İlk çıxış uğurlu oldu

 

Aysellə Araş bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşdülər. Onların səfərinin məqsədi böyük səhnədə çıxış etməzdən öncə məşqlərə başlamaq idi. Dünən Moskvanın "Olimpiyski" idman kompleksində Aysellə Araşın ilk repitisiyası olub. Xəbərlərə görə, Aysellə Araş 3 rəqqasın müşayiəti ilə səhnəyə çıxıblar. Onlar təbillər vulkan təsvirləri ilə effektiv şou nümayiş etdiriblər. Pirotexnika, təbillərin səsi, vulkan təsvirləri rəqslər Azərbaycanın nahaq yerə "odlar diyarı" adlandırılmadığını ortaya qoyub. Məşq prosesini izləyən insanlar təmsilçilərimizə bu şouya heyran olduqlarını bildiriblər. Nümayəndələrimiz şoudan sonra mətbuat konfransı keçiriblər. Jurnalistlərin bütün suallarını səmimi surətdə cavablandıran Aysel Teymurzadə onlarda xoş təəssürat yaradıb. Musiqi ilə ilk tanışlığı barədə sual verən jurnalistlərə Ayselin cavabı belə olub: "Evimizdə həmişə musiqiyə böyük hörmət sevgi olub. Mən isə musiqidə ilk addımlarımı evimizdə olan XVIII əsrdən qalma alman fortepianosu ilə birlikdə atmışam. Musiqi aləmi ilə məni bu fortepiano tanış etdiyi üçün mənim üçün çox əzizdir".

Aysel "özünü neçənci yerdə görürsən" sualına belə cavab verib: "Mən, əslində, bizim ifamızı ilk 3-lükdə görürəm. Çünki digər ölkələri izləyirəm bizim mahnımızın ifamızın çoxlarından yüksəkdə olduğunu görürəm. Amma yenə bilmək olmaz, ona görə ki, hər şeyi ölkələrin verdiyi səslər həll edəcək. Buna baxmayaraq önəmli yerlərdən birini tutacağımıza əminəm".

  

 

Xatirə

 

Həftə içi.- 2009.- 8 may.- S. 7.