Səfirin Ağcabədi,
Bərdə və Gəncə səfəri
Məqsəd həyata keçirilən layihələr
üzrə tədbirlərdə iştirak etməkdir
Səfərin məqsədi
"Ot kökləri və insan təhlükəsizliyi qrant
yardımı proqramı" çərçivəsində
Ağcabədi rayonunun Hüsülü kəndində . tikintisi
başa çatan tibb məntəqəsinin
açılışı ilə bağlıdır. Səfirlikdən
verilən məlumatda qeyd olunur ki, mərasimdə səfir
M.Oki, Ağcabədi rayonunun icra başçısı
Şahin Məmmədov və müvafiq təşkilatların
rəhbərləri iştirak ediblər. Qeyd edək ki, tibb məntəqəsi
ilə bağlı sözügedən layihə üzrə
qrant müqaviləsi Yaponiya səfirliyi ilə
"İnkişaf 2006" QHT arasında 17 dekabr 2008-ci ildə
imzalanıb. Layihənin əsas məqsədi Ağcabədinin
Hüsülü kəndində tibbi xidmətin səviyyəsini
yaxşılaşdırmaqdır. Məlumata görə, layihədən
faydalanacaq insanların sayı ümumilikdə 9800 nəfərdir.
Layihənin ümumi dəyəri isə 87977 ABŞ
dollarıdır.
Səfirliyin məlumatında
o da qeyd olunur ki, eyni layihə çərçivəsində
səfir M.Oki Bərdə rayonuna da gedəcək və burda
iki kənddə içməli su təchizatı sisteminin
inşası layihəsinin başa çatması münasibətilə
açılış mərasimində iştirak edəcək.
Qeyd edək ki, Bərdədə layihə üzrə qrant müqaviləsi səfirliklə "Aran"
QHT arasında 27 noyabrda
bağlanıb. Bu sistemin həyata keçirilməsi ilə içməli sudan yararlanacaq insanların sayı 7600 nəfər olacaq. Layihəyə 87.780
ABŞ dolları vəsait
ayılıb. Yaponiya səfirliyinin
məlumatında vurğulanır
ki, səfir M.Oki mayın 6-da isə eyni layihə
çərçivəsində həyata keçirilmiş
Gəncənin Təcili
Tibbi Yardım Xəstəxanasının reanimasiya
şöbəsinin açılışında
iştirak edəcək.
Həmin mərasimə
Gəncə şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar
Əzizov da qatılacaq. Məlumatda deyilir ki, bu
layihə səfirliklə
"Gənc liderlər"
QHT ilə birgə həyata keçirilib və ümumilikdə layihəyə Yaponiya səfirliyi 88.000 ABŞ dolları
vəsait ayırıb.
Bildirək ki, Yaponiya hökumətinin
"Ot kökləri və insan təhlükəsizliyi
qrant yardım proqramı" Azərbaycanda
2000-ci ildən həyata
keçirilir. Həmin
proqram çərçivəsində
115 layihə maliyyələşdirilərək
həyata keçirilib.
Canbaxışlı N.
Həftə içi.- 2009.- 6 may.- S. 5.