Qadınlarımızın və... teatrımızın problemləri
Kamran Şahmərdan:
"Qadınlarımızın cəmiyyətdəki mövqeyi
primitiv olaraq qalıb"
Həyatın qavrayışı
teatrdan keçir
Onunla düz 5 il öncə söhbətləşmişdik. O zaman Kamran Şahmərdan
"Yuğ" Dövlət
Teatrının səhnəsində
Kobo Abenin "Qumluqdakı qadın" nəsr əsəri üzrə teatrın aktyorlarının köməyi
və özü ilə gətirdiyi kuklaların vasitəsilə
marionetka tamaşası
üzərində işləyirdi.
Məlumat üçün bildirək
ki, Kamran Şahmərdan 1972-ci ildə
Bakıda dünyaya gəlib. Orta təhsilini
burda alandan sonra İsveçin Stokholm şəhərində
Kral İncəsənət
Akademiyasının rejissorluq
fakültəsini bitirib.
Bir müddət İsveçin teatrlarında
çalışıb. 14 il
əvvəl Finlandiyaya
köçməzdən öncə
isə "Sabah" Yaradıcılıq Studiyasında
işləyib. Bu studiyada S.Bekketin "Oyun" əsərinə
verdiyi quruluşu ən yaddaqalan işi hesab edir. "Qumluqdakı qadın" layihəsindən
sonra 2007-ci ildə
"İbRus" Teatrında
Jan Koktonun əsəri üzrə
"Tənha səs"
əsərinə quruluş
verib. K.Şahmərdan
Finlandiyada yaratdığı
"Ağ və qara" sintetik janrlı teatrında hazırladığı eyniadlı
marionetka tamaşasını
ötən ilin sonlarında A.Şaiq adına Dövlət Kukla Teatrının səhnəsində teatrın
aktyorlarının potensialından
istifadə edərək
nümayişləmişdi. Son bir ay
ərzində isə S.Vurğun adına Rus Dram Teatrında
J.Anuyun "Torağay"
pyesinin məşqləri
ilə məşğuldur.
Janna d""Arkın taleyindən bəhs edən bu əsərin
tamaşasının premyerası
martın 14-ü və
15-nə təyin olunub. İş elə gətirdi ki, Kamran Şahmərdanla
budəfəki görüşümüz
həm də 8 Mart - Beynəlxalq Qadınlar günü və 10 Mart - Milli Teatr günü
ərəfəsinə
təsadüf etdi. Və yəqin ki, burda bir
qanunauyğunluq var.
- Finlandiyanın
İmatra şəhərində
yaratdığınız "Ağ və qara" teatrı ilə Bakıdakı Kukla Teatrının qardaşlaşması ideyasının
özünü doğrultmasından
razısınızmı?
- Hər
halda, çalışıram
bu əlaqələr daha da möhkəmlənsin.
Bu ilin axırı,
gələn ilin əvvəlində Kukla - Teatrında Ekzüperinin
"Balaca şahzadə"
əsərini tamaşaya
qoyacağam.
- Beş
il öncə
söyləmişdiniz ki,
Azərbaycanda kukla teatrı sənəti ölür. Təəssüratınız
dəyişməyib ki?..
- Vəziyyət
çox çətindir.
Kukla teatrının lazımi səviyyədə inkişafı
üçün məktəb
olmalıdır. Bu teatrda çalışan hər kəsin uyğun ixtisas üzrə təhsili olmalıdır. Mən buna aid bir-iki fikrimi bildirmişəm, görək
nə olur... Kukla Teatrında çalışanları
mütləq Rusiyaya və Avropaya təcrübə keçməyə
göndərmək lazımdır.
Bütün texniki işçilər
və kuklalarla işləyən artistlər
bu janrın inkişaf etdiyi hər hansı bir ölkədə təcrübə keçsələr,
artıq bura qayıdanda hazır "baqaj"ları olar.
Həmyerlilərimə təqdim etdiyim
"Ağ və qara" tamaşası ilə kukla teatrı janrının vizual imkanlarını göstərdim. Bizdə nə
üçünsə Kukla
Teatrının tamaşaçılarının
yalnız uşaqlar olduğunu təsəvvür
edirlər. Bu, çox qeyri-ciddi münasibətdir. Nəinki
Kukla Teatrına, ümumiyyətlə, teatra
Azərbaycanda ciddi münasibət yox dərəcəsindədir. İnsanlar bu
sənət növünə
əyləncə mənbəyi
kimi baxırlar. Cəmiyyətdə teatrla kabarenin
yeri arasında fərq qoymaq qabiliyyəti çox aşağıdır. Unutmaq olmaz
ki, teatr məbəddir, sənət
məbədidir. Bir
neçə il öncə mən gözləyirdim ki, televiziya yüksək zövq və dəyərlər təbliğatçısına çevriləcək. Amma bu gün bunu gözləmək
yersizdir - televiziyadan əyləncə və informasiyadan savayı heç nə ummaq olmaz. Teatr və kino isə
tamaşaçılarda katarsis
əhvalını yaratmaq
missiyasına sadiq qalmalıdır. Bu və ya digər
rolu ifa edən aktyor o qədər səmimi olmalıdır ki, onun ifasında sənədliliklə bədiilik
arasındakı sərhəd
sezilməsin. Unutmaq olmaz
ki, teatr şəhərin qəlbidir.
Həyatın, dünyanın, nəhayət,
özümüzün etik
və mənəvi qavrayışı məhz
teatrdan keçir.
Tanrı
bizə qəlb verib, ruh bəxş
edib. Onların cilalanması incəsənətsiz
mümkün deyil.
Kukla teatrı janrı ilə bağlı fikrimə qayıdıb demək istəyirəm ki, bu məsələdə
kompromis variant tapılmalıdır. Birinci növbədə,
əlbəttə, müvafiq
dramaturgiya yaranmalıdır,
Kukla Teatrının yalnız uşaqlar üçün nəzərdə
tutulması kimi stereotip unudulmalıdır.
Qələm sahiblərimiz bu
məsələyə ciddi
yanaşmalıdırlar.
- "Qumluqdakı
qadın", "Tənha
səs" və
"Torağay" - bu
əsərlərin üçünün
də mərkəzində
qadın dayanır.
Onları Azərbaycan səhnəsinə
gətirmək zərurətdən
doğan təsadüfdür,
yoxsa bu barədə məxsusi olaraq düşünmüsünüz?
- Yox, təsadüf deyil. Bu üçlük yaradıcılığımın düşünülmüş şəkildə üzə
çıxan təzahürüdür.
Azərbaycan qadınlarının
vəziyyəti məni
düşündürdüyü, bununla çox yaxından
- Teatrınızla
eyni adda ənənəvi olaraq
festival da keçirirsiniz.
Builki festivalın mövzusu nədir və Azərbaycandan orda hansı teatr iştirak edəcək?
- Builki
"Ağ və qara" festivalını mayda keçirəcəyik.
Mövzusu "Katarsis" olacaq.
Təxminən 30 ölkənin teatrlarını
gözləyirik. Azərbaycandan hansı teatrın iştirak edəcəyi hələlik məlum deyil.
Samirə Behbudqızı
Həftə içi.- 2009.- 7-10 mart.- S. 7.