"Əsas məqsədimiz milliyə
oyunçu hazırlamaqdır!"
FUTBOL üzrə milli
komandanın baş məşqçisi Berti Foqtsun üç klubun çalışdırıcısı
- Qurban Qurbanov ("Qarabağ"), Valentin Xodukin ("İnter") və Cokiça Hacıyevski ("Bakı")
ilə görüş
keçirməsi barədə
xəbərdən sonra
ölkə mətbuatında
belə bir informasiya çıxdı
ki, görüşə
dəvət almayan
"Simurq"un baş məşqçisi Roman Pokora dəvətlilər sırasında olmadığı
üçün hiddətlənib
və Zaqatala təmsilçisinin futbolçularını
yığmanın Frankfurtda
təşkil olunacaq təlim-məşq toplanışına buraxmayacaq.
Məlumatın nə
dərəcədə həqiqətə
uyğun olmasını
araşdırmaq üçün
"Simurq"un əsas söz sahibi - klubun prezidenti Zaur Məmmədovun mövqeyini
öyrəndik. Livesport.az
saytına verdiyi müsahibədə "Simurq"un prezidenti bunları
söylədi: "Biz
hamımız bir məqsəd güdürük:
Azərbaycan futbolunu inkişaf etdirmək. AFFA Berti Foqtsu millinin
baş məşqçisi
təyin edib. Foqts da yığmamızın
uğur qazanması üçün bacarığını
ortaya qoyur. Millinin istənilən toplanışına nəinki
"Simurq", istənilən
Azərbaycan klubu oyunçularını canla-başla
buraxacaq. Ölkənin
əsas komandasının
formasını geyinmək
hər bir futbolçu üçün
şərəfdir. Biz
istəyərdik daha çox sayda futbolçumuz Azərbaycan
yığmasının şərəfini
qorusun. Axı əsas məqsədimiz milliyə oyunçu hazırlamaqdır! Bir sözlə, millinin istənilən təlim-məşq toplanışı,
yoxlama və ya rəsmi görüşünə
dəvət alan hər bir oyunçumuz
göstərilən tarixdə
düşərgədə olacaq".
Həftə içi.- 2009.- 27 fevral.- S. 7.