"Pakistanda islam
həmrəyliyi həmişə
güclü olub"
Eynulla Mədətli:
"Həm rəsmilər,
həm də sadə xalq Azərbaycanın adını
rəğbətlə çəkir"
Bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında
ona ən böyük dəstək verən dövlətlərdən
biri Pakistandır. Bu ölkə həm də Qarabağ məsələsində Bakının
mövqeyini açıq
şəkildə dəstəkləyir.
İki ölkə arasında əlaqələrin
mövcud durumu və digər maraqlı məqamlarla bağlı suallarımızı
"Həftə içi"nə
eksklüziv müsahibəsində
Azərbaycanın Pakistandakı
səfiri Eynulla Mədətli cavablandırdı:
- Azərbaycanla Pakistan arasında
münasibətlər günü-gündən
inkişaf edir. Ölkələrimiz arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar
çərçivəsində təqdirəlayiq işbirliyi
formalaşıb. Azərbaycan müstəqilliyini
əldə edəndən
bəri hər iki ölkənin prezidentlərinin qarşılıqlı
şəkildə 2 dəfə
İslamabad və Bakıya səfərləri
reallaşıb. Ölkələrimiz arasında hazırkı dostluq münasibətlərinin
möhkəm təməli
isə ümummilli liderimiz Heydər Əliyevin 1996-cı ildə
Pakistana səfəri zamanı qoyulub. Həmin səfərdən keçən
dövr ərzində
ölkələrimiz arasında
30-dan çox sənəd
imzalanıb. Baş nazirlər,
parlament sədrləri,
nazirlər və digər yüksəksəviyyəli
şəxslər arasında
görüşlər keçirilib.
Həm rəsmilər, həm də sadə xalq arasında Azərbaycan adı rəğbətlə qarşılanır.
Təəssüf ki, iqtisadi əlaqələr müxtəlif
səbəblərə görə
siyasi müstəvidə
olduğu səviyyəyə
çatdırılmayıb.
- Bu ölkədə
baş verən hakimiyyət dəyişikliyi
ölkələrarası münasibətlərə
necə təsir göstərib?
- Pakistanın
yeni prezidenti Asif Əli Zərdari
və baş nazir Yusif Rza
Gilani, bütövlükdə
dövlət və hökumət xarici siyasətdə əvvəlki
kursu davam etdirir. Ölkəmizə münasibətdə hər hansı nəzərəçarpacaq dəyişikliklər
müşahidə olunmur.
- Qarabağ
münaqişəsi barədə
- 1997-ci ildə
səfirliyin bu ölkədə fəaliyyətə
başladığı andan
Dağlıq Qarabağ
münaqişəsinin mahiyyəti,
Ermənistanın Azərbaycana
təcavüzü məsələsinin
rəsmi dairələrə
və ictimai rəyə çatdırılması,
Bakının ədalətli
işinə dəstək
qazanılması işimizin
aparıcı sahələrindən
biri olub. Ölkənin kütləvi informasiya
vasitələri, tədqiqat
və fikir mərkəzləri, təhsil
müəssisələri və
ayrı-ayrı ziyalılarla
aparılan ardıcıl
işlər nəticəsində
savadlı əhali arasında və rəsmi dairələrdə
Dağlıq Qarabağla
əlaqədar birmənalı
fikir formalaşdırılıb.
Eyni zamanda nüfuzlu və böyük islam
dövləti sayılan
Pakistanda islam həmrəyliyi həmişə
güclü olub. Fələstin problemi ilə
bağlı İsraili
tanımayan Pakistan Azərbaycan
torpaqlarını işğal
etmiş Ermənistanla
da diplomatik əlaqələr qurmayıb.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının
Dağlıq Qarabağla
əlaqədar qətnamələrinin
qəbulu zamanı həmin dövrdə şurada müvəqqəti
üzv olan və sədrlik edən
- Bakı
ilə İslamabad arasında hərbi əməkdaşlığın genişləndirilməsi ilə
bağlı danışıqlar
aparılır?
- Müdafiə
sahəsində əməkdaşlıq
həm hökumətlərarası
birgə komissiyanın
iclasları, həm də iki ölkənin
müdafiə sahəsinin
rəhbər və məsul işçiləri
arasında keçirilən
görüşlərdə müzakirə olunur. Bu, daha çox
təlim, təhsil və təcrübə sahələrini əhatələyir.
Tədricən müdafiə sənayesi
sahəsində də
əməkdaşlıq yaranır.
- Ölkəmizin Kəşmir
probleminin həllində
mövqeyi necədir?
- Azərbaycan Kəşmir məsələsində BMT-nin
bu problemlə bağlı qəbul etdiyi qətnamələrin
həyata keçirilməsinin
tərəfdarıdır. Bu da Pakistanın rəsmi mövqeyi ilə üst-üstə düşür. İkitərəfli, regional
və beynəlxalq forumlarda, xüsusilə də İslam Konfransı Təşkilatı
çərçivəsində ölkəmiz Kəşmirlə
bağlı Pakistanın
mövqeyini dəstəkləyir.
Kəşmirlə əlaqədar komitələrin,
qurumların iclaslarında
fəal iştirak edir və problemin
tezliklə beynəlxalq
hüquq normaları çərçivəsində həllini arzulayırıq.
Azərbaycanın bu birmənalı
mövqeyi
- Yaxın
vaxtlarda hansı qarşılıqlı səfərlərin
və ya birgə tədbirlərin keçirilməsi gözlənilir?
- Bu ilin payızında Azərbaycan
-
- Siz həm də səfir kimi Əfqanıstanda akkreditə
olunmusunuz. Bu ölkənin
bərpasında iştirak
üçün Azərbaycanla
danışıqlar aparılır?
- Əfqanıstanın
həqiqətən də
beynəlxalq yardıma,
xüsusilə də qonşularının dəstəyinə
ehtiyacı var. 30 il davam edən aramsız müharibələr
nəticəsində dağılmış
iqtisadiyyatın, infrastrukturun
bərpasına, elmi, təhsili, səhiyyəni,
sosial inkişafı canlandırmaq üçün
həm külli miqdarda vəsait, həm də zəhmət sərf edilməlidir. Bunlardan öncə isə
orada sülh və təhlükəsizliyin
təmin edilməsi məsələsi durur.
2008-ci ilin yayında
prezident İlham Əliyevin tapşırığına
əsasən xarici işlər nazirinin müavini Araz Əzimovun rəhbərliyi
ilə müxtəlif
nazirliklərin nümayəndələri
Əfqanıstanda oldular.
Onlar bu ölkəyə hansı sahələrdə
və necə yardımların lazım olduğunu müəyyənləşdirdilər.
Keçən ilin dekabrında
və həmin ilin yayında Əfqanıstanın xarici
işlər naziri, eləcə də parlament sədrinin ölkəmizə rəsmi
səfərləri zamanı
əməkdaşlıq məsələləri
müzakirə edildi.
Hazırda bu istiqamətdə məqsədyönlü
iş aparılmaqdadır.
- Azərbaycanın
Əfqanıstandakı hərbi
kontingentinin sayının
2 dəfə artırılması
rəsmi Kabil və əfqan xalqı tərəfindən
necə qarşılandı?
- Bu ölkədə
ən vacib məsələ sülhün
və təhlükəsizliyin
təmin edilməsidir.
Bu istiqamətdə Azərbaycan bölüklərinin
Türkiyə Silahlı
Qüvvələrinin tərkibində
xidmət göstərməsi
Əfqanıstan hökuməti
və xalqı tərəfindən təqdirlə
qarşılanır. Əsgərlərimiz yüksək döyüş
hazırlığına malikdir.
Yaxşı təlim görüblər
və mürəkkəb
şəraitdə çox
səmərəli təcrübə
qazanıblar. Lakin onlar
döyüş əməliyyatlarında
iştirak etmirlər.
Kabilin çox mühüm strateji obyektlərini qoruyurlar.
Azad Əliyev
Həftə içi.- 2009.- 6 mart.- S.1-2.