"İnter" "Simurq" FİFA UEFA-nın tələblərini yerinə yetirməlidir"

 

Artıq Avropa kuboklarında mübarizə aparmaq niyyətində olan klublara lisenziya verilib. Hər il olduğu kimi, yenə azarkeşləri bir sual maraqlandırır: görəsən, qitəmiqyaslı turnirdə klublarımız ev oyunlarını hansı arenada keçirəcəklər?

 

Məlumdur ki, Avropa turnirlərində komandalarımız ev matçlarını bir qayda olaraq Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edirlər. Deyəsən, ənənə bu dəfə dəyişməyəcək. Bu, AFFA-nın baş katibi, AFFA-nın lisenziyalaşdırma komissiyasının sədri Elxan Məmmədovla söhbətimiz zamanı məlum oldu. LİVESPORT.az saytına verdiyi müsahibədə baş katib Avropa kuboklarında iştirak etmək hüququ qazanacaq klublarımızın ev oyunlarını ölkənin mərkəzi arenasında keçirəcəklərini bildirdi.

Elxan Məmmədov AFFA-nın futbolun bölgələrdə geniş yayılmasının tərəfdarı olduğunu bildirdi. Baş katib bunun üçün qitəmiqyaslı turnirlərin bölgələrdə təşkilinin böyük əhəmiyyət daşıdığını vurğuladı. O, növbəti mövsümdə bölgələrdə azarkeşlərin Avropa oyunlarına tamaşa edə bilməyəcəklərindən təəssüfləndiyini dedi: "Hazırkı məqamda ölkəmizdə yalnız Tofiq Bəhramov adına Respublika stadionunda Avropa kubokları oyunlarını təşkil etmək mümkündür. Təəssüflər olsun ki, yenə bölgələrimizi təmsil edən klublar ev oyunlarını paytaxtda keçirməli olacaqlar. Səbəb beynəlxalq qurumlar tərəfindən onların qarşısına qoyulan tələblərin yerinə yetirilməməsidir. Qitəmiqyaslı turnirlərdə iştirak etmək niyyətində olan "Simurq", "İnter", "Xəzər-Lənkəran", "Qarabağ" kimi komandalar rəqiblərini sahib olduqları stadionlarda qəbul etmək iqtidarında deyillər".

Baş katib süni örtüklü meydançalara malik "Şəfa" Zaqatala Olimpiya-İdman Kompleksinin stadionlarında yaranan problemlərdən danışdı. O, "İnter" "Simurq"un lisenziya alması üçün beynəlxalq laboratoriyanın komandaların ev oyunlarını keçirdikləri stadionlarda yoxlama aparmasının vacibliyini qeyd etdi: "Məlum olduğu kimi, "Şəfa"da Zaqataladakı stadionlarda meydançalar süni örtüklüdür. Belə meydançalarda oyunların keçirilməsi üçün "İnter" "Simurq" FİFA UEFA-nın tələblərini yerinə yetirməlidir. Bunun üçün xüsusi laboratoriya meydançanın vəziyyətini yoxlamalı beynəlxalq yarışların təşkili üçün yararlı olub-olmadığını müəyyən etməlidir. Əgər laboratoriyanın nümayəndələri ölkəmizə dəvət olunsa stadionlarımız müsbət rəy alsa, hər hansı problem olmaz. AFFA da adıçəkilən komandaların bu işi icra etməsini tələb xahiş edir. Çünki futbolun bölgələrdə yayılmasında assosiasiya çox maraqlıdır".

Elxan Məmmədov "Xəzər-Lənkəran" klubunun probleminin başqa olduğunu dedi. Baş katib Lənkəran şəhər stadionunun tələblərə tam cavab verdiyini desə , aeroport problemini irəli çəkdi: "Lənkərandakı arena UEFA FİFA-nın tələblərinə cavab verir. Yeganə problem şəhərdəki aeroportun beynəlxalq statusa malik olmamasıdır. Əgər bu problem həll edilərsə "Xəzər-Lənkəran" Avropa kuboklarına vəsiqə qazanarsa, biz yayda Lənkəranda böyük futbol bayramı yaşaya bilərik".

Maraqlıdır ki, "Karvan" "Standard" kimi yüksək yerlər uğrunda mübarizə aparan klublarımızın lisenziyalaşdırma sənədləri qaydasında deyil. Təsadüfi deyil ki, komissiya bir neçə komanda ilə yanaşı adıçəkilən klublara da şərti lisenziya verib. AFFA rəsmisi növbəti mövsümdə premyerliqada çıxış etmək üçün şərti lisenziya alan komandaların qoyulan tələbləri yerinə yetirəcəklərinə ümid etdiyini bildirdi. O, yalnız bəzi sənədlərdə çatışmazlıqlar olduğunu qeyd etdi.

 

 

Həftə içi.- 2009.- 6 may.- S. 8.