Litva Bakının səylərini dəstəkləyir

 

Kudzmanas Kyastutis: "Biz dostumuz Azərbaycanın demokratik, inkişaf etmiş Avropa dövləti olmasında maraqlıyıq"

 

Dost həmrəyliyi

 

"Biz "Nabucco" layihəsinin reallaşdırılmasına iki əlli tərəfdarıq. Litva Azərbaycanın bu layihənin reallaşması ilə bağlı səylərini dəstəkləyir" - bu fikirləri Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutis səsləndirib.   

Onun sözlərinə görə, ölkəsi bu kəmər vasitəsilə "mavi yanacaq" almasa da hesab edir ki, onun reallaşması Rusiyanı enerji məsələsində daha yumşaq mövqe tutmağa sövq edəcək. Bundan əlavə, Avropa özü bu kəmər vasitəsilə qaz almaqda maraqlı olmalı vahid iradə göstərməlidir: "Azərbaycan artıq bu kəmərə münasibətdə siyasi iradəsini ortaya qoyub. Avropa üçün enerji daşıyıcılarının mənbəyi rolunu oynamağa hazır olduğunu bildirib". Diplomat onu da deyib ki, Azərbaycanın Avropaya inteqrasiya bir çox hallarda bu kəmərin reallaşmasından asılıdır. Çünki "Nabucco" reallaşacağı təqdirdə Azərbaycan dərhal Avropanın müdafiəsi altına keçəcək. Səfir Qarabağ münaqişəsinin həllinə toxunub: "Litva prezidenti Valdas Adamkus birmənalı şəkildə bildirib ki, Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür. Biz Avropa Birliyinin üzvü kimi bu münaqişənin yalnız sülh yoluyla həlli ilə bağlı mövqeyini dəstəkləyirik. Azərbaycanın yaxşı perspektivləri var. Əgər münaqişə həllini tapsa, ölkəniz daha sürətlə inkişaf edəcək. Ümid edirəm Avropa Cənubi Qafqazda sülh sabitliyin hökm sürməsi üçün hər iki tərəfi problemi tezliklə həll etməyə inandıra biləcək". K.Kyastutis onu da bildirib ki, Litva ilə Azərbaycan arasında hazırda çox intensiv siyasi dialoq aparılır. Dövlət başçılarının qarşılıqlı səfərləri çərçivəsində siyasi iqtisadi sahədə əməkdaşlıqla bağlı 10-dan artıq sənəd imzalanıb. Litvalı biznesmenlərin Azərbaycanda fəallığı da artıb. Əgər bir müddət əvvəl burada 10 Litva şirkəti fəaliyyət göstərirdisə, indi onların sayı 200-ə çatıb. Səfirin sözlərinə görə, bu il qarşılıqlı ticarət dövriyyəsinin 100 milyon dollara çatdırılması gözlənilir. Lakin bu da son hədd deyil. Artıq Azərbaycan məhsulları Litva bazarında özünəməxsus yer tutmaqdadır. Diplolmat vurğulayıb ki, iki ölkə ətraf mühitin təmizlənməsi sahəsindəki təcrübəsini Azərbaycana təqdim edə bilər: "Ölkəmiz bu sahə üzrə Avropada liderdir. Həmçinin Litva bir müddət əvvəl Avropa Birliyinin Azərbaycan parlamentinin korrupsiya ilə mübarizə sahəsindəki işinin təkmilləşdirilməsi üçün elan etdiyi tenderdə qalib gəlib. Bundan əlavə, Litva Azərbaycana kənd təsərrüfatı sahəsində köməklik göstərir". Diplomat deyib ki, azərbaycanlı biznesmenlər Litvada sərmayələrini daha çox xidmət, restoranlar otel biznesinə yatırırlar. Azərbaycanın NATO Avropa Birliyinə inteqrasiyası məsələsinə toxunan diplomat bu istək olacağı təqdirdə Litvanın Azərbaycana hər cür köməklitk göstərməyə hazır olduğunu vurğulayıb: "Litva bu istiqamətdə Azərbaycana bir çox şeylər təklif edə bilər. Biz ilk növbədə AB, NATO ÜTT- üzvlüyümüz zamanı əldə etdiyimiz təcrübəni sizinlə bölüşməyə hazırıq. Artıq Litva müxtəlif sahələrlə bağlı təcrübəsini uğurla bölüşməkdədir. Azərbaycanın Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının mütəxəssisləri Litvada təhsil keçirlər. Litva dostu Azərbaycanın demokratik, inkişaf etmiş Avropa dövləti olmasında maraqlıdır".

 

 

Azad

 

Həftə içi.- 2009.- 19 fevral.- S. 3.