İslam Mədəniyyəti ilinə start verildi

 

İlham Əliyev: "Azərbaycan üçün bu, çox vacib tədbirdir"

 

Dünən respublikamızın ən möhtəşəm sarayında "Bakı - İslam Mədəniyyətinin paytaxtı - 2009" mədəniyyət ilinin başlanması münasibətilə təntənəli açılış mərasimi konsert baş tutdu. Mərasimdə çıxış edən ölkə prezidenti İlham Əliyev dedi: "Mən İSESKO İslam Konfransı Təşkilatına minnətdaram ki, Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunmasında böyük rol oynadılar. Azərbaycan üçün bu, çox vacib tədbirdir. Mən deyərdim ki, bu fakt bizdə böyük fəxr hissi doğurur.   

Azərbaycan yalnız 17 ildir ki, müstəqil dövlətdir. İslam ölkələrinin dostluğuna biz öz töhfəmizi vermək istəyirik. Təcrübə göstərir ki, islam ölkələri birləşəndə qlobal problemlərin həllində əhəmiyyətli rol oynamağı bacarırlar". Prezident vurğuladı ki, islam qardaşlıq tolerantlıq dinidir hər kəs bu dini olduğu kimi təbliğ etməlidir. İ.Əliyevin sözlərinə görə, həm iqtisadi, həm siyasi, həm mədəni aspektlərdə islam dövlətlərinin əməkdaşlığı zəruridir. İ.Əliyev: "Mən əminəm ki, Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması islam ölkələri arasında münasibətlərin mədəni dialoqun inkişafına təkan verəcək. Azərbaycanda mənəvi tərbiyənin yüksəldilməsi ilə bağlı layihələr gerçəkləşdiriləcək".  

Ölkə başçısı öz çıxışında Azərbaycanın özgün mədəni ab-havaya malik olmasının sübutu kimi tarixi-mədəni abidələrə, ədəbiyyat incəsənət şedevrlərinə malik olduğunu dedi. O, eyni zamanda tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, işğal olunmuş ərazilərimizdə ermənilər abidələrimizi dağıdaraq onları yer üzündən silməyə çalışırlar. İ.Əliyev: "Erməni vandallarının hərəkətləri barədə bütün dünya ictimaiyyəti məlumatlı olmalıdır. Azərbaycan gündən-günə inkişaf edir. Ermənistanda isə bu tendensiya müşahidə olunmur. Dünya ictimaiyyəti bütün beynəlxalq təşkilatlar ikili siyasət yürütməməlidirlər. Azərbaycanın torpaqları erməni işğalı altındadır biz ərazi bütövlüyümüz məsələsində heç bir güzəştə getməyəcəyik - torpaqlarımızın 20 faizinin işğalı bir milyondan artıq qaçqın problemi yaradıb".   

Prezident əmin olduğunu bildirdi ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar ədalətli siyasət yürüdəcəklər. Prezident xüsusi vurğuladı ki, Azərbaycan dövləti xalqı regionda sülhün tərəfdarıdır, yeganə məqsədimiz isə dövlətimizin müstəqilliyinin toxunulmazlığı inkişafıdır. İ.Əliyev: "Bizim bütün qüvvəmiz inkişaf etmiş dövlətin yaradılması ətrafında birləşməlidir. Bu gün Azərbaycan bütün sahələr üzrə dünyada ən əlverişli uğurlu partnyordur. Bizim iqtisadiyyatımız son 5 il ərzində yüksək sürətlə inkişaf edir. Məni xüsusi sevindirən cəhət isə bütün sahələrdə müşahidə olunan inkişafdır. Bir neçə il öncə Azərbaycan çox mürəkkəb vəziyyətdə idi. Lakin biz bütün sınaqlardan çıxdıq". Ölkə başçısı öz çıxışında hazırda dünyanın üz-üzə qaldığı maliyyə böhranı məsələsinə toxundu dedi ki, bu böhrana baxmayaraq Azərbaycanda bir sıra irimiqyaslı layihələr gerçəkləşməkdə davam edir. İ.Əliyev: "Beynəlxalq maliyyə təşkilatlarının məlumatları göstərir ki, Azərbaycan bu böhrana tab gətirməyə hazırdır. Biz belə bir səviyyəyə sağlam siyasət iqtisadi potensialı savadlı öyrənərək iqtisadiyyata məqsədyönlü yatırımlar yolu ilə gəlib-çatmışıq. Bir daha qeyd etmək istəyirəm ki, böhran dövründə mədəniyyətə yatırımları azaltmayacağıq, mədəni irsimizin zənginləşməsi üzrə bir sıra işlər görüləcək".   

"Bakı - İslam Mədəniyyətinin paytaxtı - 2009" mədəniyyət ilinin açılış mərasimində iştirak etməkdən ötrü şəhərimizə təşrif buyuran İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri isə jurnalistlərə açıqlamasında bildirdi ki, Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması təsadüfi deyil. Fəxri qonaq qeyd etdi ki, bu tədbirlərin keçirilməsi üçün Bakının seçilməsi əhəmiyyətli hadisədir. Əl-Tüveycri: "Bakı sivilizasiyaları bir-birinə qovuşdurur. Paytaxtınız çox gözəldir tarixilik baxımından özəlliyi ilə diqqəti çəkir. Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı başlanan tədbirlər Azərbaycanın mədəniyyət sahəsində yeni uğurlara imza atması üçün zəmin olacaq". İSESKO-nun baş direktoru tədbirlərin lazımi səviyyədə baş tutmasından ötrü yaradılmış şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdar olduğunu dedi.   

Açılış mərasimində həmçinin YYUNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, islam Avropa ölkələrinin mədəniyyət nazirləri digər rəsmi şəxslər iştirak edirdilər. Xatırladaq ki, Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunması qərarı 2007-ci ilin noyabrında Liviyanın paytaxtı Tripoli şəhərində keçirilmiş İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin V kofransında qəbul edilib. Bu münasibətlə il ərzində Bakıda 100-dən artıq yerli beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək.

 

 

Samirə Behbudqızı

 

Həftə içi.- 2009.- 19 fevral.- S.1-2.