"Azərbaycan 16 ildə çox dəyişib"

 

Cavanşir Paşazadə: "Bu inkişafın memarı Heydər Əliyevdir"

 

İyunun 15-i Milli Qurtuluş günüdür. 1993-cü ildən bu yana 16 il ərzində görülən işlərlə bağlı Milli Məclisin üzvü Cavanşir Paşazadə ilə görüşüb söhbətləşdik.

 

- 16 il öncə xalqın təkidli israrı tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti artıq ayaqlarını yerə sağlam basmaqdadır. Ötən 16 ilə 15 iyunda yenidən dönüb baxacağıq o ağrılı-acılı günləri, dövlətin var olması üçün bütün həyatını fəda edən, millətin qəlbində əbəbi taxt quran ulu öndərimiz Heydər Əliyevi yenidən xatırlayacağıq. 16 il ərzində Azərbaycanda çox şey dəyişib xalqın rifahı naminə önəmli addımlar atılıb. Ulu öndərimiz elə bir dövlət yaratdı ki, bu gün istər iqtisadi-siyasi, istərsə sosial-mədəni sahədə Azərbaycan bölgənin lider dövlətinə çevrilib. Bütün bu irəliləyişlərin həyata keçirilməsi üçün düşünlümüş, ağıllı siyasətin yürüdülməsi vacib idi. Onu da yalnız zəngin təcürbəyə, çevik siyasətə, dünyada baş verən siyasi prosesləri dəqiqliyi ilə analiz edən Heydər Əliyev kimi düha edə bilərdi. Avropa Qərb hər zaman Cənubi Qafqazın bu füsunkar ölkəsinin zənginliklərinə heyran olub. İmperiyanın çökməsi, Azərbaycanın dövrün şərtlərindən istifadə edərək öz müstəqilliyini qazanması dünyaya inteqrasiya olunmağımız üçün şans idi. Amma təəssüflər olsun, müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, daxildə siyasi oyunbazların hakimiyyət hərisliyi buna imkan vermədi. Amma 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, Azərbaycanı yenidən ayağa qaldırdı. Bu gün artıq ölkəmiz dünyada söz sahibidir. H.Əliyevin qurub yaratdığı dövlət onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etməkdədir.

- Sosial-iqtisadi sahədə müəyyən addımlar atılıb. Elə bir sahə varmı ki, o istiqamətdə görülən işlər sizi qane etməsin?

- Təməli ulu öndər tərəfindən qoyulan "Bakı - Ceyhan" boru xətti çəkiləndən sonra Azərbaycan bölgədə enerji daşıyıcılarının dünyaya çıxarılması ilə bir daha dünyanın gözünü özünə yönəltdi. Bu gün bu strateji kəmərə "Bakı - Ərzurum" kimi yeni bir qaz kəməri əlavə olunub. Bakı - Axalkalaki - Qars dəmir yolunun təməli atılıb. Bütün bunların həyata keçməsində Azərbaycan açar rolu oynayır. Geridə qalan sahələrə toxunsaq, ilk olaraq göz önünə kənd təsərrüfatı gəlir. Çünki bu sahədə işləyən adamları azdır. Əgər bu gün neft-qaz sənayesində böyük dirçəlişimiz varsa, bunun gəlirlərindən istifadə etməklə kənd təsərrüfatını qaldırmaq olar. Sovetlər birliyi dövründə kənd təsərrüfatının rolu böyük idi. Ona görə bu gün kənd təsərrüfatına imkanlar yaradılmalıdır ki, insanlar torpaqdan qopmasınlar.

- Bu sahədə narahatlığınızı seçildiyiniz Lənkəran rayonunda kənd təsərrüfatı sahəsində ortaya çıxan problemlərlə bağlamaq olarmı?

- Lənkəran Azərbaycanın ən gözəl güşələrindəndir. Özünün əsrarəngiz iqlimi, turizm sahəsində imkanları, kənd təsərrüfatının inkişafı subtropik meyvələrin yetirşdirilməsi üçün hər cür şərait var. Amma artıq yavaş-yavaş, deyəsən, biz o münbit torpaqları itiririk. 1990-cı ildən başlayaraq Xəzərin səviyyəsinin qalxması ilə yüzlərlə hektar torpaq sahəsi su altında qalıb. Bu torpaqların hamısı istifadəyə yararlı idi. Amma bu gün həmin sahələr eroziyaya uğrayıb. Dəniz sularının çəkilməsi ilə həmin sahələrdə şoranlaşma başlayıb. Kollektorların işləməməsi, şoran torpaqların yuyulmaması əhalidə müəyyən problemlər doğurur. Həmin kanallar təmizlənməlidir ki, dəniz suları ilə şoranlaşan torpaqlar yenidən yuyularaq istifadəyə qaytarılsın.

- Yoxsulluğun aradan qaldırılması, sosial təminatın yaxşılaşdırılması istiqamətində görülən işlər barədə fikirləşirsiniz?

- Ulu öndərin layiqli davamçısı olan İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Azərbaycanda yeni dönəm başladı. Prezidentin şəxsi təşəbbüsü ilə Azərbaycanın dövlət büdcəsi sosialyönümlü layihələrin inkişafına yönəldildi. Həm əhalinin aylıq əmək haqlarının artırılması, sosial müavinətlərin, müharibə əlillərinin, şəhid ailələrinin aylıq təqaüdlərinin artırılması, ordu quruculuğunun daha da gücləndirilməsi üçün Silahlı Qüvvələrə ayrılan vəsaitlərin artırılması büdcədə, demək olar, yenilik idi. Bu proses indi davam edir əhalinin yaşayış standartlarının artırılması istiqamətində dövlət büdcəsindən müəyyən layihələrin icrası məqsədilə vəsaitlər ayrılıb. Yoxsulluğun aradan qaldırılmasına gəldikdə, bu sahədə ciddi irəliləyişlərə nail olunub.

- Məlum Sankt-Peterburq görüşü nəticəsiz bitsə , iyulda Moskvada ATƏT-in Minsk Qrupu ölkələrinin dövlət başçıları bir araya gələcəklər. Siz bu görüşdən hansısa nəticə gözləyirsiniz?

- Münaqişənin ədalətli həlli istiqamətində Bakının mövqeyi bəllidir. Ölkə prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Ermənistan bütün mövcud beynəlxalq qanunları pozaraq işğalçılıqla məşğuldur Azərbaycanın 20 faiz torpağını ələ keçirib. Ermənistanın işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çəkilməsilə bağlı BMT-nin 4, Avropa Şurası, ATƏT İslam Konfransı Təşkilatının bu yöndə bir sıra qətnamələri var. Bu yaxınlarda Almaniya Bundestaqı da Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdığı haqda sənəd qəbul etdi. Bütün bunlar İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsi idi. Amma bütün bunlara baxmayaraq, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymadan işlərini davam etdirirlər. Münaqişənin həllinə həmsədrlərin belə yanaşması onların proseslərə ikili münasibətindən irəli gəlir. Əgər ABŞ Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirlərsə, o zaman hər an partlaya biləcək dondurulmuş münaqişələri çözməlidir. Azərbaycan hansısa formada torpaqlarını işğaldan azad edəcək. Biz, sadəcə, yenidən qan tökülməsini istəmirik buna görə sülh yolunu tutmuşuq. İyulda başlayacaq danışıqlara gəldikdə, ABŞ, Fransa Rusiya prezidentlərinin görüşündə Azərbaycan Ermənistan dövlət başçılarının iştirakı göstərir ki, artıq həmsədrlər münaqişənin həllinin vaxtı çatdığını anlamağa başlayıblar.

  

  

  

Nahid Canbaxışlı

 

Həftə içi.- 2009.- 12 iyun.- S. 3.