Rəqs ansamblımız
Astananı təbrik etdi
Xalq artisti Afaq Məlikovanın rəhbərliyi altında Azərbaycan Dövlət Rəqs Ansamblı Astanada iyulun 6-da şəhərin yaranması münasibətilə baş tutan tədbirdə iştirak edib. Şənliklərdə Rusiya, Türkmənistan, Özbəkistan və İrandan "Ofarin", "Xasavyurt", "Yalla", "Fakhteh" ansamblı, Kuban kazak xoru, Rişad Şəfi və "Günəş" qrupu, eləcə də digər incəsənət ustaları iştirak ediblər. Tədbirin rəsmi hissəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edib. Mərasimdən sonra həmvətənlərimizin ifa etdikləri E.Mansurovun "Qılınclarla rəqs", F.Əmirovun "1001 gecə" rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmin gün mərkəzi şəhər meydanında meriyanın qarşısında ansamblımız "Toy", "Qarabağ", "Sarı gəlin" rəqsləri ilə çıxış edib.
Samirə.
Həftə içi.- 2009.- 10 iyul.- S. 7.