BAK-ın ll qurultayı keçirilib

 

Elmira Axundova: "Soydaşlarımız yaşadıqları ölkələrin hakimiyyətində təmsil olunmalıdırlar"

 

Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) ll qurultayı keçirilib. Konqresin rəhbəri Sahil Qasımov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hesabat verib. O, 2 il əvvəl konqres yaradılarkən Benilüks məkanında - Belçika, Niderland Lüksemburqda yaşayan Azərbaycan diaspor təşkilatlarını birləşdirməyə çalışdıqlarını bildirib. Onun sözlərinə görə, həmin dövrdə bütün təşkilatları birləşdirmək mümkün olmasa da, 15 qurum konqres ətrafında cəmlənib Benilüks Azərbaycanlıları Konqresi yaranıb.   

Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının ölkəmizin tanınması istiqamətində mühüm işlər gördüyünü bildirib.   

Azərbaycan - Lüksemburq parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Elmira Axundova xarici ölkələrdə yaşayan azərbaycanlıları öz doğma vətənləri ətrafında sıx birləşdirmək məqsədilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi elan edilməsinin əhəmiyyətindən danışıb: "BAK ictimai baxışlarından, siyasi əqidəsindən asılı olmayaraq Benilüks ölkələrində yaşayan insanları öz ətrafında toplaya bilib. Soydaşlarımızın yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi strukturlarında, yerli özünüidarəetmə orqanlarında, parlamentlərdə digər təşkilatlarda təmsil olunması əhəmiyyətlidir".   

Azərbaycan - Niderland parlamentlərarası işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Adil Əliyev isə bildirib ki, BAK-ın azyaşlı soydaşlarımızın soy-köklərindən uzaq düşməməsi, ana dillərini unutmamaları üçün Amsterdam Rotterdamda həftəsonu məktəblərini açması diqqətəlayiqdir.   

Diasporla İş üzrə Dövlət Komitəsinin Qərbi Avropa şöbəsinin müdiri İlham Məmmədov təmsil etdiyi qurumun diaspor təşkilatlarına daim dəstək verəcəyini vurğulayıb.  

Ukrayna, Qazaxıstan Gürcüstanın Niderlanddakı səfirləri, Almaniya, Fransa, Rumıniya İngiltərədəki, habelə Benilüks məkanındakı Azərbaycan, həmçinin türk icmalarının təmsilçiləri, Niderland parlamentinin üzvləri Songül Akkaya, Köksal Gor, Xristian partiyasının nümayəndəsi Osman Almacı, Avropa Türk Demokratlar Birliyinin baş katibi Əhməd Suat Ari digərləri tədbirdə iştirak ediblər.   

 Qurultayda həmçinin Amsterdam meriyasının, Eyndhoven şəhər bələdiyyəsinin, Barbant əyaləti rəhbərliyinin senator Joyse Slivesterin qurultaya ünvanladıqları təbrik məktubları oxunub. Sonda qətnamə qəbul edilib. Səsvermə yolu ilə 12 nəfərdən ibarət BAK İdarə Heyətinin üzvləri, İdarə Heyətinin ilk iclasında isə Elsevər Məmmədov sədr, Sahil Qasımov fəxri sədr seçilib.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2009.- 11 mart.- S.4.