Jurnalistlər mükafatlandırılıb

 

QADIN Jurnalistlər Birliyi (AQJB) Birləşmiş Millətlər Təşkilatının (BMT) elan etdiyi 3 may - Beynəlxalq Mətbuat Azadlığı gününə həsr olunmuş tədbir keçirib. Təşkilat sədri Sevinc Osmanqızı problemlərdən danışıb. Tədbirdə "Jurnalistikaya sədaqət", "Jurnalistikada cəsarət", "Mətbuatın inkişafına dəstək" mükafatları təqdim olunub. Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı nümayəndəsi Bruno Pueza Mətbuat Azadlığı gününün tarixi barədə danışıb, media nümayəndələrinin hüquqlarının qorunmasının vacibliyini önə çəkib. O həmçinin diqqətə çatdırıb ki, dünyada hücuma məruz qalan jurnalistlərin sayı artıb. Bu ilin əvvəlində 11 media mənsubu qətlə yetirilib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə həbsdə 125 jurnalist saxlanılır, onların əksəriyyəti Çin, Kuba Eritreyadadır. O, Azərbaycan mətbuatının 15 il ərzində böyük yol keçdiyini diqqətə çatdırıb: "Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə zamanı jurnalistlər çox yaxşı fəaliyyət göstərdilər. Azərbaycan jurnalistikasına hər cür yardım göstərməyə hazırıq".

 

   

Əli

 

Həftə içi.- 2009.- 2-4 may.- S. 4.