Qafqaz Universitetinin tələbələri tamaşa
səhnələşdiriblər
Martın 5-də Qafqaz Universiteti və Britaniya konsulluğunun dəstəyi
ilə "Mədəniyyətlərarası
dialoq" ilində
"Birlikdə yaşamaq"
layihəsi çərçivəsində
Azərbaycan Dövlət
Rus Dram Teatrın Qafqaz Universitetinin tələbələri
tərəfindən səhnələşdirilən
tamaşa XIX əsrin tanınmış ingilis
yazıçılarından biri olan Ceyn
Ostinin "Qürur və qərəz" adlı romanı üzərində qurulub. Yazıçı XIX əsrin
əvvəllərində ingilis
aristokratiyasının və
kəndlilərin həyatını
əsərlərində əks
etdirib. "Qürur və qərəz" tamaşasının süjeti
XIX əsrin əvvəllərində
insanların "cəmiyyət
və pul" münasibətlərindən bəhs
edir. Qədim ingilis ənənəsi hələ də qorunan ingilis cəmiyyəti miras sahibi aristokratlardan, ticarətlə varlanan yeni orta təbəqə
və kəndlilərdən
ibarət idi. Tamaşanın əsas mövzusu elə həmin təbəqələr
arasındakı münasibətlərdən
bəhs edir. "Qürur və qərəz"də üç aparıcı xarakter bu sosial
təbəqələşmənin nümunələridir. Mister Darsi
köklü aristokrat ailəsinin nümayəndəsi,
onun dostu mister Binqli ticarətlə
varlanan və ali təbəqənin üzvü olmaq üçün uyğun kənd malikanəsi axtaran gənc və Bennet ailəsindən olan miss Elizabet kasıb,
amma qürurlu bir kənd qızıdır.
Tamaşa aristokratların
malikanə axtarışı
ilə kəndə gəlib aşağı təbəqə nümayəndələri
ilə yaşadıqları
hadisələr üzərində
davam edir. Qafqaz Universiteti tələbələri tərəfindən
müxtəlif fakültələrdən
26 tələbənin iştirakı
ilə səhnələşdirilən
tamaşa ingilis dilində səsləndirilib.
Baş
rollarda Zaur Eyyubov (mister Darsi), Asuman Can (Elizabet Bennet) və
Ramin Qurbanov (mister Binqli) iştirak ediblər. Tamaşanın
quruluşçu rejissoru Qafqaz Universitetinin laborantı
Gülnar Quliyevadır. Sözügedən
tamaşaya baxanlar arasında tanınmış sənət
adamları, xarici ölkə səfirliklərindən nümayəndələr,
tələbələrin valideynləri olublar. Tamaşanın
sonunda Qafqaz Universitetinin rektoru, professor
Ahmet Sanic və Britaniya konsulluğunun direktoru Nikole la Hausse de
Lalouvicre tərəfindən tamaşanı canlandıran tələbələrə
gül-çiçək verilib.
Bəhruz
Həftə içi.- 2009.- 7-10 mart.- S. 6.