Polad Bülbüloğlu mükafatlandırıldı

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Müqəddəs Knyaz Aleksandr Nevski" mükafatına layiq görülüb. Rusiyanın xəbər agentliklərinin məlumatında deyilir ki, bu mükafatı Vətənpərvərlik Mədəni Ənənələrin qorunub-saxlanmasına inkişafına kömək üzrə Regionlararası İctimai Fond təqdim edib. "Rossiya" Dövlət Konsert Salonunda keçirilmiş təntənəli mərasimdə SSRİ xalq artisti Vasili Lanovoy məşhur teleaparıcı Yuri Kovelyonov laureat diplomunu Müqəddəs "Knyaz Aleksandr Nevski" heykəlciyini Azərbaycanın səfirinə təqdim ediblər. P.Bülbüloğlu bu yüksək mükafata "Rusiya Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə, millətlərarası sülhün, razılığın qorunub-saxlanmasına görə" xüsusi nominasiyasında layiq görülüb. Tədbirin təşkilatçıları laureatın istər Azərbaycanın mədəniyyət naziri kimi, istərsə diplomat vəzifəsində ölkələrimiz arasında mədəni dostluq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın genişləndirilməsinə verdiyi xüsusi töhfəni qeyd ediblər.

  

 

   Samirə

 

   Həftə içi.- 2009.- 20 fevral.- S. 7.