"Aytmatov və müasirlik"

 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Aytmatov və müasirlik" mövzusunda beynəlxalq forum öz işinə başlayıb. Rusiya xəbər agentliklərinin məlumatına görə, XX əsr dünya ədəbiyyatının ən görkəmli simalarından olan Çingiz Aytmatovun 80 illik yubiley təntənələri çərçivəsində baş tutan forum "MDB ölkələrində ədəbiyyat və oxu ili"nin nəticələrinə həsr olunub. Foruma dövlət və ictimai xadimlər, mədəniyyət, incəsənət, təhsil və ədəbiyyat sahəsində çalışan ziyalılar qatılıblar. Ölkəmizi "Aytmatov və müasirlik" forumunda R.Məcid, S.Babullaoğlu, V.Bəhmənli təmsil edirlər. Forum iştirakçıları Çingiz Aytmatovun ədəbiyyatdakı rolu, qoyduğu irs, təkrarsız üslubu barədə danışıblar. Dünən tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

  

  

Samirə

 

Həftə içi.- 2009.- 27 fevral.- S. 7.