Berlində Beynəlxalq Ana Dili günü qeyd olunub

 

Beynəlxalq Ana Dili günü münasibətilə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi tədbirlər düzənləyib. Məlumata görə, Berlində baş tutan toplantıda Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan qurumlarının nümayəndələri xaricdə yaşayan soydaşlarımızın ana dili ümumiyyətlə türkdilli xalqların dil haqlarının qorunmasına dair müzakirələr aparıblar. Bu məzmunda YUNESKO-ya təqdim edilmək üçün sənəd imzalanıb. Daha bir tədbir isə Azərbaycan Mədəniyyət Ocağında baş tutub. Burada Azərbaycan dili məktəblərinin tarixi inkişafı ilə bağlı mühazirə oxunub, xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi yad edilib. Hər iki tədbirdə Azərbaycan diasporunun fəal üzvlərinin çıxışları dinlənilib, dil problemləri ətrafında müzakirələr dilin hazırkı inkişafı haqqında söhbətlər aparılıb.

 

 

Əli

 

Həftə içi.- 2009.- 24 fevral.- S.3.