Xocalı soyqırımı
anıldı
Şuşa Mədəni Maarif Texnikumunun kollektivi hərbçilərlə
bir araya gəldilər
Xocalı faciəsi Azərbaycan
xalqının tarixində ən qanlı səhifə, bəşər
tarixində insanlıq əleyhinə törədilmiş ən
ağır cinayətlərdəndir.
1992-ci il fevralın 25-dən
26-na keçən gecə baş vermiş bu hadisə
xalqımıza qarşı həyata keçirilən bir
soyqırım idi. Ən müasir motoatıcı
silahlardan və zirehli texnikadan istifadə etməklə əhalinin xüsusi amansızlıqla qətli,
yüzlərcə insanın
yaralanması, işgəncələrə
məruz qalması, itkin
düşməsi, əsir
götürülməsi ilə
nəticələnən bu
soyqırım əvvəlcədən
planlaşdırılmışdı. Erməni qəsbkarlarının
həyata keçirdiyi
bu kütləvi və amansız insan qırğını
həm də Azərbaycanın dövlət
müstəqilliyini və
ərazi bütövlüyünü
hədəfə almışdı.
Bir sözlə, bu, bəşəriyyət
üçün ən
böyük faciədir.
İldönümlə
bağlı Şuşa
Mədəni Maarif Texnikumu kollektivinin Azərbaycan Dövlət İncəsənət Muzeyinin
əməkdaşları ilə
birgə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə
keçirdiyi tədbir
xüsusilə diqqəti
cəlb etdi. Tədbiri Ali Hərbi Məktəbin nümayəndəsi - kapitan
İsmiyyət Kərimov
açaraq çıxış
üçün sözü
Dövlət İncəcənət
Muzeyinin direktor müavini Elmira Qasımovaya verdi. O, soyqırımla bağlı
tədbir iştirakçılarını
ətraflı məlumatlandırdı.
Bildirdi ki, Xocalı soyqırımını
törədənlərin hələ
də azadlıqda olması o deməkdir
ki, bəşəriyyət
cinayətkarları gizlədir,
onları cəzalandırmır.
Daha sonra ora dəvət
olunmuş qonaqlardan Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli, Azərbaycan
Yazıçılar və
Jurnalistlər Birliyinin
üzvü, Xocalı
faciəsinə həsr
edilmiş "Şəhid
şəhər" poemasının
müəllifi Ələmdar
Quluzadə, Xocalı mövzusunda silsilə əsərlər müəllifi,
rəssam Vaqif Ucatay, "Sonsuz erməni vandalizminin iç üzü" kitabının
müəllifi, ehtiyatda
olan zabit, Qarabağ müharibəsi
əlili Məhərrəm
Zamanlı öz fikirlərini hərbi heyət qarşısında
söylədilər.
Sonra tədbir
Şuşa
Mədəni Maarif Texnikumunun tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynovanın
həmin texnikumun tələbələri ilə
birgə hazırladığı
ədəbi-musiqili kompozisiya
ilə müşayiət
olundu. Onlar Xocalı faciəsinə həsr edilmiş şeirlər söylədilər,
həmçinin muğam
parçaları ifa etdilər. O cümlədən
ulu öndərimiz Heydər Əliyevin və onun layiqli
davamçısı möhtərəm
prezidentimiz İlham Əliyevin hərbi quruculuq sahəsini əks etdirən fraqmentlər göstərildi.
Tədbir Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları
və məclis iştirakçılarının birgə canlı ifa etdikləri dövlət himni ilə başa çatdırıldı.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2009.- 27 fevral.- S. 6.