"Referendumun siyasi hüquqi əsasları"

 

Bu mövzuda beynəlxalq konfrans keçirildi

 

Dünən Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə birgə işçi qrup "Azərbaycan Respublikasında 18 mart 2009-cu il referendumunun siyasi hüquqi əsasları" mövzusunda beynəlxalq konfrans keçirdi. Tədbirdə Azərbaycanın hüquq sahəsində ekspertləri, parlamentariləri QHT nümayəndələri, eyni zamanda beynəlxalq təşkilatların, Qərb ölkələrinin nümayəndələri iştirak edirdilər. İlk olaraq konfransı AİHBSTBİQ rəhbəri Kamil Səlimov açdı gündəliyə salınan məsələlər haqda məlumat verdi.

Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov çıxış etdi. 18 mart referendumuna çıxarılan maddələrin mahiyyəti barədə məlumat verən F.Ələsgərov ediləcək dəyişikliklərin hər hansı hüquq pozuntusu yaradacağı ilə bağlı səslənən fikirlərin əsassız olduğunu vurğuladı. Plenar iclasın birinci hissəsində aparılması üçün moderator kimi Jan-İv Şevalye Olivye Vedrinin olacağı əvvəlcədən artıq müəyyənləşdiyindən onlar çıxış üçün Milli Məclisin hüquq siyasəti dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynova söz verdilər. Millət vəkili əsasən Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin təsnifatı istiqamətində fikirlərini bildirdi.

Konstitusiya Araşdırmaları Fondunun (KAF) sədri, BİQ-in üzvü Əliməmməd Nuriyev isə referendum aktı layihəsinə dair BİQ-in rəyi ətrafında məruzəsini açıqladı. KAF sədri referendum yolu ilə ediləcək dəyişikliklərə əsasən ölkədə insan haqlarının qorunması, eyni zamanda uşaq hüquqlarının müdafiəsi istiqamətində ciddi müsbət dəyişikliklərin olunacağına inandığını dedi. Ə.Nuriyev BİQ-in təqdim etdiyi rəy layihəsini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Belçika Konstitusiya Məhkəməsinin hakimi, BİQ-in üzvü Jan Pol Murman isə Avropanın bir çox ölkələrində qüvvədə olan qanunlarla Azərbaycanda qəbul olunan qanunlar arasında paralelliyin mövcudluğunu bildirdi.

Konfransın ikinci hissəsində isə insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, AŞ PA-nın üzvü Maykl Hankok çıxış etdi. Nahar fasiləsindən qayıtdıqdan sonra isə panelin ikinci hissəsində BİQ-in Fransadan olan üzvü Jan-İv Şevalyenin "Referendum demokratiyanın görünməz aləti kimi" mövzusunda məruzəsi dinlənildi.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu digərləri çıxışlarında 18 mart referendumu ilə bağlı fikirlərini səsləndirdilər.

 

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2009.- 7-10 mart.- S. 2.