"Lahıcın ritmləri"
yaxşılardan biridir
Sənədli film bürünc
heykəlciyə layiq görülüb
Qısametrajlı Azərbaycan sənədli filmi olan "Lahıcın ritmləri" Latviyanın paytaxtı Riqa şəhərində keçirilən "Tourfilm-Riga 2009" festivalında bürünc heykəlciyə layiq görülüb.
Mükafatı Latviyadakı səfirliyimizin əməkdaşı qəbul edib. Film "İmper qrupp" prodüser mərkəzinin bazasında çəkilib. Mərkəzdən aldığımız məlumata görə, festival Riqa şəhərinin informasiya və turizmin koordinasiysı mərkəzi tərəfindən təşkil olunub və "Riqa" kinoteatrında baş tutub. Festival çərçivəsində 18 ölkəni təmsil edən 47 film nümayişlənib. Bütün filmlər təmsil etdikləri ölkənin turizm potensialından bəhs edir. "Lahıcın ritmləri" filmi 2008-ci ildə istehsal olunub və tələbə filmlərinin "Start" festivalında "Ən yaxşı sənədli film" nominasiyasında qalib gəlib. Filmin ssenari müəllifi Nərgiz Bağırzadə, operatoru Üzeyir Abbas, prodüseri Nizami Abbasdır. 8 dəqiqəlik film İsmayıllının Lahıc kəndinin sakinlərinin həyatından bəhs edir. Filmin rejissoru Fərid Əhmədov son aylar ərzində film çəkmiş ən gənc rejissordur.
Samirə
Həftə içi.- 2009.- 10 iyun.- S. 7.