"Xəzəryanı ölkələr birgə əməkdaşlığa üstünlük verməlidir"

 

Mənuçöhr Möttəki: "İran Qafqazda sülh təhlükəsizliyin bərpasına yönələn bütün layihələri dəstəkləyir"

 

İranın Bakıda səfərdə olan xarici işlər naziri Mənuçöhr Möttəki ilə "Trend"in Fars redaksiyasının iki ölkə arasında münasibətlər, Xəzər məsələləri, beynəlxalq regional problemlər digər mövzularda müsahibəsi  

 

- Hazırkı İran - Azərbaycan münasibətlərini necə qiymətləndirərdiniz?  

- İran ilə Azərbaycan arasında münasibətlər yaxındır, ciddidir inkişaf edir. Bu münasibətlərin arxasında hər iki dövlət rəhbərinin siyasi iradəsi dayanır. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq zərurəti həm xalqların, həm dövlətlərin maraqlarını əks etdirir. Ticarət, energetika, sənaye, tranzit digər sahələrdə iki ölkə arasında mövcud iqtisadi münasibətlər bir-birini tamamlayır. Azərbaycan tərəfindən həyata keçirilən iqtisadi layihələr sürətlə ciddi şəkildə inkişaf edir. Hazırda İran ilə Azərbaycan arasında mal dövriyyəsi 700 mln. dollar təşkil edir 1,5 mlrd. dollaradək artırılacaq. Azərbaycanda İrandan olan sahibkarları yüksək səviyyədə qarşılayırlar. Biz bu münasibətə görə ölkənin səlahiyyətli şəxslərinə minnətdarlığımızı bildiririk.   

Azərbaycanın təhlükəsizlik gücünün inkişafı İranı iftixarlandırır. İranın gələcəkdə iqtisadi sahədə Azərbaycan ilə münasibətlərinin inkişafı üçün böyük potensial var. Mədəniyyət sahəsində iki ölkənin əlaqələri tarixi yaxınlıq dini etiqada əsaslanır. İki mədəniyyətin yaxınlığı iqtisadi siyasi münasibətlərin genişləndirilməsi üçün zəmin yaradır. İran ilə Azərbaycan arasında əlaqələr çoxtərəflidir. Biz ümid edirik ki, bu əlaqələr gələcəkdə daha da genişlənəcək inkişaf edəcək. Biz hər iki ölkənin maraqlarını təmin etməklə energetika neft-qaz sahələrində, həm dənizdə, həm quruda əməkdaşlıq edəcəyik. Biz energetika sahəsinə birgə sərmayə yatırmalıyıq. İran "Şahdəniz" yatağının işlənməsinə yatırılan investisiyaları dəstəkləyir.  

- Türkiyə son vaxtlar Qafqaz regionunda problemlərin həlli üçün "Qafqazda təhlükəsizlik əməkdaşlıq platforması" layihəsini təklif edib. İran bu layihəyə necə yanaşır Tehran Qafqaz regionunda münaqişələrin həlli üçün təklif edir?  

- Qafqazda böhranın yaranmasından sonra İran Türkiyənin təklif etdiyi layihə ilə bir çox məqamlarda eynilik təşkil edən ideya irəli sürdü. Biz çoxtərəfli danışıqların keçirilməsini təklif etdik. Çoxtərəfli danışıqların aparılması üçün lazımi şərait yarandıqda sonra biz Qafqazda proseslərin əsaslı müzakirəsinə keçə bilərik. Bu nöqteyi nəzərdən İran Qafqazda sülh təhlükəsizliyin bərpasına yönələn bütün layihələri dəstəkləyir.  

- Rusiya XİN-in nümayəndəsi qeyd edib ki, Moskva KASFOR operativ təhlükəsizlik qüvvələri təşkilatının regionun hərbi-dəniz qüvvələrinin iştirakı olmadan da yaradılmasını mümkün hesab edir bu istiqamətdə aparır. İran bu bəyanata necə münasibət bəsləyir?

- Əlbəttə, hər bir ölkə öz ideyalarını həyata keçirə bilər. Amma mənim fikrimcə, Xəzərə çıxışı olan ölkələr birgə əməkdaşlığa üstünlük verməlidirlər. Xəzəryanı ölkələrin Tehrandakı sammitində biz Xəzərin iqtisadi, ekoloyi vəziyyətini, eləcə kontrabanda regionda təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə etdik. Bu sammitdə biz Azərbaycanda Rusiyada iqtisadi Xəzərlə bağlı problemlərin müzakirə olunacağı iclasın keçirilməsi barədə razılığa gəldik.  

- Əfqanıstan İraqdakı problemlər ABŞ İran arasındakı potensial müzakirə mövzusuna çevrilə bilər. İran danışıqlara başlamaq üçün ABŞ-a təklif edə bilər?  

- Biz təklif edən tərəf deyilik. Təklifi başqa tərəf verməlidir - ABŞ. Onların regionda mübahisələri varsa, biz hesab edirik ki, mübahisəli anlar üzrə dialoq düzgün prinsiplər əsasında aparılmalıdır. Bu prinsiplər məntiq, ədalət, sabitlik təhlükəsizliyə əsaslanmalı ifratçılıqdan kənar olmalıdır. İran regionda bu prinsiplərə riayət etməklə aparmaq istəyən istənilən tərəfi dəstəkləyəcək. Amma Birləşmiş Ştatların regiondakı durumla bağlı mövqeyi hələ sona qədər aydın deyil. Biz yeni ABŞ administrasiyasının Əfqanıstanla bağlı hansı layihələri həyata keçirəcəyini bilmirik. ABŞ-ın son yeddi ildə Əfqanıstanla bağlı həyata keçirdiyi siyasət uğursuz oldu. Məntiq Əfqanıstana münasibətdə siyasətin dəqiq müəyyən edilməsini tələb edir. Bu region çox həssasdır, biz orada baş verən hadisələrin gedişini diqqətlə izləyirik. Çünki regiondakı dəyişikliklər onun təhlükəsizliyi ilə bağlıdır.  

- Azərbaycan və İran arasında viza reyiminin götürülməsi haqda müzakirələr hansı səviyyədədir?  

- Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Tehrana səfəri zamanı ölkələr arasında viza reyiminin götürülməsi məsələsini qaldırıb. O bunu Azərbaycandan İrana çoxlu insanların zəvvarlıq ziyarətinə yollanması ilə əsaslandırıb. Rəsmi cavabda mən bildirdim ki, biz Azərbaycan Naxçıvan MR- viza reyimini götürməyə hazırıq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüm zamanı mən bu mövzuya qayıtdım ona viza reyimini götürməyə hazır olduğumuzu dedim. İran Türkiyə ilə viza reyimini götürüb iki ölkədən olan minlərlə insan hər il sərhədi rahat keçə bilir. Bizim azərbaycanlı dostlarımız istəyərlərsə, biz viza reyimini tam olaraq ləğv edə bilərik, yox, əgər istəməsələr, biz yalnız hava nəqliyyatından istifadə edən insanlar üçün viza reyimini aradan qaldıra bilərik. Mən İranın mövqeyini cənab Məmmədyarova çatdırdım.

 

 

Həftə içi.- 2009.- 21-23 fevral.- S. 1,2.