Şəkidə bu il 232 yeri açılıb

 

Şəki şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, cari ilin 1-ci rübü ərzində adıçəkilən rayonda 33 milyon 597 min manatlıq məhsul buraxılıb bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çoxdur. Buraxılan məhsulun 37,8 faizi dövlət, 62,2 faizi isə özəl sektorun payına düşüb: "Adambaşına faktik qiymətlərlə 196,9 manatlıq məhsul buraxılıb bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz çoxdur. 200-ü daimi olmaqla 232 yeni yeri açılıb. İqtisadi sosial sahənin inkişafına 4 milyon 986 min manatlıq investisiya yönəldilib. Bu, 2008-ci ilin 1-cü rübünə nisbətən 4,1 dəfə çoxdur. Şəkidə fəaliyyət göstərən bank kredit təşkilatları tərəfindən sahibkarlara 13 milyon 780 min manat həcmində kredit verilib. Rayonda tikinti-quruculuq abadlıq işləri davam etdirilib. İnşasına 2008-ci ildə başlanılan sosial təyinatlı obyektlərin, emal yönümlü müəssisələrin tikintisi davam etdirilib, şəhərin bir sıra küçələrində ümumilikdə 256 min manatlıq təmir işləri görülüb. Regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafını əhatə edən dövlət proqramına əsasən, növbəti 5 ildə Şəkidə bir sıra mühüm tədbirlərin, o cümlədən sənaye kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ərazinin təbii sərvətlərindən səmərəli istifadə olunması, elektrik enerjisi, istilik qaz təchizatı sahəsində işlərin davam etdirilməsi, su təchizatı kanalizasiya sisteminin yenidən qurulması, meliorasiya irriqasiya işlərinin həyata keçirilməsi, səhiyyə, təhsil, mədəniyyət idman müəssisələrinin inşası yenidən qurulması sahəsində bir sıra tədbirlər nəzərdə tutulub".

  

  

Təbriz Vəfalı

 

Həftə işi.- 2009.- 2-4 may.- S. 5.