Universitetlərin Teatr Festivalı

 

Çağdaş təhsildə əhəmiyyətli bir vasitə kimi

 

Teatr sənəti azadlıqdır

 

Baxmayaraq ki, teatr zaman məfhumu qarşısında gücsüzdür tamaşanın başa çatması ilə eyni anda onun da həmin zaman kəsiyi üçün nəzərdə tutulmuş ömrü sona çatır, bununla belə, yenidən dirilmə cəhəti məhz teatr sənətinə xasdır.   

Səhnə obrazı əfsanəvi səməndər quşu təki yanıb kül olandan sonra yenidən həyata qayıdır. Aktyorun həyatdan getməsi ilə onun yaratdığı qəhrəmanlar da yox olurlar. Lakin yeni aktyorun gəlişi ilə qəhrəmanlar da yenidən səhnədə öz yerlərini tuturlar teatr ağacı ömrünün bahar çağını yaşamağa başlayır. Sofoklun qəhrəmanları artıq 3 min ildir müxtəlif ölkələrin teatrlarının səhnələrində öz həyatlarını yaşamaqdadırlar. Qədim möhtəşəm teatr sənəti tarixi təkamülün bütün mərhələlərində bəşəriyyəti müşayiət edir. Çünki teatr canlı təzahürdür, həyatın obrazlı şəkildə çatdırılmasıdır. Teatrın deməli, cəmiyyətin inkişafı isə truppaların vaxtaşırı qastrollara yollanmasından festivalların təşkilindən çox asılıdır.  

"Yuğ" Dövlət Teatrının rejissoru, Bakı Slavyan Universiteti (BSU) Azərbaycan Dövlət Dillər Universitetinin (ADDU) teatr klublarının rəhbəri rejissoru Rasim Aşın pedaqoji fəaliyyətini daha səmərəli istiqamətə yönəldərək universitet teatr festivallarının təşkili ideyası ilə çıxış edib. R.Aşın: "Müvəffəqiyyətin ilk addımı özünəinamdır. Şəxs özünəinamı yalnız özünü ifadə etmək sərbəstliyi ilə qazana bilər. Ümumiyyətlə, sənət, xüsusilə teatr, şəxsin özünü ifadə etməsində ən təsirli vasitədir. Qısaca ifadə etsək , deyə bilərik ki, teatr sənəti azadlıqdır. Sənətin yaradıcı sərbəstliyi şəxsin şəxsiyyətinin formalaşmasında böyük rol oynayır. Yalnız şəxsiyyəti formalaşmış insanlar sabahın çağdaş mədəni cəmiyyətini formalaşdıra bilərlər. bu gənclərin mədəni inkişafı ziyalı şəxsiyyət olmağın əsas şərtlərindən biridir. Cəmiyyətimizin gələcəyini sığortalamaq istəyiriksə, buna öncə gənclərimizdən başlamalı mütləq gənclərin incəsənətlə maraqlanmasını təmin etməliyik".  

Həmsöhbətimiz qeyd etdi ki, bu gün Azərbaycanda gənclik teatrları çərçivəsində festivallar demək olar heç yoxdur. Festivalların gənclərin məsuliyyətini inkişaf etdirdikləri, sərbəstlik yaradıcılıqlarından istifadə etdikləri, bir sözlə, nəfəs alıb dincəldikləri yer olduğunu vurğulayan R.Aşın bu tədbirlərin çoxalmasının intensiv xarakter daşımasının bu baxımdan həyati əhəmiyyətə malik olduğunu unutmamağı önə çəkir: "Dövlət özəl məktəblər, universitetlər tərəfindən başlanan teatr festivalları şəhərlərdə mövcud olan bütün təhsil ocaqlarını əhatə edə bilər. Lakin festivala qatılmaq üçün müraciət edən bütün universitetlərin teatr oyunlarının məşqlərinin müəllim heyəti tərəfindən izlənilib-dəyərləndirilməsi çox vacibdir. Bunun nəticəsində festivala qatılacaq tələbə teatr qrupları festivalın münsiflər heyətinin tamaşaçıların önündə hazırladıqları oyunları nümayişləyə bilərlər. Teatrların tamaşaları festivalın münsifləri tərəfindən dəyərləndirilməli mükafatlandırılmalıdır. Bu amillər gəncləri teatra bir az da yaxınlaşdırmaqla yanaşı, daha mükəmməl səhnə əsərlərinin meydana gəlməsinə təkan verə bilər. Festivalın təşkilatçısı kimi çıxış edən universitetin təqdim etdiyi tamaşa isə etik normalar baxımından mükafatlandırma prosesindən kənarda qalmalıdır".  

I Azərbaycan Universitetləri Teatr Festivalının mayın 5-15-i tarixləri arasında keçirilməsi nəzərdə tutulur. Festivalın əlaqələndirici rejissoru R.Aşın artıq sonrakı illər üçün planlar qurur. Qəzetimizə açıqlamasında o bildirdi ki, dövlət ya özəl universitetlər tərəfindən təşkil oluna biləcək Azərbaycan Universitetləri - Gənclik Teatr Festivalı ikinci ildən etibarən ADU BSU teatr mükafatı festivalın xüsusi mükafatı kimi təltifləri təqdim etməyi, teatr dahilərinə hörmət məhəbbətlərini bildirməyi, teatr sənəti adına teatra dayaq olan şəxs, təşkilat qurumlara təşəkkür etməyi unutmamalıdır. Əvvəlki oxşar müsabiqələrlə müqayisədə fərqli tətbiq nəticələr baxımından ilk olmaq xüsusiyyətinə malik olmağı qarşısına məqsəd qoyan festivalın təşəbbüskarı sonrakı illərdə, məsələn, festivalın yubileyi ildönümlərində Azərbaycan Türkiyə teatr sənətinin ən görkəmli şəxsiyyətlərinin büstlərinin hazırlanmasını beləliklə nəsillər arasındakı əlaqə, mədəni irsə aydın nəzərlərlə baxan (!) ehtiram hissinin aşılanmasını da vacib sayır.

 

 

Samirə Behbudqızı

 

Həftə içi.- 2009.- 17 fevral.- S. 7.