Təhsil Sektoru üçün DATA mərkəzi
yaradılır
Mərkəzdə Azərbaycanda analoqu
olmayan təhlükəsizlik
sistemləri quraşdırılıb
Azərbaycanda "2008 -
2012-ci illər təhsil
sisteminin informasiyalaşdırılması
üzrə dövlət
proqramı" çərçivəsində
informasiya və resurs mərkəzi (DATA mərkəzi) yaradılır.
Bu barədə məlumat verən ULTRA şirkətinin
prezidenti Tahir Mirkişilinin sözlərinə
görə, mərkəz
Azərbaycanın təhsil
sektorunun informasiyalaşdırılması
prosesində böyük
önəm daşıyır. Mərkəzin
yaradılması "İntel",
"HP", "Microsoft", "Cisco" şirkətlərinin
Azərbaycanda rəsmi
partnyoru olan ULTRA şirkəti tərəfindən
həyata keçirilir.
T.Mirkişilinin sözlərinə görə, dünyanın
aparıcı şirkətlərinin
təqdim etdiyi müasir texnologiyaların
tətbiqi sayəsində
Məlumat və Resurs Mərkəzinin funksionallığı olduqca
genişdir və ən müasir texnoloji standartlara cavab verir. Azərbaycan təhsil şəbəkəsində
internetə "giriş
və çıxış
nöqtəsi" olmaqla
yanaşı, mərkəz
həmçinin təhsilə
aid informasiya resurslarının
toplanacağı yer olacaq. Burada xüsusi təhlükəsizlik
qəfəsi qurulub, bütün avadanlıqların
24 saat çalışması
üçün hər
cür texniki imkan yaradılıb.
Mərkəzdə Azərbaycan təhsil
şəbəkəsinin məlumatlarını
yerləşdirmək üçün
ən müasir "İntel" platformalı
dördnüvəli HP serverləri
quraşdırılıb. Bundan əlavə, mərkəzdə
Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik
sistemləri quraşdırılıb
ki, bu da
toplanılacaq məlumatlara
kənar müdaxilələrin
qarşısını alacaq.
T.Mirkişili onu da qeyd
etdi ki, quraşdırılmış avadanlıq
mərkəzə bir çox funksiyaları yerinə yetirməyə imkan verir. Məsələn,
xüsusi mərkəzləşdirilmiş
antivirus proqram təminatı
məktəblərdəki kompüterlərə
avtomatik olaraq yerləşdiriləcək: "Məktəblərdəki bütün
kompüterlər birbaşa
mərkəzdən idarə
olunacaq ki, bu da kompüterlərə
texniki xidmətin səviyyəsini əhəmiyyətli
dərəcədə artıracaq.
Mərkəzdə quraşdırılmış texnologiya videokonfranslar keçirməyə imkan verəcək. Bu texnologiya mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş
bütün məktəblərinə
eyni zamanda mühazirələr və
ya açıq dərslər keçirməyə
imkan yaradacaq. Mərkəzdə həmçinin tədris
elektron resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin
təhsildə tətbiqini
daha effektiv etməklə yanaşı,
tədrisin keyfiyyətini
də qaldırmağa
imkan verəcək.
Mərkəzin serverində həmçinin
Azərbaycan məktəblərinin
elektron xəritəsi
də yerləşdiriləcək.
İnternet vasitəsilə ictimaiyyət
üçün açıq
olan bu resurs
vasitəsilə məktəblər
haqqında bütün
zəruri məlumatlar
əldə etmək mümkün olacaq".
Təhsil sisteminin
informasiyalaşdırılmasının effektivliyini təmin etmək üçün
"Call-mərkəz"in yaradılması üzrə
də iş gedir. Məlumat aə Resurs
Mərkəzinin nəzdində
yaradılan "Call-mərkəz"
vahid telefon nömrəsi vasitəsilə
informasiya təhlükəsizliyi,
texniki dəstək və digər xidmətlərlə əlaqəni
asanlaşdıracaq.
Naibə
Həftə içi.-
2009.- 6 mart.- S. 6.