"Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası lazımdır"

 

Ramin Bayramov: "Kənd təsərrüfatının inkişafı azərbaycanlıların sosial durumunu yaxşılaşdıracaq"

 

"Trend" informasiya agentliyinin Gürcüstan parlamentinin deputatı Ramin Bayramovla müsahibəsi

  - Əsas məqsəd gələcək çalışmalar üçün Azərbaycan parlamenti ilə daha sıx əlaqələr qurmaqdır. Gürcüstan Azərbaycan strateyi tərəfdaşdırlar biz qədər çox görüşsək, öz ideya planlarımızı bir-birimizlə bölüşsək, problemlərimizi müzakirə etsək, bu, bir o qədər mövcud problemlərin həlli münasibətlərin inkişafına yardımçı ola bilər.  

 - Gürcüstan parlamentində millət vəkili olduğunuz zaman hansı işləri görmüsünüz?  

 - Millət vəkili olan kimi mənim üçün əsas məqsəd azərbaycanlıların problemləri haqqında həqiqi informasiya əldə etmək idi, çünki əhalinin rəyi böyük əhəmiyyət kəsb edir. Çox zaman elə olur ki, insanlar hansısa problemləri qaldırır, amma onların mənbəyini həlli yollarını bilmir. Təəssüf ki, azərbaycanlıların kompakt yaşadığı yerlərdə qeyri-hökümət sektoru zəif inkişaf edib ki, bu da müəyyən sədlər yaradır. Mənim prioritetlərimdən biri - mövcud qeyri-hökumət təşkilatlarının fəaliyyətini fəallaşdırmaqdır ki, onlar peşəkar səviyyədə işə başlasınlar, monitorinqlər keçirsinlər, problemləri ortaya çıxarsınlar. Dövlət dilini bilməmələri üzündən hətta QHT-lərin problemləri yaranır, çünki onlar layihələr hazırlaya bilmirlər. Yerli insan resursundan yararlanmaq, insanlara lazımi bilikləri vermək lazımdır. Bizim əldə etməli olduğumuz hədəf azərbaycanlıların ictimai-siyasi həyatda fəallığının artırılmasıdır. Bir neçə rayonda mərkəzlər, yeni təşəbbüs qrupları, QHT-lər yaradılıb. Biz özümüz ora daxilik, problemləri öyrənir, onları həll etməyə çalışırıq.  

 - Gürcüstan azərbaycanlıları əsasən hansı problemlərlə sizə müraciət edirlər?  

 - Problemlər çoxdur. Əsasən həbsdə olan yaxınlarının əfv edilməsi məsələsi ilə bağlı müraciət edirlər. Dövlət dilini bilmədikləri üçün kimə müraciət etməyi, necə əldə etməyi bilmədikləri üçün qrant məsələləri ilə bağlı müraciət edirlər. Kənd təsərrüfatı, xüsusilə meliorasiya sahəsində ciddi problemlər var. Bəzi məsələləri biz həll edə bilərik, amma elələri olur ki, Gürcüstan qanunvericiliyinə ziddir biz müraciət edənlərə bunu başa salmağa çalışırıq.  

 - Gürcüstan azərbaycanlılarının hazırkı sosial durumunu necə xarakterizə edərdiniz?   

 - Biz bu sahədə işləməyə çalışırıq. Həm yerli, həm mərkəzi hökumət səviyyəsində çoxlu proqram var. Azərbaycanlılar əsasən kənd təsərrüfatı ilə məşğul olur bu sahədə çoxlu problem var ki, bu da onların sosial durumunda əks olunur. Onlardan biri meliorasiya ilə bağlıdır. Su təchizatı sistemi bərbad vəziyyətdədir, suvarma kanalları on illərdir təmir olunmayıb. Adətən bu səbəblərdən bir sıra kənd təsərrüfatı ilə məşğul olan insanlar öz məhsulunu itirmək məcburiyyətində qalır. Biz suyun heç olmasa əkin sahələrinə çatmasını təmin etməyə çalışırıq. Kommersiya fəaliyyəti ilə məşğul olan azərbaycanlılar qanunvericiliklə, vergiqoyma ilə əsasən tanış deyillər bununla əlaqədar olaraq daim şikayətlər gəlir. Biz QHT-ləri işə qoşuruq onlar etmək lazım olduğunu göstərirlər. Ümumi duruma gəlincə, mən hesab etmirəm azərbaycanlıların durumu gürcülərin özünün durumundan iləsə fərqlənir.  

 - Torpaq məsələsi yerdədir? KİV- çox danışılmışdı ki, torpaq bölgüsü zamanı azərbaycanlılar torpaq almayıb?  

 - Mən Gürcüstan azərbaycanlılarının torpağı olmadığını yazan KİV-in materialları ilə daim tanış oluram. Bu yalandır - Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyətinin torpağı var. Problemlər varsa belə, bu ancaq əhalinin 10 faizini əhatə edir. Bir neçə növ torpaq var. Həyətyanı sahədən danışırıqsa, bu cür torpaqlar hamıya paylanıb. Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqlara gəlincə, onlar üçün hərrac keçirilib. Açıq hərracda torpağı, yaşadığı yerdən asılı olmayaraq, Gürcüstanın istənilən vətəndaşı ala bilərdi. Yəni Gürcüstanın başqa yerindən olan birisi azərbaycanlıların yaşadığı yerlərdə torpaq alıbsa, bunları onun əlindən almaq olmaz, çünki bu onun şəxsi mülkiyyətidir. Xüsusi hərracda konkret kəndin sakinləri iştirak edirdilər satılan torpaqlar da həmin kəndin torpaqları idi. Bu gün kiminsə torpağı yoxdursa, yəqin, o, bölgü zamanı Gürcüstanda olmayıb, ya da bu adamlar torpağı alıb, sonra başqasına satıblar. Əlbəttə, problemlər var, amma onlar KİV-in göstərdiyi kimi deyil. Mövcud problemlərlə isə məşğul olurlar.  

 - Azərbaycan Gürcüstanda yaşayan həmvətənlərinə yardım üçün edə bilər?  

 - Məsələlərdən biri kənd təsərrüfatıdır. Bu gün kənd təsərrüfatının inkişafı azərbaycanlıların sosial durumunu yaxşılaşdıracaq. Kənd təsərrüfatı maşınlarının, texnikasının olmaması problemdir. Bununla yanaşı, satış bazarı da vacib əhəmiyyət daşıyır. Bu məsələdə Azərbaycan ciddi yardım göstərə bilər. Bunun üçün Azərbaycanda satış bazarları təşkil etmək lazımdır. Kiçik orta biznesin inkişafı məsələsi, bu sahəni tədqiq edib informasiya işini apara biləcək peşəkar kadrların hazırlanması da vacibdir. Onlar biznesin bu ya digər inkişaf yolları haqda məlumat verməlidir ki, yerli əhali ilə məşğul ola biləcəyindən xəbərdar olsun.

 - Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı işləri yerdədir?  

 - Təhsil azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası üçün ən vacib məsələlərdən biridir. Qanunvericilik səviyyəsində bəzi problemlər var ki, biz onlarla sıx məşğul oluruq. Orada bizim nəzərimizlə bəzi çatışmazlıqlar var. Məsələn, gürcü dilində təhsil. Bu problemlərlə biz məşğul oluruq. Gürcü dilini ümumiyyətlə bilməməyə gəlincə, gəncləri dövlət dilini öyrənməyə hazırlamaq lazımdır, çünki yuxarı yaşlarda dil öyrənmək çox çətindir. Belə bir informasiya var idi ki, hökumət azərbaycanlı direktorları gürcülərlə dəyişməyə çalışır - bu yalandı, belə bir şey heç vaxt olmayıb. Çatışmazlıqları olan qanun var idi, amma islahatlar bitməyib, o davam edir. Ali təhsil müəssisələrinə daxil olmaq üçün abituriyentlər həm Azərbaycan, həm gürcü dillərində imtahan verə bilərlər. Əvvəllər Gürcüstan ali təhsil müəssisələrində oxuyan azərbaycanlıların sayı çox az idi. Onlar əsasən Azərbaycana, yaxud da başqa ölkəyə yollanırdılar. Amma indi Gürcüstanda oxuyan azərbaycanlıların sayı artıb. Ali təhsil müəssisələrinə daxil olmaq üçün əsas maneə gürcü dilini bilməyin vacibliyi idi ki, biz onu aradan qaldırdıq. Bu o demək deyil ki azərbaycanlılar bundan sonra gürcü dilində oxumayacaq. Sadəcə, onlara Azərbaycan dilində imtahan vermək imkanı yaradılır, amma bundan sonra onlar gürcü dilində təhsil alacaqlar. Dərsliklərlə bağlı problemlər var Azərbaycan bu planda bizə yardımçı ola bilər.

 

 

Həftə içi.- 2009.- 27 fevral.- S. 4.