Prezidentlərin Moskva görüşü
faydalı keçib
Vasitəçilər münaqişənin tezliklə
çözüləcəyinə inanırlar
ATƏT-in Minsk
Qrupu Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın iyulun 17-də Moskvada keçirəcəkləri görüşdən
irəliləyiş gözləyir.
Bunu Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib. Dövlət başçılarının
görüşünün hansı nəticəni verəcəyini söyləməyin
çətin olduğunu
deyən diplomat vasitəçilərin bölgəyə
son səfəri zamanı prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
konstruktiv yanaşma nümayiş etdirdiklərinin
şahidi olduqlarını söyləyib.
Ermənistanın "Panarmenian"
agentliyinin məlumatına
görə, məhz bu amil vasitəçilərin
nikbinliyini artırır.
"Sankt-Peterburq görüşünə
nisbətən Moskva görüşündə irəliləyiş
gözləyirik", - deyə
M.Brayza qeyd edib.
Bu arada Rusiyanın
Xarici İşlər
Nazirliyi Azərbaycan və Ermənistandan bir qrup ziyalının
iyulun 3-də Dağlıq
Qarabağa baş tutmuş səfəri ilə bağlı bəyanat yayıb. Nazirliyin internet saytında yerləşdirilmiş
bəyanatda bildirilir ki, bu səfər
2007-ci ilin iyununda keçirilmiş görüşlərin
davamı olub. Bəyanatda qeyd edilir ki,
aparılmış fikir
mübadiləsi ictimaiyyət,
vətəndaş cəmiyyəti
institutlarının Dağlıq
Qarabağ münaqişəsinə
cəlb edilmiş tərəflər arasında
inamın bərpası
və möhkəmlənməsinə,
münaqişənin sülh
yolu ilə həlli üçün münbit atmosferin yaradılmasına töhfə
verməli olduğunu üzə çıxarıb.
"Nümayəndə heyətlərini
qəbul etmiş Azərbaycan və Ermənistan prezidentləri
İlham Əliyevlə
Serj Sarkisyanın onların səylərini dəstəkləmələri çox
vacibdir", - deyə
bəyanatda qeyd olunur. Nazirlik Rusiya tərəfinin keçirilmiş görüşləri
yüksək qiymətləndirdiyini
də bildirir: "Biz Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması prosesi və xalq diplomatiyasının
addımlarına gələcəkdə
də ciddi dəstək verəcəyik".
Elə dünən Türkiyənin
Xarici İşlər
Nazirliyi də Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar bəyanat
yayıb. "Todays Zaman"
xəbər verir ki, bəyanatda Ankaranın ATƏT-in Minsk Qrupunun problemin həlli istiqamətində səylərini
dəstəklədiyi bildirilir.
"Qrupun təklif etdiyi prinsiplər tərəflərin ümumi
mövqeyini əks etdirir. Azərbaycan və Ermənistan
münaqişəni həll
etmək üçün
bütün səylərini
ortaya qoymalı, bununla da uzun
illərdir bütün
Cənubi Qafqazın qanlı yarası sayılan problemin həllinə nail olmalıdırlar", - deyə
Türkiyənin xarici
siyasət idarəsinin
açıqlamasında bildirilir.
Həsənli C.
Həftə içi.- 2009.- 14 iyul.- S. 3.