İqtisadiyyata kredit qoyuluşu artıb

 

Bu il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 7201,3 milyon manat təşkil edib. Ötən aya nisbətən bu göstərici 5,3 faiz, 2008-ci il fevral ayının 1-nə nisbətən isə 51,3 faiz artıb. Milli Bankın mətbuat xidmətindən aldığımız məlumata görə, kredit qoyuluşlarının 176,5 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Fevralın 1-nə kreditlərin 2289,6 milyon manatı (31,8 faiz) qısamüddətli, 4911,7 milyon manatı (68,2 faiz) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 107,3 milyon manatı və ya 4,7 faizi, uzunmüddətli kreditlərin isə 69,3 milyon manatı və ya 1,4 faizi vaxtı keçmiş kreditlərdir. Dövlət bankları tərəfindən iqtisadiyyata 3114,3 milyon manat, özəl banklar tərəfindən 3903,5 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 183,5 milyon manat kredit qoyulub. Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1975,7 milyon manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 27,4 faizə bərabərdir. 100 faizli xarici kapitalla fəaliyyət göstərən banklar isə 379,91 milyon manat kredit veriblər. Kreditlərin 3610,6 milyon manatı və ya 50,1 faizi manatla, 3590,7 milyon manatı və ya 49,9 faizi xarici valyuta ilə verilib.   

Həmin tarixə əhalinin banklar tərəfindən cəlb olunmuş əmanətlərinin həcmi isə 1833,9 milyon manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 22,3 faiz çoxdur. Fevralın 1-nə banklara qoyulan əmanətlərin 933,4 milyonu manatla, 900,5 milyon manatı isə xarici valyuta ilə cəlb edilib.

  

  

Sevil.

 

Həftə içi.- 2009.- 18-19 mart.- S. 5.