"Xocalı ayı"na yekun vurulub
Ötən gün "Gənc liderlər" Uşaq Təşkilatının
elan etdiyi "Xocalı ayı"na yekun vurulub.
Qətliamda yüzlərcə
uşağın öldürülməsi
erməni vəhşiliyinin
nümunəsi kimi qiymətləndirilib. Təşkilat
sədri Fərid Şahbazlı azərbaycanlı
uşaqların bu faciəni heç zaman unutmayacağını
və həmyaşıdlarının
qanının yerdə
qalmayacağını bildirib:
"Xocalı ayı"
çərçivəsində təşkilatımız mindən
artıq ünvana
"e-mail hücum"
təşkil edib. Xocalı barədə ingilis dilində məlumatlar göndərdiyimiz
şəxslər arasında
Fransa, İsrail,
ABŞ, Rusiya, Uqanda, Pakistan parlamentlərinin deputatları və digər beynəlxalq təşkilatlar var. Bundan əlavə, aylıq çərçivəsində
GLUT Bakının 7, 47, 207, 258 saylı, Cəlilabadın
1 və 8 saylı məktəblərində Xocalı
qətliamı ilə
bağlı debatlar keçirilib. Eyni zamanda Britaniya səfirliyində görüş
keçirilib, TV-lərdə
faciə ilə bağlı uşaqların
çıxışına şərait yaradılıb".
"Dəyirmi masa"da çıxış
edən Səbail rayon İcra Hakimiyyəti başçısının
müavini Xalidə Bayramova GLUT-un aylıq çərçivəsində
gördüyü işləri
təqdirəlayiq sayaraq
Xocalı faciəsinin
başvermə səbəblərindən
və qurbanlarından
danışıb. X.Bayramova
Xocalı soyqırımında
zərər çəkən
uşaqlara və onların ailələrinə
daha çox diqqət göstərilməsinin
vacibliyini vurğulayaraq
bu işdə hamını səfərbərliyə
çağırıb.
Əli.
Həftə içi .- 2009.- 27 fevral.- S. 4.