"Münaqişənin dinc yolla həllinə tərəfdarıq"

 

Yon Ramberq: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

 

Norveçlə Azərbaycan arasında siyasi-iqtisadi münasibətləri, bu iki ölkənin beynəlxalq məclislərdə əməkdaşlığı, hətta rəsmi Oslonun Dağlıq Qarabağ münaqişəsinin həllinə, Ankaranın Ermənistanla sərhədləri açmaq istəməsinə və s. məsələlərə bu ölkənin Bakıdakı səfiri Yon Ramberq "Olaylar"a eksklüziv müsahibəsində aydınlıq gətirib.

 

- Norveçlə Azərbaycan arasında ikitərəfli münasibətləri necə qiymətləndirirsiz?

- Əgər biz bu gün Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin və xanım Leyla Əliyevanın "Bakı nefti və yerli icmaların tarixi" kitabının təqdimatında iştirak edir və onun maliyyələşməsinə xüsusi dəstək veririksə, demək, bu bizim Norveç - Azərbaycan arasındakı ikitərəfli dostluq, əməkdaşlıq münasibətlərinə nə dərəcədə önəm verdiyimizin bariz təzahürüdür.

- Ölkələrarası iqtisadi münasibətlər nə yerdədir? Bu istiqamətdə hansı yeniliklər var?

- Azərbaycan Norveç üçün çox maraqlı tərəfdir. Çünki ölkələrimiz arasında ümumi oxşarlıqlar çoxdur. Elə bu baxımdan da keçən həftə biz beynəlxalq maliyyə böhranı ilə əlaqədar neft ixrac edən ölkələrlə bağlı konfrans keçirdik. Həmin konfrans məhz Norveç səfirliyinin dəstəyi ilə reallaşdı. Norveç Azərbaycanda ikinci böyük sərmayəçidir. Ona görə Azərbaycanda baş verənlər daim bizim maraqlarımız çərçivəsindədir.

- Təhsillə bağlı vəziyyət nə yerdədir? Gələcəkdə təhsil sahəsində qarşılıqlı tələbə mübadiləsi nəzərdə tutulurmu?

- Ümid edirəm bu proses ikitərəfli olacaq. Hazırda daha çox azərbaycanlı tələbənin Norveçdə təhsil alması barədə düşünürük. Bununla bağlı danışıqlar gedir. Düşünürəm bu proses yaxın gələcəkdə daha da sürətlənəcək norveçli tələbələrin Azərbaycanda təhsil almaq imkanları artacaq.

- Hazırda gündəmin əsas mövzusu və müzakirə predmeti Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsidir. Norveçin bu məsələyə münasibəti necədir? Ölkəniz Türkiyə - Ermənistan sərhədlərinin açılmasını təqdir edirmi?

- Norveç Cənubi Qafqazda mövcud olan bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır münaqişənin dinc yolla həllinə ümidlidir. Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü sərhəd toxunulmazlığı prinsipini dəstəkləyirik.

- Norveç qondarma "erməni soyqırımı" tanıyır?

- Bu sual Norveçdə gündəlikdə deyil. Bununla bağlı heç bir müzakirə aparılmır heç bir məsələ qaldırılmayıb.

- Bu yaxınlarda Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov belə bir açıqlama verdi ki, dünya maliyyə böhranı Norveçə 1 milyard dollar dəyərində maddi ziyan vurub. Bu dərəcədə həqiqətə uyğundur?

- Məndə belə bir məlumat yoxdur. Bu haqda heç eşitməmişəm. Amma sizin sualınıza şərh verə bilərəm. Norveçin Neft Fondu uzunmüddətli investisiya fondudur. Baxmayaraq ki son zamanlar səhmlərin dəyəri düşüb, amma əminliklə deyə bilərəm ki, biz pul itirməmişik səhmlərimizi satmamışıq. Tarix göstərir ki, səhmlərə qoyulan investisiya daha çox xeyir verir daha çox gəlir gətirir, nəinki digər investisiyalar. Fikirləşirik gələcəkdə vaxtsa bu səhmləri satsaq belə, bu, çoxlu sayda gəlir gətirəcək.

- Demək, 1 milyard dollar ziyan barədə söhbət gedə bilməz...

- Hazırda mənim yanımda heç bir göstərici yoxdur. Ola bilsin doğrudur, amma məsələ ondadır ki, biz səhmləri satmamışıq. Ona görə həqiqi itkidən söhbət gedə bilməz. Neft fondu nəsillər üçündür. Heç kəs bilmir ki, o səhmləri satanda onun qiyməti necə olacaq.

- Bu yaxınlarda Norveç rəsmilərinin Azərbaycana səfəri gözlənilir?

  

-         Demək olar bu məsələ ətrafında işləyirəm. Amma hələlik konkret söz deyə bilmərəm. Norveç həmişə Azərbaycanda ənənəvi neft-qaz sərgisində təmsil olunur iyunda keçiriləcək sərgiyə qatılmaq fikrimiz var.

 

 

    Həftə içi.- 2009.- 1 may.- S. 3.