Rəsmi Bakı İranı əməkdaşlığa çağırdı

 

Elmar Məmmədyarov: "Bu, hər iki tərəf üçün faydalı ola bilər"

 

Dünən Bakıda Azərbaycan - İran hökumətlərarası iqtisadi komissiyasının 7-ci iclası keçirildi. Toplantıdan sonra jurnalistlərin suallarını cavablandıran xarici işlər naziri Elmar Məmmədyarov vurğuladı ki, komissiyanın 8-ci toplantısı Tehranda keçiriləcək: "Onun vaxtı isə diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək". Nazir onu da bildirdi ki, 7-ci görüşün yekunlarına dair sənəd hazırlanmaqdadır. Onun sözlərinə görə, tərəflər 5 işçi qrup səviyyəsində sənaye energetika, nəqliyyat, kommunikasiya, maliyyə, ticarət, iqtisadiyyat, bank kənd təsərrüfatı, mədəniyyət, səhiyyə, turizm təhsil, hüquqi sərhəd məsələləri ilə bağlı müzakirələr aparıblar:  

"Biz bu 5 işçi qrup səviyyəsində müzakirələrin davamlı olması barədə razılığa gəldik. Zəruri hallarda isə həmsədrlər - Azərbaycan İranın xarici işlər nazirləri danışıqlar prosesinə yardım göstərə bilərlər. Sərhəd, energetika, turizm digər bir sıra məsələlərlə bağlı danışıqlar davam etdiriləcək".  

İranın xarici işlər naziri Mənuçöhr Möttəki isə ölkəsinin ABŞ-ın yeni hökuməti ilə münasibətlərinə toxundu. Bildirdi ki, Vaşinqtonun Tehranla bağlı siyasəti dəyişəcəyi təqdirdə bu ölkə ilə əməkdaşlığın qurulması istisna deyil: "Rəsmi Tehran hazırda ABŞ-ın yeni yanaşmalarını öyrənməkdədir. Əgər ABŞ-ın siyasətində konkret müsbət dəyişikliklər olarsa, İran da öz növbəsində Vaşinqtona doğru analoji addımlar atacaq". O, ABŞ tərəfdən verilən açıqlamaların, sadəcə, söz olaraq qalmayacağına, konkret işdə reallaşacağına inandığını bildirdi.  

Qeyd edək ki, xarici işlər nazirlərinin birgə iqtisadi komissiyanın toplantısı çərçivəsində görüşləri baş tutub. Xarici işlər naziri E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan İranı neft-qaz sahəsində əməkdaşlığa çağırır: "Neft-qaz enerji sahələrində Azərbaycanla İran arasında mümkün əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər". Nazir vurğulayıb ki, Xəzərin neft-qaz ehtiyatlarının istifadəsi beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.   

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəhbəri Arif Əsgərov isə jurnalistlərə açıqlamasında bildirib ki, hökumətlərarası komissiyanın 7-ci iclasında Şimal - Cənub dəhlizi çərçivəsində Qəzvin - Rəşt - Astara - Astara dəmiryol xəttinin tikintisi məsələsi də müzakirə olunub.   

Onun sözlərinə görə, bu layihənin reallaşması üçün 260 milyon avro tələb edilir. Lakin hələlik maliyyə mənbələri müəyyənləşdirilməyib: "Ola bilsin layihənin reallaşdırılması üçün beynəlxalq konsorsium yaradılsın bu yolla maliyyələşdirilmə həyata keçirilsin. Rusiya Dəmir Yolu İdarəsi artıq bu layihənin texniki-iqtisadi əsaslandırılmasının son variantını Azərbaycan İran tərəfinə təqdim edib. Hazırda sənəd bizim tərəfimizdən öyrənilir. Bir sıra rəqəmləri dəqiqləşdirmək üçün onun üçtərəfli komissiyanın birgə iclasında müzakirəsinə ehtiyac var".

  

 

  Azad

 

Həftə içi.- 2009.- 20 fevral.- S.1,2.