Dalğıclar müasir "kəşfiyyat" aparatları ilə işləyirlər

 

Onların məlumatları əsasında yeni layihələr hazırlanır

 

Xəzər Dəniz Neft Donanmasının (XDND) Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsi neft qaz əməliyyatlarının həyata keçirilməsində xüsusi əhəmiyyətə malik müəssisələrdəndir.  

Çünki dalğıc xilasedicilərin köməyi olmadan estakadalar, dərin dəniz platformaları, boru kəmərləri digər iri obyektlərin inşası təmiri mümkün deyil. Ötən il idarə proqnozda nəzərdə tutulan 9,4 milyon manat əvəzinə 10,5 milyon manatlıq görüb. Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsinin 115 dalğıcı Neft Donanmasının 10-dan artıq böyük kiçikhəcmli ixtisaslaşmış gəmisinə xidmət göstərir. Dənizdə neftqazçıxarma obyektlərində ümumilikdə 18 dalğıc stansiyası yaradılıb. 2008-ci ildə dalğıclar 21.100 saat su altında işləyiblər ki, bu da ayda 1758 saat edir. "28 May", "Neft daşları", N.Nərimanov adına, "Qum adası", "Abşeronneft" NQÇİ- işlər görülüb. Fırtınalı havalarda suyun altındakı estakadalarda, boru kəmərlərində təmir işlərinin aparılması, kabel xətlərinin çəkilişi xüsusilə çətindir. Buna baxmayaraq dalğıclar əlverişsiz hava şəraitində suyun altına enərək qəza yerlərində kəsmə qaynaq işləri aparır, batmış obyektlərin sudan çıxarılmasını həyata keçirir, kommunikasiya xətlərini bərpa edirlər. Ötən il bu idarənin yaxından iştirakı ilə ikibloklu platforma "Ümid" yatağına daşınıb dənizin 56 metr dərinliyində quraşdırılıb. Platformanın nəqli zamanı ən yaxşı 15 dalğıc xilasedici "Avior", "Geofizik", "Təbriz Xəlilbəyli", "Orion-24" gəmilərində təhlükəsizliyə nəzarət işini həyata keçirib. Onlar platformanın dənizin dibinə bərkidilərək bütün sutkanı növbə çəkiblər. Dalğıclar həmçinin testləşdirmə vasitəsilə köhnəlmiş estakadaların, platforma, boru kəmərləri dəniz gəmilərinin möhkəmliyini yoxlayır onların dayanıqlığı üçün məsuliyyət daşıyırlar. Onlar obyektlərin qəzalı yerlərini müəyyənləşdirir həmin yerlərlə təhqiqat aparırlar. Dövlət Neft Şirkətinin (ARDNŞ) "Dənizneftqazlayihə" institutunun mütəxəssisləri məhz dalğıcların məlumatları əsasında həmin konstruksiyaların möhkəmləndirilməsi əvəzləndirilməsi üçün layihələr hazırlayırlar. Qeyd edək ki, dənizin dibində işləyən dalğıcların əməyi hətta kosmonavtların işindən ağır təhlükəli hesab olunur. Suyun altında işləyən insanda tənəffüs, psixika, nitq dəyişilir, barokamerada ancaq idarələrlə danışmaq mümkündür. Xəzər dənizində ən çətin suyun altında işləməkdir. Burada suyun temperaturu qışda, həm yayda 3 - 4 dərəcədən yüksək olmur. Bundan başqa, Xəzərin dibi çox bulanıqdır.   

XDND-nin Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsinin baş mühəndisi Əbülfəz Nəsirovun sözlərinə görə, idarə müasir "kəşfiyyat" aparatları ilə təchiz olunub. "Skorpio" aparatı vasitəsilə dənizin 800 metr dərinliyindən məlumat almaq, dənizin dibindəki obyektlərdə baş verən qəzanın xarakterini öyrənmək batmış yükləri qaldırmaq mümkündür. Digər nəzarət həyata keçirən sualtı aparat "Sixuk"dur. Onun "göz"lərindəki rəngli telekamera sualtı ərazinin koordinatlarını, eləcə qrunt sularındakı əşyaların yerini müəyyənləşdirir, dalğıcların gələcək yerlərini təyin edir. "Təbriz Xəlilbəyli" xilasetmə gəmisində quraşdırılmış bu cihazlara sualtı aparat bələdçiləri qulluq edir. Ötən il 6 bələdçi Böyük Britaniyada təlim keçib. Ə.Nəsirov qeyd etdi ki, bu gün Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsi həm özünün idarəetmə strukturu, yüksəksəviyyəli peşəkar kadr potensialı ilə fərqlənir. İdarə mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq Dalğıc Müqavilələri Təşkilatının üzvüdür. Bu qurumun nümayəndələri Bakıda olub, Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsinə məxsus texnikaya baxış keçirib, təchizat işlərini yoxlayıb təhlil ediblər. Təşkilatın Londondakı təhsil mərkəzi dünyanın müxtəlif regionları ilə bərabər, Azərbaycan neftçiləri ilə sıx əməkdaşlıq edir. Ötən il idarənin Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsinin ümumilikdə 15 dalğıcı oradakı kurslara cəlb olunub, ən istedadlı 5 mütəxəssis supervayzer beynəlxalq sertifikatına layiq görülüb. Baş mühəndisin dediyinə görə, hazırda 6 nəfər azərbaycanlı dalğıc orada baş aparatlar üzrə bələdçi təhsili alır. Beynəlxalq sertifikatlara layiq görülən mütəxəssislər nəhəng layihələrdə iştirak hüququ qazanırlar. Daha 43 dalğıc isə ingilis dili kurslarına hazırlaşır ki, gələcəkdə həmin mərkəzdə ixtisaslarını artırsınlar.

  

  

Sevil

 

Həftə içi.- 2009.- 6 mart.- S. 5.