"Şəmsi Bədəlbəyli - sənətdəki həyat"

 

Yaxşı ziyalı tarixi şəxsiyyətdir

 

Zərifə xanım Salahovanın Miniatür Kitab Muzeyində görkəmli teatr rejissoru Şəmsi Bədəlbəylinin həyat yaradıcılıq yolundan bəhs edən kitabın təqdimat mərasimi baş tutdu. Nailə Rəhimbəylinin qələmə aldığı "Şəmsi Bədəlbəyli - sənətdəki həyat" kitabı Mədəniyyət Turizm Nazirliyi, "Kitab" cəmiyyəti "İndigo" nəşriyyat kompleksinin birgə əməyinin bəhrəsidir. Miniatür Kitab Muzeyində həmişə olduğu kimi, təqdimat mərasiminə toplaşanların kontingenti intellektual səviyyəsinin yüksəkliyi ilə seçilirdi. Etiraf etməliyik ki, Ş.Bədəlbəylinin yaradıcılığı, teatr kino sənətimizdə qoyduğu iz kifayət qədər tədqiq olunmayıb. Buna görə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi N.Rəhimbəylinin bu kitabı Ş.Bədəlbəylinin Azərbaycanda musiqili teatr janrının inkişafında oynadığı əvəzsiz rolunun təhlili olaraq diqqətəlayiqdir. Şəmsi Bədəlbəyli mədəniyyətimizin incəsənətimizin beşiyinin başında dayanıb ucqar yerlərdə yaşayan soydaşlarında teatr kinoya maraq oyadaraq onların dünyagörüşünün genişlənməsi yolunda yorulmadan çalışan ziyalılarımızdan idi. "Dostluq" adlı teatra rəhbərlik etdiyi dövrlərdə Ş.Bədəlbəyli eyni zamanda, digər teatrlarımızın da fəaliyyətinin məhsuldar keyfiyyətli olmasından ötrü onların qastrol səfərlərinin təşkili vasitəsilə sənətkarlarımızın SSRİ-nin müxtəlif şəhərlərində tanınmasına nail olmuşdu. Ş.Bədəlbəyli eyni zamanda keçmiş ittifaqın ən yaxşı teatr kollektivlərinin ölkəmizə səfərinin təşəbbüskarı kimi tanınırdı. Musiqili Komediya Teatrının "qızıl" dövrü isə məhz onun adı ilə, onun baş rejissor olduğu, nizam-intizam yaradıcılıq axtarışlarının başlıca üsulu kimi yaddaşlara həkk edildiyi illərlə bağlıdır.

   "Şəmsi Bədəlbəyli - sənətdəki həyat" kitabının təqdimatında Gülrux Əlibəyli, Azərpaşa Nemətov, Çingiz Abdullayev, Ramiz Quliyev, Qazaxıstan Respublikasının səfiri Serik Primbetov, mədəniyyət işçilərinin həmkarlar ittifaqları respublika komitəsinin sədri Cəmilə Səttarova digərləri əsl vətəndaş, peşəkar erudit olan Ş.Bədəlbəylinin əziz xatirəsinin hələ uzun müddət ürəklərdə yaşayacağını dedilər.

   Ç.Abdullayev qeyd etdi ki, Ş.Bədəlbəylinin əsl ziyalıya xas keyfiyyətləri, vicdan borc məfhumlarına uyğun davranışı ətrafındakı insanlara son dərəcə böyük pozitiv təsir göstərirdi. Onu şəxsən tanıyan, yaradıcılığına, cəmiyyətdə tutduğu mövqeyə mədəniyyət tarixindəki yerə yaxşı bələd olan insanlarla yanaşı, onun oğlu, tanınmış pianoçu Fərhad Bədəlbəyli çıxış etdi. O öz növbəsində atasının xatirəsinin əbədiləşdirilməsindən ötrü daha bir addım atmış insanlara dərin minnətdarlığını bildirdi.

  

 

 Samirə

 

Həftə içi.- 2009.- 26 fevral.- S. 7.