İndoneziya televiziyası Azərbaycanla bağlı film çəkib

 

İndoneziyanın TVRİ dövlət televiziya kanalının əməkdaşları bu ölkədəki səfirliyimizdə "Jendela Dunya" ("Dünyaya çıxış") verilişi üçün Azərbaycan barədə çəkiliş aparıblar. Səfirlikdən bildiriblər ki, veriliş üçün müsahibənin əvvəlində səfir İbrahim Hacıyev Azərbaycanın geostrateji mövqeyi, əhalisi, təbii sərvətləri, tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan - İndoneziya əlaqələri barədə məlumat verib. Diplomat diqqəti Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən demokratik proseslərə, xarici daxili siyasətə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasına cəlb edib. Müsahibədən sonra Azərbaycanın milli geyimləri mətbəxinin nümunələri nümayiş etdirilib, efirə hazırlanan zaman çəkilişə əlavələr olunması üçün Azərbaycanın turizm imkanları, mədəniyyəti, incəsənəti, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, barədə DVD, CD ədəbiyyat TVRİ-nin əməkdaşlarına təqdim edilib. Veriliş tezliklə TVRİ kanalında yayımlanacaq.

 

 

Elnur.

 

Həftə içi.- 2009.- 11 fevral.- S. 4.