Bələdiyyələr yalnız dotasiyaya ümid edir

 

Paylı vergi sisteminin tətbiqi tövsiyə olunur

 

"Təəssüf ki, təcrübədə məqsədli transfertlərin ayrılmasına rast gəlinməyib"

Ötən gün İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi "Yerli büdcələrin transfertləri: mövcud vəziyyət yeni mexanizmlər" mövzusunda "dəyirmi masa" keçirdi. Tədbir "Oxfam" GB İCCO təşkilatlarının dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi" layihəsi çərçivəsində təşkil edilib.

Tədbirdə çıxış edən layihə koordinatoru Rövşən Ağayev bildirdi ki, təmsil etdiyi təşkilat büdcələrarası münsibətlərin təkmilləşdirilməsi ilə bağlı siyasət sənədi üzərindən işləyir. Sənədin məqsədi Azərbaycanda dövlət büdcəsindən bələdiyyələrə maliyyə yardımlarının ayrılması mexanizmlərinin təkmilləşdirilməsinin mümkün variantlarının araşdırılmasını aparmaq daha səmərəli variantı ortaya qoymaqdır. Sənədin hazırlanması çərçivəsində tədqiqatlar aparılıb, xarici təcrübələr öyrənilib, qanunvericilik araşdırılıb sorğular aparılıb. Tədbirin məqsədi həmin nəticələr barədə məlumat vermək dövlət büdcəsindən bələdiyyələrə maliyyə yardımının ayrılması mexanizmini təkmilləşdirməklə bağlı ekspertlərin iştirakı ilə müzakirə aparmaqdır.   

Layihənin eksperti Samir Əliyev "Yerli büdcələrin transfertləri: mövcud vəziyyət yeni mexanizmlər" mövzusunda təqdimat etdi.  

O, çıxışında dövlət büdcəsindən bələdiyyələrə maliyyə yardımı ayrılmasının mövcud vəziyyətini şərh etdi. Onun fikrincə, qanunvericilikdə bələdiyyələrə bir sıra transfertlərin (dotasiya, subvensiya, subsidiya, ssuda) verilməsi nəzərdə tutulsa da, bunlardan yalnız biri - dotasiya tətbiq edilir: "Təəssüf ki, təcrübədə məqsədli transfertlərin ayrılmasına rast gəlinməyib. Bələdiyyələr yalnız dotasiyaya ümid edir. Dotasiyalar isə qanuna görə, 2 meyar - əhalinin sayı ölkənin maliyyə ehtiyatlarının formalaşmasında bələdiyyənin xüsusi çəkisi əsasında bölüşdürülür. Ancaq araşdırma göstərir ki, dotasiyaların bölüşdürülməsində bu meyarlar nəzərə alınmır. Orta hesabla hər rayona, hər bələdiyyəyə, adambaşına ayrılan dotasiyaların həcmini araşdırdıqda qarışıq bir mənzərə alınır. Bilinmir ki, dotasiyalar hansı prinsiplə, hansı meyarla ayrılır. Elə bələdiyyə var eyni həcmdə dotasiya alır, amma əhali sayı baxımından 3 dəfə fərq var. ya eyni əhalisi olan bələdiyyələr müxtəlif həcmdə maliyyə yardımı alır".  

Tədbirdə bildirildi ki, 2007-ci ildə orta hesabla hər bələdiyyəyə düşən dotasiyanın həcminə görə şəhərlər üstünlük təşkil edir. Məsələn, 2007-ci ildə orta hesabla Mingəçevir bələdiyyəsi 27.200, Gəncə 19.533, Sumqayıt 10.567, Şirvan 8550, Bakı bələdiyyəsi isə 8063 manat dotasiya alıb. Ölkə üzrə orta göstərici 1270 manat olub. Adambaşına düşən dotasiyanın həcminə görə vəziyyət əksinə dəyişir. Burada artıq şəhər bələdiyyələri axıra keçir. Adambaşına düşən dotasiyanın həcminə görə Xızı rayonu (1,84 manat) liderlik edir. Lerikdə uyğun olaraq 1,26, Daşkəsəndə 1,11, Yardımlıda 1,05, Abşeronda isə 1,04 manat olub. 2007-ci ildə ölkə üzrə bələdiyyələrə adambaşı 41 qəpik xərclənib. Şəhərlərdə bu göstərici daha acınacaqlıdır. Mingəçevirdə 28 qəpik, Şirvanda 23 qəpik, Bakıda 22 qəpik, Gəncədə isə 20 qəpik olub. Halbuki Bakı şəhəri ümumilikdə dövlətdən aldığı dotasiyanın həcminə görə liderdir.   

2000-ci ildə bələdiyyələrə dövlət büdcəsindən 3,6 milyon, 2001-ci ildə 2,1 milyon, 2002-ci ildə 5 milyon, 2003-cü ildə 1 milyon, 2004-2005-ci illərdə 2 milyon, 2006-cı ildə 3 milyon, son illər isə 3,5 milyon manat ayrılıb.   

S.Əliyev büdcənin ilbəil artımı fonunda transfertlərin həcminin sabit qalmasını qeyd etdi: "Əgər 2000-ci ildə həmin dotasiyaların dövlət büdcəsinin xərclərində payı 0,47 faiz idisə, hazırda bu rəqəm kəskin azalaraq 0,03 faizə düşüb. Bu azalma dotasiyaların yerli büdcələrdə payında da özünü göstərib. Çünki 2002-ci ildə bələdiyyə büdcələrin 39 faizini dotasiyalar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 6 dəfə azalaraq 6,5 faizə düşüb. Xarici ölkələrə dotasiyaların yerli büdcələrdə payı 50 faizdən çoxdur. Məsələn, bu rəqəm İtaliyada 65, Yunanıstanda 60, İspaniyada 59, Almaniyada 55, Litvada 88, Çexiya 76, Slovakiyada 52 faiz təşkil edir".   

S.Əliyev bildirdi ki, tədqiqat nəticəsində aşağıdakı nəticələr alınıb. Dövlət büdcəsindən yerli büdcələrə yalnız məqsədsiz maliyyə yardımları verilir. Dövlət tərəfindən məqsədli maliyyə yardımlarının ayrılması praktikasına rast gəlinməyib. Dövlətin məqsədli maliyyə yardımlarının bölüşdürlməsi əldə edilməsi mexanizmləri mövcud deyil. Dotasiyaların hansı meyarlar əsasında verilməsi məlum deyil. Bölgü "Hamıya eyni həcmdə dotasiya" prinsipi əsasında aparılır. Bələdiyyələrin məqsədsiz maliyyə yardımına olan ehtiyaclarının hamısı ödənilmir. Elə bələdiyyələr var ki, onların illik büdcəsinin yarısı dövlətdən aldığı cüzi dotasiyası hesabına formalaşır. Onun sözlərinə görə, transfert sisteminin təkmilləşdirilməsi məqsədilə ilkin olaraq hökumətə aşağıdakı alternativlər təklif ediləcək. Bunlarda əlavə meyarlar tətbiq etməklə transfertlərin həcminin artırılması (mövcud vəziyyətin saxlanılması), məqsədli büdcə transfertlərinin tətbiqi yolu ilə dövlətin maliyyə yardımı verməsi, məqsədli büdcə transfertlərinin verilməsi paylı vergi sistemi tətbiqidir (qarışıq sistem).   

Ə.Əliyev onu da bildirdi ki, hazırda dünyada məqsədsiz transfertlərlə yanaşı, məqsədlə transfertlər paylı vergi sistemi tətbiq edilir. Bu baxımdan təklif olunacaq alternativlərdə məqsədli transfertlərin verilməsi paylı vergi sisteminin tətbiq edilməsi tövsiyə olunacaq. O, paylı vergi sisteminin tətbiqi misalı kimi fiziki şəxslərdən gəlir vergisindən müəyyən faiz həmin ərazidə yerləşən bələdiyyənin büdcəsinə köçürülməsini göstərdi.

 

 

Sevil

 

Həftə içi.- 2009.- 17 fevral.- S. 1,5.