"Uşaq ili" hazırlıq davam edir

 

Elnur Kələntərli: "Reabilitasiya mərkəzləri və sosial sığınacaqlar tikiləcək"

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Elnur Kələntərlidən aldığımız məlumata görə, Azərbaycan BMT-nin 1989-cu ildə qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasına qoşulan və "bununla bağlı qarşısında duran öhdəlikləri uğurla yerinə yetirən ölkələrdən biridir.

1993-cü ildən Azərbaycanda Heydər Əliyev tərəfindən müəyyənləşdirilərək həyata keçirilən dövlət uşaq siyasəti 2003-cü ildən prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Uşaqların təhsili, sosial problemlərinin aradan qaldırılması, sağlamlıqları mənəvi inkişafı, hüquqlarının müdafiəsi, şəxsiyyət kimi formalaşmaları məqsədilə mühüm dövlət proqramları qəbul edilərək layiqli tərzdə icra olunur: "Ölkəmizdə uşaqlarla bağlı dövlət siyasəti daim güclənməkdədir. 2009-cu ilin "Uşaq ili" elan olunması barədə dövlət başçısının sərəncamı da deyilənlərə bariz nümunədir. Həmin sərəncamın icrası ilə əlaqədar müvafiq dövlət qurumları, o cümlədən ƏƏSMN tərəfindən hazırlanmış tədbirlər planı cari ilin 18 fevralında ölkə rəhbəri tərəfindən təsdiqlənib. Sözügedən plana əsasən, Azərbaycan uşaqları haqqında məlumat bankının internet saytının, xüsusi portalın yaradılması, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin "Şərq-Qərb" beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, eləcə BMT-nin uşaq hüquqlarına dair konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi nəzərdə tutulub. Uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması tolerantlıq ruhunda tərbiyəsinə yönəldilmiş tədbirlər təşkil edilməlidir. Dövlət uşaq müəssisələrində tamaşaların konsert proqramlarının təşkili, uşaqların sağlamlığı təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr aparılmalı, sağlamlaşdırıcı tədbirlər həyata keçirilməli, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı standartların təkmilləşdirilməsi digər işlərin görülməsi nəzərdə tutulur".

    

3 min əlil ailəsinə yardım verilib"

 

Bu gün respublikamızda uşaqların, xüsusən aztəminatlı ailələrdən olan, eləcə kimsəsiz, yaxud valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər sırasında ƏƏSMN-in həyata keçirdiyi uyğun sosial müdafiə tədbirləri xüsusi yer tutur. Nazirliyin nəzdində xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün internat evləri fəaliyyət göstərir: "Son illər həmin müəssisələrdə normal yaşayış şəraitinin yaradılması uşaqlara hərtərəfli qayğının artırılması məqsədilə ardıcıl işlər görülüb. İnternat evlərində bütün bayramlar, əlamətdar günlər münasibətilə şənliklər təşkil edilir. Onu da bildirim ki, prezidentin 29 mart 2006-cı ildə təsdiqlədiyi "Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) alternativ qayğı dövlət proqramı" uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaq məqsədilə nazirliyimiz sözügedən dövlət proqramından irəli gələn məsələlərin həlli istiqamətində qarşısında duran vəzifələri yerinə yetirir. Hər il yeni tədris ili ərəfəsində tərkibində 2 daha çox əlil məktəbli olan ailələrə nazirliyin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi yardım verir. Ötən il 3 min əlil məktəblinin yaşadığı ailələrə maddi yardım göstərilib".

 

RİH-lər torpaq sahəsi ayırıb

 

Xidmət rəhbəri qeyd etdi ki, ƏƏSMN-in nəzdində olmaqla Bakı Naxçıvan şəhərlərində uşaq-bərpa mərkəzləri fəaliyyət göstərir onlar müasir tibbi-reabilitasiya avadanlıqları ilə təmin edilib. Hər il neçə-neçə sağlamlıq imkanı məhdud uşağa orada bərpa-müalicə xidməti göstərilir: "Respublikanın bir sıra rayonunda uşaqlar üçün sosial sığınacaqlar reabilitasiya mərkəzləri inşa olunacaq. Artıq həmin obyektlər üçün xüsusi layihələrin hazırlanması işi başa çatıb. Adıçəkilən mərkəzlərə xüsusi binaların inşası məqsədilə yerli icra hakimiyyətləri tərəfindən torpaq sahələri ayrılıb yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq".

 

  "163.400-dən çox ailə yardım alır"

 

E.Kələntərli vurğuladı ki, 1 iyul 2006-cı ildən ölkəmizdə ünvanlı dövlət sosial yardımı mexanizminin icrasına başlanılıb. Ötən 2 il yarım müddətdə bu yardımlardan bəhrələnənlərin əksər hissəsi təkuşaqlı ailələr olub: "Hazırda respublikamızda 163.400-dən çox ailə sözügedən yardımı alır onların 41,7 faizi çoxuşaqlı ailədir. Yardım alan ailələrin 90 faizində uşaq mövcuddur, başqa sözlə, yardım alan ailə üzvlərinin 47,1 faizi uşaqdır. Biz sadaladığımız tədbirlər silsiləsini yüksək səviyyədə davam etdirməklə uşaqlarla bağlı siyasətin, uşaqların sosial müdafiəsinin möhkəmlənməsinə gücləndirilməsinə çalışırıq".

  

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 25 fevral.- S. 6.