yararlanılacağını dedi. Onun sözlərinə görə, bunun üçün nümunə Rusiya təcrübəsi ola bilər: "Moskva meriyası ilə danışıqlar aparmaq lazımdır. Çünki həmin şəhərdə bu yöndə ciddi işlər görülür. Bağçaya tələbat var deyə, Moskvada bağçaların sayı durmadan artır. Finlandiya və Baltikyanı ölkələrlə də əlaqələr qurmaq müsbət nəticələr verə bilər. Biz bu təcrübələrdən yararlandıqdan sonra öz milli bağçamızı qurmağı planlaşdırırıq".
Nazir kadr məsələsinə də toxundu: "Hazırda patyxatda fəaliyyət göstərən kollec var və biz ötən il bu müəssisənin rəhbərliyini kollektiv şəkildə dəyişmişik. Ümid edirik bundan sonra orada hazırlanacaq kadrlar əhəmiyyətli işlər görəcək. Pedaqoji universitetdə olan müvafiq fakültə də işlərini bu proqram əsasında qurmalıdır".
Tədbirdə çıxış
edən TN məktəbəqədər
təhsil müəssisələri
üzrə şöbənin
müdiri Nərminə
Alnağıyeva, Milli
Məclisin təhsil komissiyasının sədri
Şəmsəddin Hacıyev
təqdimatı keçirilən
vəsaitlərin təhsil
tarixində böyük
yenilik olduğunu vurğuladılar. N.Alnağıyeva
əksər tərbiyəçilərin
bundan sonra vəsait çatışmazlığından
şikayətlənməyəcəklərini
dedi.
Ş.Hacıyeva isə 2007-ci ildən başlamış bu proqramın nailiyyətlərin
əldə olunması
üçün zəmin
yaradacağını bildirdi. Amma bu işin təşkilində
əsas 3 amilin olmasının vacibliyini vurğuladı: maddi-texniki
baza, yüksək kadrlar və təlim vəsaitləri.
Millət vəkili Qənirə Paşayeva isə bildirdi ki, bu vəsaitlər "Uşaq ili"ndə balacalar üçün ən böyük hədiyyədir. Amma o, vəsaitlərin - bütün valideynlərin əldə edə bilməsi üçün - satışa çıxarılmasının tərəfdarı olduğunu söylədi. Q.Paşayeva rayondan seçilən millət vəkili olduğu üçün bölgələrdə yeni bağçaların tikilməsinin vacibliyinə diqqət çəkdi. Bundan başqa, balacalar üçün yeni nağılların və yeni ədəbiyyatların yazılmasının zəruriliyini dedi: "Çünki yeni dövrdəyik və yeni baxışlara söykənən nağıllara ehtiyac var".
Millət vəkili Gülər Əhmədova isə bildirdi ki, hələ də yeni dərs vəsaitlərində rus metodikasının izi duyulmaqladır: "Mən hər hansı bir millətin əleyhinə deyiləm. Amma hesab edirəm ki, hər kəs öz övladını öz ruhunda, öz millətinin adət-ənənələri ilə böyütməlidir. Bunun üçün təlim vəsaitlərində yer alan nağılların, rəsmlərin tərtibi öz ruhumuza uyğun qurulmalıdır".
Naibə.
Həftə içi.- 2009.- 11 fevral.- S. 6.