Süni mayalanma yeni problemlər yaradır

 

Əkizlər xəstəliklərə daha çox meyllidirlər

 

Sonsuzluq probleminə son qoymaq üçün səhiyyədə istifadə edilən süni üsullar övlad istəyində olan ailələrin həsrətinə çarə olsa da, süni müdaxilə öz ardınca mənfi təsirlərə yol açır. Bu qənaətə süni mayalanma üsulu ilə dünyaya gələn uşaqların üzərində aparılan müayinələrdən sonra gəlinib.

 

Belə ki, mütəxəssislərin bu istiqamətdə apardıqları araşdırmalardan sonra məlum olub ki, süni mayalanma nəticəsində dünyaya gələn uşaqlarda təbii yolla doğulanlardan fərqli olaraq bir sıra problemlər yaranır. Yeri gəlmişkən, süni mayalanma prosesi ilə ilk dəfə 1978-ci ildə dünyaya gələn ingiltərəli Luiz Braun adlı qızın hazırda 29 yaşı var. Braunun normal qadın olduğu onda bütün proseslərin, normal insanda olduğu kimi, getdiyi bildirilir. Hələlik süni yolla dünyaya gələn uşaqların özlərinin dünyaya təbii yolla övlad gətirib-gətirməyəcəyi isə məlum deyil. Braun hələ ailə həyatı qurmadığı üçün bu barədə mütəxəssislər dəqiq fikir söyləməkdən çəkinirlər.

 

Əkizlər bəxş  edən proses

 

5 saylı uşaq klinikasının həkimi Sevda Əlizadə isə qəzetimizə verdiyi açıqlamada bildirdi ki, süni yolla dünyaya gələn uşaqlarla bağlı klinikaya müraciətlər çox olur: "Əsasən yeni doğulmuş uşaqlarla bağlı tez-tez problemlər yaranır. Onlar digər uşaqlarla müqayisədə daha zəif olurlar tez-tez infeksion xəstəliklərə yoluxurlar. Eyni zamanda bəzi uşaqlarda inkişaf tempi zəif gedir. Onu da deyim ki, süni mayalanma üsulu ilə dünyaya gələn uşaqların əksəriyyəti əkizlərdir. Məsələn, əgər təbii yolla əkizlərin dünyaya gəlməsi 80 cütlük arasında bir dəfə təsadüf edilirsə, süni yolla əkizlərin doğulması hər iki mayalanmadan birində özünü büruzə verir. Buna səbəb isə süni mayalanma zamanı uşağın dünyaya gəlməsini təmin etmək üçün bir neçə embriondan istifadədir. Bir çox hallarda isə həmin embrionların ikisi aktiv olur nəticədə dünyaya əkiz uşaqlar gəlir. Onu da deyim ki, əkiz uşaqlar təbii doğuş zamanı da bir çox hallarda dünyaya azçəkili ya müxtəlif qüsurlarla gəlir. Süni mayalanmadan dolayı isə baş tutan hamiləlik nəticəsində dünyaya gələn uşaqlarda problemlər daha çox yaranır. Hazırda bizə müraciət edən valideynlər süni üsulla dünyaya gələn əkizlərdə bir sıra problemlərin olmasından şikayətlənirlər. Həmçinin müayinə zamanı uşaqların birinin digərindən daha zəif ya müxtəlif problemlərdən əziyyət çəkdiyinin şahidi oluruq. Həmin uşaqlarda az çəki ilə yanaşı, anadangəlmə qüsurlar da özünü büruzə verir".

Həkimin dediyinə görə, süni yolla dünyaya gələn yeni doğulmuşlar digər körpələrdən fərqli olaraq doğum evində daha çox saxlanılırlar: "Bu uşaqlara digər yenidoğulmuşlardan fərqli olaraq daha çox diqqət qayğı tələb edilir. Onların orqanizminin möhkəmləndirilməsi üçün xüsusi prosedurlar həyata keçirilir. Onların qidalandırılmasına xüsusi diqqət verilir uşaqlar daim həkim nəzarətində saxlanılırlar".

 

Böyük fərq

 

S.Əlizadə onu da bildirdi ki, hazırda süni mayalanmanın iki üsulu tətbiq edilir: "Belə ki, iki valideynin razılığı ilə dünyaya övlad bəxş edənlərdən fərqli olaraq, əvvəlcədən dondurulmuş embriondan dünyaya gələn uşaqlar arasında da böyük fərq olur. Donor embrionundan doğulmuş körpələrin səhhətində çatışmazlıqlar digərlərindən fərqli olaraq daha qabarıq nəzərə çarpır. Məndə olan məlumatlara görə, ölkəmizdə donor embrionundan dünyaya körpə gətirən qadınların sayı az olsa da, var. Artıq 15-ə yaxın ailədə belə uşaqlar böyüyür".

Həkim paytaxt sakinləri olan Məmmədovlar ailəsinin 15 illik həsrətinə son qoyulduğunu misal çəkərək bildirdi ki, süni mayalanma ilə dünyaya iki körpə bəxş edən Zemfira Məmmədova bir qız bir oğlan anasıdır: "Uşaqlara daim nəzarət edirəm. Qeyd edim ki, daha çox problemlər Turanın səhhətində özünü büruzə verir. Günaydan fərqli olaraq oğlanın inkişaf tempi daha zəifdir tez-tez xəstəliklərə meyllidir. Daim nəzarətdə saxladığımız həmin körpələrin üzərində apardığımız müayinələrdən sonra uşaqların daha həssas kövrək olmalarının da şahidiyik".

 

...İlk uşağın 5 yaşı var

 

Bütün çətinliklərə qüsurlara baxmayaraq, süni mayalanma yolu ilə dünyaya övlad gətirmək istəyən ailələrin sayı durmadan artır. Övlad arzusunda olan ailələr sonsuzluqdansa, bu üsuldan yararlanmağı üstün bilirlər. Onu da deyək ki, süni mayalanma yolu ilə dünyaya gələn azərbaycanlı uşaqların sayı artıq onlarca ölçülür. Hazırda bu yolla dünyaya gələn ilk uşağın 5 yaşı var.

Məsələ ilə bağlı "Həftə içi"nə məlumat verən Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun mərkəzi androloji laboratoriyasının həkimi bildirdi ki, qəbul edilən xəstələrin 70 faizdən çoxu hamilə qalır: "Bu, artıq uğur deməkdir. Çünki dünyanın heç bir yerində xəstənin yüzdə-yüz hamilə qalmaq ehtimalı yoxdur. Onu da deyək ki, süni mayalanmadan istifadə etmək istəyənlər bunu gənc yaşlarda həyata keçirməlidirlər. Əgər qadının yaşı 40 40-dan yuxarıdırsa, onun hamilə qalmaq bu prosesi normal başa vurmaq şansı 30 faizdən aşağıdır. Donordan istifadəyə isə qanun icazə versə , pasiyentlərin 90 faizi uşağın yalnız öz həyat yoldaşından olmasını istəyir".

  

  

Mirvari

 

Həftə içi.- 2009.- 11 iyun.- S. 6.