Üzeyir bəyin məhv
etdiyi opera bərpa oluna bilər
Üzeyir Hacıbəylinin ev-muzeyində
bəstəkarın özünün
məhv etdiyi "Şeyx Sənan" operasının librettosunun
transliteriyası bərpa
edilib. Muzeyin direktoru Sərdar
Fərəcovun bildirdiyinə
görə, Üzeyir
bəyin ikinci operası olan "Şeyx Sənan"ın
tamaşaya qoyulmasının
səviyyəsi onu razı salmadığı
üçün bəstəkar
operasını məhv
etmişdi. S.Fərəcov:
"Baxmayaraq ki Üzeyir bəy məktublarında operanın
musiqisindən razı
olduğunu yazırdı,
son qərarı operanın
musiqi materialını
məhv etmək olmuşdu. Yaxşı ki libretto itib-batmayıb".
S.Fərəcovun fikrincə, libretto əsasında
hətta musiqini də bərpa etmək mümkündür. "Şeyx Sənan" Avropa opera musiqisi standartlarına uyğun şəkildə yazılıb.
"Leyli və
Məcnun" operasından
fərqli olaraq bu operada muğam
elementləri yoxdur.
XX yüzilliyin əvvəllərində yaşayıb-yaratmış
ifaçılar belə
bir operanı ifa etməyə hazır deyildilər.
H.Sarabski
muğam ifaçısı
idi, peşəkar
opera ifaçılarımız isə hələ yetişməmişdi. Xumar roluna
dəvət edilmiş
Rahil Boqatko isə Azərbaycan dilini bilmədiyinə görə rolun öhdəsindən gələ
bilməmişdi. Librettonun
transliterasiyası üzərində
iş başa çatandan sonra muzeyin əməkdaşları
"Şeyx Sənan"
operasına həsr edilmiş elmi məqalə nəşr etdirəcəklər.
Samirə
Həftə içi.- 2009.- 2-4 may.- S. 7.