"Bu gün heç vaxt unudulmayacaq"
Fəttah Heydərov:
"Heydər Əliyev
14 il ərzində ölkəyə 93 milyard manatlıq gəlir qazandırıb"
"Bu gün heç vaxt unudulmayacaq" Milli Məclisin üzvü Fəttah Heydərov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini "SİA" ilə bölüşüb.
- Bu gün heç bir vaxt unudulmayacaq.
Çünki bugünkü
müstəqil Azərbaycan
dövləti Heydər
Əliyevin şah əsəridir. Bu kəlam
təsadüfi bir kəlam deyil. Bu ifadəni Milli Məclisdə bəlkə
də ilk işlədən
şəxslərdən biri
mən olmuşam. Bu fikir mənim Heydər Əliyevin fəaliyyətinə bələd
olduğum ilk illərdən
bu yana gəldiyim
ən yüksək nəticədir. Ona görə ki, mən hələ 1969-cu ildən öncə də respublikanın ictimai həyatında iştirak etmişəm. Hələ gənc yaşlarımdan mən partiya komitəsinin siyasi fəalı kimi ölkədəki vəziyyəti gözəl
dərk edirdim və təhlil edirdim. O zaman Azərbaycanın ittifaq respublikaları içərisində
bütün göstəricilər
üzrə, xüsusilə
iqtisadi, sənaye və digər sahələrdə kəmiyyət
göstəricilərinin aşağı
olduğunun şahidi olurdum. Bu hal isə bizim üçün xoşbəxtlik
gətirmirdi. Belə vəziyyət hər zaman bizi düşünməyə
vadar edirdi. Çünki hər bir insan, xüsusilə
gənclər öz ölkəsinin, xalqının
nailiyyətləri ilə
fəxr edir. O zaman ölkənin aşağı səviyyədə
olması məni narahat edirdi. Yuxarıda sadaladığım
göstəricilərə görə,
Azərbaycan ya
13-cü, ya da 14-15-ci yerdə olurdu. Lakin 1969-cu ilin 14 iyul tarixindən başlayaraq Azərbaycanda
yeni bir həyat başladı. Azərbaycanın həyatında,
insanların işə
münasibətində, onların
bir-birinə davranışında,
yaşam tərzində
çox böyük,
inqilabi dəyişikliklər
baş verməyə başladı. Bunun da səbəbi həmin vaxt Heydər Əliyevin Azərbaycana rəhbər
seçilməsi oldu.
Bu, bir təsadüf deyildi. Çünki Heydər Əliyev işlədiyi təşkilatda
Azərbaycanda gedən
proseslərin əksəriyyəti
ilə
- Heydər Əliyevin hakimiyyətindən qabaqkı dövrdə Azərbaycanın ümumi görüntüsü barədə fikrinizi bilmək istərdik...
- Heydər Əliyevin rəhbərliyindən qabaq Azərbaycan ittifaq ölkələri arasında sahibsiz bir ölkə idi. Azərbaycanda heç bir inkişafdan söhbət gedə bilməzdi. Bu dövrə qədər Azərbaycana rəhbərlik edən insanların əksəriyyətinin dövründə Azərbaycan həm də zaman-zaman öz torpaqlarını itirmişdi. Azərbaycanda Heydər Əliyevə qədər və onun hakimiyyətdən uzaqlaşdırıldığı dövrlərdə torpaqlar əldən gedirdi. Bu torpaqlar gah Ermənistan, gah da başqa torpaq tələbində olanlar arasında paylaşdırılmışdı. Bu dahi insanın Azərbaycanda rəhbər olmasının əsas nailiyyəti ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 ildə Azərbaycandan bir qarış torpaq da iddiaçılara verilmədi. Baxmayaraq ki ondan əvvəlki dövrdə imzalanan sənədlər var idi.
İkinci böyük nailiyyət ondan ibarət idi ki, Heydər Əliyev öz xalqına çox gözəl bələd idi. O, millətin içərisindən çıxmış bir dahi idi. Sanki İlahi bir qüvvə ona bu xalqı arxasınca aparmaq qabiliyyəti vermişdi. Mən həmişə onda İlahi qüvvənin olduğuna inanmışam və bu fikirləri hər zaman söyləmişəm. Heydər Əliyev qısa bir müddətdə Azərbaycan kəndlərini müasirləşdirdi. Azərbaycan kəndləri o vaxta qədər ən geridə qalmış və ən aşağı səviyyədə yaşanan məkanlar idi. Heydər Əliyev bu insanlara ev tikməyi öyrətdi, onlara məişət şəraiti yaratmağı öyrətdi və ən əsası iqtisadiyyatın səviyyəsini qaldırdı. Azərbaycanda üzüm istehsalını 2 milyon tona qaldırmaqla Azərbaycan torpaqlarını yaşıllığa qərq etdi. Azərbaycan insanını ən gözəl nemət olan üzümlə təmin etdi. Bu qidanın gətirdiyi maddi gəlir bir yana qalsın, üzüm sahələrində işləyən insanların və ailə üzvlərinin belə xeyirli qida ilə qidalanması kimi bir təminat əldə olundu. Ulu öndər Azərbaycanda böyük bağçılığın inkişafına nail oldu. Azərbaycan o dövrdən sonra meyvəçilikdə də böyük inkişaf əldə etdi. Bununla bərabər, pambıqçılığı, taxılçılığı inkişaf etdirdi. Azərbaycan böyük sənaye potensialını işə saldı. Bu dahi insan şəxsi nüfuzundan istifadə edərək Azərbaycana əvvəlki dövrlərə nisbətən qat-qat çox maliyyə vəsaiti gətirdi. Tədqiqatçıların biri 2 gün öncə mənə tədqiqatların nəticəsini deyərkən məlum oldu ki, Heydər Əliyev 14 il ərzində Azərbaycana 93 milyard manatlıq gəlir gətirib. Bu isə onu deməyə imkan verir ki, Azərbaycana sovet hakimiyyəti illərində cəmi 43-44 milyard dəyərində gəlir gətirilib. Bu, Heydər Əliyevin böyük nailiyyətlərindən biri idi.
- Bəs bu dövrlər arasındakı zamanı necə müqayisə edərdiniz?
- Dahi şəxsiyyətin Azərbaycan üçün etdiklərini müqayisə etmək üçün Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanı mütləq müqayisə etmək lazımdır. O, hakimiyyət başında olduğu bütün dövrlər ərzində Azərbaycanda quruculuq işləri görülüb. Bütün işlər insanların maddi rifahının yaxşılaşdırılmasına yönəldilib. Bu dövrlərdə Azərbaycanda elmin, təhsilin daha yüksək səviyyəyə qalxması üçün gərgin işlər gedib və yüksək nəticələrə nail olunub. Görün Heydər Əliyev qısa müddətdə hakimiyyətdə olmadığı bir zamanda nələr baş verib? Deyərdim ki, bütün qazanılan nailiyyətlərin dağıdılması prosesi getdi. Ən dözülməzi ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycanda olmaması nəticəsində bu gün də xalqımız üçün ağır dərd olan Dağlıq Qarabağ münaqişəsi yarandı. Biz 20 min şəhid verdikdən, torpaqlarımızın 20 faizini itirdikdən sonra böyük problem qarşısında qaldıq. Bu problem Heydər Əliyevsiz Azərbaycanda yarandı. Əgər 1989-1990-cı illərdə Heydər Əliyev Azərbaycanda olsaydı, bu müsibətlər Azərbaycanın başına gəlməzdi və bu qədər böyük problemlər də yaranmazdı. Nə yaxşı ki Azərbaycan xalqı öz müdrik rəhbərini yenidən Azərbaycana rəhbər gətirdi və qısa müddətdə bu-günkü əbədi müstəqilliyimizə nail olduq. Bu gün isə bu siyasət onun siyasi varisi, prezident İlham Əliyev tərəfindən şərəflə, böyük iradə ilə davam olunur. Ulu öndərin açdığı yol Azərbaycan üçün ən doğru yoldur.
Həftə
içi.-2009.- 15 iyul.- S. 3.