Maestro Niyazini
necə tanıdıq?
Əzirə Ələkbərova:
"Maestro rəsm çəkməyi
və idmanla məşğul olmağı
çox sevirdi"
Azərbaycanın sənət
tarixində iz qoyan musiqi xadimləri
çox olub. Onlardan biri də
Hacıbəyovlar nəslinin
davamçısı dirijor
və bəstəkar Niyazidir (20.08.1912 - 02.08.1984). Maestro dünya şöhrəti
qazanan sənətkar olaraq bir sıra
ölkələrin sərhədlərini
aşıb və Azərbaycan milli musiqi nümunələrini
professionallıqla təqdim
edib.
Niyazini həqiqətən
də Azərbaycan musiqisinin inkişafında
rol oynayan sənətkarlar sırasına
daxil etmək olar.
Biz də maestronun yaradıcılığı ilə
yaxından
Ev-muzeyinin otaqları
Muzeyin elmi işçisi
Əzirə Ələkbərovanın
sözlərinə görə,
Niyazinin ev-muzeyi onun yaşadağı illərdə 3 otaqdan ibarət olub. Maestronun ölümündən
sonra isə dövlət tərəfindən
muzeyə 2 otaq da bağışlandı:
"Hazırda muzey 5 otaqdan ibarətdir. 3-ü
(qonaq, yataq və iş otağı - S.R.) memorial otaqlardır.
Digər 2 otaq isə ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə
olunur". Qonaq otağının divarında
maestrounun və görkəmli rəssam Böyükağa Mirzəzadənin
1953-cü ildə onun
həyat yoldaşı
Həcər Tağızdəyə
çəkdiyi portiret
asılmışdı. Bundan
başqa, otaqda müxtəlif illərdə
Niyaziyə bağışlanan
və muzey tərəfindən əldə
olunan rəngkarlıq
əsərləri də
nümayiş etdirilir.
Otağın bir hissəsində isə dirijorun jurnal stolu və kreslosu
da qoyulmuşdu ki, həmin masada Niyazi yaxın
dostu Bəxtiyar Vahabzadə ilə nərd oynamağı sevərmiş. Yataq otağında isə maestronun libasları saxlanılan paltar dolabı, müxtəlif ölkələrdən gətirilən
əşyalar və Niyaziyə hədiyyə olunmuş Monqolsutan və Çinin milli geyimləri də nümayiş etdirilir. Maestrounun yaradıcılıqla məşğul
olduğu otaqda isə onun pianosu,
masa stolu, kitabxanası və şəxsi əşyaları
saxlanılır. Hətta
otaqda Niyazinin içərisində siqareti
də olan külqabısı da qorunur. Otağın divarında isə Niyazinin əmisi Üzeyir Hacıbəyovun,
atası Zülfüqar
Hacıbəyovun və
digər görkəmli
şəxslərin şəkilləri
nümayiş etdirilir.
Bildirək ki, muzeyə hədiyyə olunan otaqlardan birində respublikanın musiqi həyatına dair müxtəlif tədbirlərin keçirilməsi
nəzər də tutulub. Həmin otağın divarında görkəmli rəssam Toğrul Nərimanbəyovun
Niyazini və onun yaradıcılığını
əks etdirən rəsm əsəri də nümayiş olunur. Ekspozisiya otağında isə Niyazinin uşaqlığından
başlayaraq həyatının
son illərinədək həyat
və yaradıcılığını
əks etdirən fotoşəkillər, not əlyazmaları,
afişalar, proqramlar, səhnə kostyumu təqdim edilir.
Maestronun məşğuliyyətləri
Ə.Ələkbərovanın sözlərinə görə,
Niyazi şəkil çəkməyi çox
xoşlayırmış: "Dirijor musiqi ilə yanaşı, rəsm çəkməyi
də çox sevirdi. Hətta fotoaparatı ilə şəhərin ümumi
görünüşünü əks etdirən rəsmləri də lentə alırdı. Bundan başqa, maestro çəkdiyi rəsmləri
də özü çıxarırdı. Hazırda
onun çəkdiyi rəsmlər və şəkilçıxaran avadanlığı
da muzeydə qorunur. Eyni zamanda
Niyazi idmanla da məşğul olurdu. Bu da dirijorun
sevimli məşğuliyyətlərindən
biri idi".
Həyat və yaradıcılığı
Niyazi 1912-ci il avqustun 20-də Tbilisidə
ziyali ailəsində dünyaya gəlib. Uşaqlıq illərindən
Ü.Hacıbəyov, M.Maqomayev,
Ə.Haqverdiyev, C.Məmmədquluzadə,
N.Vəzirov, H.Cavid, S.Axundov, A.Şaiq, S.Qənizadə, H.Ərəblinski,
C.Zeynalov, A.Şərifzadə,
M.Əliyev, S.Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları
arasında böyüyüb.
Kiçik yaşlarından
musiqi ilə məşğul olmasına
baxmayaraq hərbçi
olmaq arzusu ilə yaşayıb. İlk musiqi təhsilini Y.A.Şefferlinq
adına məktəbdə
skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov
və əmisi Ü.Hacıbəyovun tövsiyəsi
ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində
davam etdirib. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq
məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə
başlayır. Bu sahədə
xüsusi təhsli olmayan gənc bəstəkar ilk illər
Neftçilər İttifaqı
Dram Teatrının, Radio Komitəsinin
orkestrində işləyir.
1935-37-ci illərdə isə
Azərbaycan Dövlət
Estrada Orkestrinin rəhbəri
olur. Keçmiş
SSRİ məkanında məşhurluğu
isə 26 yaşında
əldə edir. 1938-ci
ildə Moskvada keçirilən "Azərbaycan
incəsənəti günləri"
dekadasında çıxış
edir. Bu çıxışdan
sonra Niyazi "Şərəf nişanı"
ordeni ilə təltiflənir. Daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq
fəaliyyətini də
unutmur. 1935-ci ildə
ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast"
və "Şur"u
nota köçürür. Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirir.
1946-cı ildə gənc
dirijorların baxış
müsabiqəsinin laureatı
adını qazanır.
1949-cu ildə ən məşhur əsərini
- "Rast" simfonik
muğamını yazır.
Böyük sənətkarın
fəxri adları sırasında "Azərbaycan
Respublikasının xalq
artisti", "SSRİ xalq
artisti", Ü.Hacıbəyov
adına Azərbaycan dövlət mükafatı,
SSRİ dövlət mükafatı,
"Çitra" baletinə
görə Cəvahirləl
Nehru adına beynəlxalq
mükafat yer alıb.
Bildirək ki, hazırda muzey əməkdaşları muzey
fondunu zənginləşdirmək
məqsədilə material yığımı
işini davam etdirir və Niyazi irsini qoruyub-saxlamaq
üçün əllərindən
gələni edirlər.
Rəsulqızı Səma.
Həftə içi.- 2009.- 10 iyul.- S. 7.