Özgün istedad sahibi

 

Vaqif Səmədoğlu - 70

 

Dünən Azərbaycan Yazıçılar Birliyində iyunun 5-də 70 yaşı tamam olmuş şair dramaturq Vaqif Səmədoğlunun yubileyi qeyd olunub.

  

     

   Tədbirdə çıxış edən birliyin sədri Anar, millət vəkilləri Cəmil Həsənli Elmira Axundova, şair yazıçılar Fikrət Qoca, Sabir Rüstəmxanlı, Səyavuş Məmmədzadə, Gülhüseyn Hüseynoğlu Vaqif Səmədoğlunun müstəsna özgün istedad sahibi olduğunu qeyd etdilər, onun əsl vətəndaşlıq keyfiyyətlərinə malik olduğunu, ictimai mədəni həyatda obyektiv mövqe ilə çıxış etmək bacarığını vurğuladılar. Çıxışçılar dedilər ki, həyatı boyunca müxtəlif ictimai-siyasi formasiyalarda yaşamasına baxmayaraq V.Səmədoğlu zəmanəmizin o nadir şəxsiyyətlərindəndir ki, istər yaradıcılıq meyarlarında, istərsə ictimai həyatda haqqındakı təsəvvürlərə xələl gətirən addım atmayıb. Ona görə yox ki göründüyü kimi olmaq istəyib, ona görə ki, olduğu kimi görünməyi bacarıb. "Şöhrət" ordenli V.Səmədoğlu 70 illik yubileyi ərəfəsində ölkə başçısı İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilib. Onun ilk kitabı 1960-cı illərdə işıq üzü görüb. Kitabları bir-birinin ardınca nəşr olunan ədiblərdən olmasa da, poeziyasevərlər arasında əsərləri həmişə gözlənilən şairlərdən olan V.Səmədoğlunun "Uzaq yaşıl ada" "Mən burdayam, ilahi" kitabları oxucularının əsl sevincinə səbəb olmuşdu. V.Səmədoğlu yaradıcılığına xas olan azad düşünmək, düşüncə, təəssürat yaşantılarını səmimi şəkildə ifadə etmək tərzi şairin əsərlərinin maraqlılığını təmin edən əsas cəhətdir. Onun teatr kino rejissorları üçün keyfiyyətli material olan əsərlərində toxunduğu məqamlar aktuallığını itirmir. Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnılar isə mədəniyyətimizin inciləri adlanmaq hüququnu elə yarandıqları gündən qazanıblar.

  

  

Samirə

 

Həftə içi.- 2009.- 10 iyun.- S. 7.