Akademik səhnənin
yüksək peşəkarı
Maqsud Məmmədov
- 80
Rəqs sənətimizin
canlı əfsanələrindən
biri Maqsud Məmmədov 80 illik yubileyini qeyd edir.
Yaradıcılıq yolu boyunca istər dövlət, istərsə də xalq tərəfindən hər zaman böyük diqqət görən Maqsud Məmmədovu bu gün Moskvanın balet sənətkarlarından
aldığı təbrik
məktubları daha da sevindirir. Mədəniyyət və Turizm
Nazirliyinin ünvanına
gələn bu teleqramlarda rəqs və balet sənətinin
korifeyləri xoreoqrafiya
sənətinin inkişafındakı
xidmətlərinə görə
Maqsud Məmmədova minnətdar olduqlarını
ifadə edirlər.
Moskva Akademik Böyük Teatrının
bədii rəhbəri
Y.Burlaka: "Hörmətli
Maqsud Davudoviç! Sizin bu əlamətdar gününüzdə
ən səmimi təbriklərimi qəbul
etməyinizi xahiş edirəm. Sizin ifaçılıq və
baletmeysterliyə həsr
olunmuş yaradıcılıq
yolunuz Azərbaycan rəqs sənətinin tarixində ən parlaq səhifələrdən
biridir. Moskva üslubuna xas olan akademik formaya
ciddi riayət etməklə rəqsin ifası zamanı genişlik və emosional dolğunluq cəhətləri, personajın
mahiyyətinə dərindən
varmaq bacarığı
sizin yaradıcılıq
yolunuzun başlıca
cəhətinə çevrildi.
Buna görə də sizin repertuarı
milli qəhrəmanlar
olan Fərhad ("Məhəbbət əfsanəsi"),
Azad ("Gülşən"),
Polad ("Qız qalası") və digər personajlarla yanaşı, klassik şahzadələr də
bəzəməyə bilməzdi.
Sizin tərəf-müqabilləriniz Azərbaycan
balet sənətinin ustad sənətkarları
olan Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova ilə bərabər əfsanəvi
Qalina Ulanovanın tələbəsi Malika Sabirova kimi maraqlı
balerinalar olublar".
Y.Burlaka daha sonra M.Məmmədovun baletmeysterlik fəaliyyətindən
söz açaraq yubilyarın vaxtilə quruluş verdiyi "Xəzər balladası",
"Kaleydoskop", "Qobustan
kölgələri" baletlərinin
adlarını xatırladaraq
onların Moskva və Parisdə böyük əks-səda
doğurduğunu vurğulayır.
Y.Burlaka M.Məmmədovun
xanımı və ilham pərisi Rəfiqə Axundova ilə birlikdə hazırladıqları "Babək",
"Şelkunçik", "Yeddi gözəl",
"İldırımlı yollarla" baletlərini Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsinin
bəzəyi adlandırır,
onların Rusiyanın
və digər ölkələrin teatrlarında
qoyulmasını böyük
töhfə hesab etdiyini deyir.
Bundan savayı, M.Məmmədovun dünyaşöhrətli
həmkarları SSRİ xalq
artistləri Yuri Qriqoroviç,
Nikolay Fadeyeçev, Mixail Lavrovski, Yuri Vladimirov və Vyaçeslav Qordeyev də təbrik teleqramları yollayıblar.
Teleqramlarda Maqsud Məmmədovun yubileyinin Azərbaycan klassik rəqs sənətində
önəmli hadisə
olduğu deyilir. "Siz ilk azərbacanlı
rəqqas olaraq akademik səhnəyə yalnız yüksək peşəkarlıq mədəniyyəti
gətirmədiniz. Gözəl fiziki
hazırlığınız, uçuşa bənzər
hərəkətləriniz, temperament və texniki azadlığınız
aktyorluq bacarığı
ilə vəhdətdə
ən müxtəlif xarakterli qəhrəmanların
obrazlarının canlandırılmasında
parlaq interpretasiyaların
meydana gəlməsinə
imkan verdi. Təsadüfi deyil ki, sizin xoreoqrafiyanı
nəinki Azərbaycan
balerinləri, həm də dünya miqyasında tanınmış
rəqqaslar da ifa ediblər. Əziz Maqsud Davudoviç! Sizin balet sənətinin inkişafına verdiyiniz töhfə bir də ona görə
heç bir qiymətə sığmır
ki, siz sənətinizi
gənc nəslə səbrlə öyrətməyi
bacaran nadir pedaqoqlardansınız".
Vaxtilə Arif Məlikovun "Məhəbbət
əfsanəsi" baletinə
quruluş verən və bununla da Azərbaycan balet sənətinin dünyaya çıxmasını
təmin edən Y.Qriqoroviç isə ayrıca göndərdiyi şəxsi teleqramda Fərhadın 80 illik yubileyinin ötən möhtəşəm günlərə
bir daha dönüb baxmaq səbəbi, amma qətiyyən yekun vurmaq bəhanəsi olmadığını vurğulayıb
və yubilyara yeni yaradıcılıq sevincləri arzulayıb.
Samirə
Həftə içi.- 2009.- 11 iyun.- S. 7.