"Kazaklar yalnız Azərbaycan prezidentinə inanırlar"

 

Viktor Mereşkin: "Ondan başqa Dağlıq Qarabağ problemini heç kim həll edə bilməyəcək"

 

Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması istiqamətində atdığı addımlar, "Azadlıq" radiosunun Ermənistan xidmətinin Türkiyənin işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması tələbindən vaz keçdiyi ilə bağlı məlumatlar, Türkiyə prezidentinin rəsmi İrəvanı dəstəkləyən Rusiyaya səfəri Azərbaycan ictimaiyyəti kimi, bu ölkədə yaşayan kazak döyüşçülərinin diqqət mərkəzindədir.   

 "Həftə içi"nə bu ya digər məsələlərə münasibət bildirən Azərbaycan kazaklarının atamanı, general Viktor Mereşkin deyib ki, rəsmi Ankara Azərbaycanı Dağlıq Qarabağ məsələsində heç vaxt tək buraxmaz. Generalın sözlərinə görə, bəzi qüvvələr Rusiya - Azərbaycan Azərbaycan - Türkiyə münasibətlərinin pisləşməsində maraqlıdırlar: "Elə bu kimi məlumatların yayılması da buna xidmət edir. Türkiyə Rusiya yaxud da Ermənistanla münasibətlərini normallaşdırırsa, burada narahatlığa heç bir əsas yoxdur. Əgər söhbət Dağlıq Qarabağ məsələsi ilə bağlıdırsa, bu, təkcə Azərbaycanın deyil, bütünlüklə Cənubi Qafqazın problemi olduğundan onun həllinə nail olmaq lazımdır. Rusiya da, Türkiyə buna cəhd göstərir. Ancaq etiraf edək ki, onların da hər birinin öz maraqları mövcuddur. Çox təəssüflər olsun ki, bu istiqamətdə ATƏT-in Minsk Qırupu, eləcə digər dövlətlər real addımlar atmırlar. İşğal edilmiş Azərbaycan torpaqlarından ermənilərin qeyd-şərtsiz çıxmasını özündə əks etdirən BMT Avropa Şurası Parlament Assambleyasının məlum qətnamələri yerinə yetirilmirsə, hansı dövlətdən kömək gözləmək olar?". V.Mereşkin yalnız bu məsələnin həllində Azərbaycan prezidentinin iradəsinə qətiyyətinə inandıqlarını söyləyib. Onun sözlərinə görə, yalnız prezident İlham Əliyevin tutduğu mövqeyi, müdrik siyasəti Dağlıq Qarabağ problemini həll edə biləcək.   

V.Mereşkin Rusiyanın Ermənistanı silahlandırmasına MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəzdində vahid ordunun yaradılması məsələsinə münasibət bildirib. Onun fikrincə, KTMT heç vaxt Azərbaycan üçün təhlükəli sayıla bilməz: "Birincisi, ona görə ki, Ermənistan istisna olmaqla bu təşkilatda təmsil olunan dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar heç vaxt Azərbaycana qarşı silah tətbiq etməzlər. İkincisi bu təşkilat ora daxil olan dövlətlərin təhlükəsizliyini birgə qoruyacaq. Azərbaycanın isə onların heç birini hədəfə almaq fikri belə yoxdur. Əgər söhbət Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həllindən gedirsə, Azərbaycan öz ərazisində müharibə aparmalı olacaq, öz ərazisini işğalçılardan təmizləyəcək. Üçüncüsü isə Azərbaycan ordusu yüksək səviyyədə formalaşdırılıb. Buna görə KTMT-nin yaranmasında narahatlığa heç bir əsas yoxdur". Amma V.Mereşkin Rusiyanın Ermənistanı silahlandırması məsələsinə inanmadığını söyləyib. Onun sözlərinə görə, belə məlumatlar iki dövlət arasında inciklik salmağa xidmət edir. "Amma bu fakt deyilmi ki, Rusiya Ermənistanı hər bir məsələdə müdafiə edir" sualımızı cavablandıran general bildirib: "Mən buna da inanmıram. Çünki dünyanı bürüyyən iqtisadi böhran Rusiyaya da təsir edib. Rusiyanın özündə o qədər problem yaşanır ki, başqasına dayaq durmağa gücü çatmaz".   

V.Mereşkinə növbəti sualımız 200 il öncə Lənkəran rayonunun Sarı adasında dəfn olunan kazakların atamanı Qlovatının memorial abidəsinin açılışı ilə bağlı oldu. Onu da qeyd edək ki, ordu hakimi, "Georgi" kavaleri, Potyomkin, Suvorov imperatriçənin rəğbət bəslədiyi Anton Andreyeviç Qlovatı Kubandan 2 kazak polku ilə Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədilə 1875-ci ildə bu ölkəyə gəlib. İki ildən sonra dünyasını dəyişən ataman Lənkəran rayonu yaxınlığında Sarı adasında dəfn olunub. General qeyd edib ki, mərasimi may ayına planlaşdırıblar. Tədbirə Rusiya, Ukrayna dünyanın digər dövlətlərindən kazaklar dəvət olunub: "Hazırda yubiley ordeninin hazırlanması üzərində gedir. Orden Qlovatının şərəfinə hazırlanır bizim dostluğumuzun simvoluna çevriləcək. Ordenin üzərində Azərbaycan Kuban döyüşçülərinin simvolları göstəriləcək. Onun üzərində səkkizguşəli ulduz, əklil ortada isə atamanın şəkli əks olunacaq".

V.Mereşkin onu da bildirib ki, ordenə o kəslər layiq görüləcək ki, onlar vətəninə sədaqətlə xidmət ediblər. General ordenin Azərbaycan prezidentinə təqdim ediləcəyinin planlaşdırıldığını söyləyib: "İndi Prezident Aparatından cavab gözləyirik. Razılıq versələr, tədbiri mayda keçirəcəyik". V.Mereşkin abidənin yaxşı gözoxşayan şəkildə hazırlandığını da deyib. Maliyyə məsələsinə gəldikdə isə general dost tanışlarının onlara kömək etdiklərini bildirib.

 

 

Elnur

 

Həftə içi.- 2009.- 19 fevral.- S. 4.