Metroda 10 bankomat quraşdırılıb

 

Nəzakət Tarıverdiyeva: "Stansiyalarımızda 70 - 75 bankomatın quraşdırılması gözlənilir"

 

Bakı Metropoliten İdarəsinin (BMİ) mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyevadan aldığımız məlumata görə, qlobal maliyyə böhranı iqtisadi tənəzzüllə əlaqədar adıçəkilən qurum tərəfindən yeni qatarların vaqonların alınması məsələsi hələ həllini tapmayıb.

 

Müsahibimiz bildirdi ki, əvvəlki illərdə olduğu kimi, cari ildə yeni qatarların vaqonların Rusiyada fəaliyyət göstərən "Metrovaqonmaş" ASC-dən alınması gözlənilirdi: "Ancaq maliyyə böhranı ilə əlaqədar bu məsələ hələlik gerçəkləşməyib. Ümumiyyətlə, bu üçün həmişə Nazirlər Kabineti tərəfindən maliyyə vəsaiti ayrılıb. Ancaq bu il qədər maliyyə vəsaitinin ayrılacağı, qatarların vaqonların zaman alınıb ölkəyə gətiriləcəyi barədə dəqiq məlumatım yoxdur. Ümidvaram yaxın zamanlarda bu məsələ həllini tapacaq".

Qlobal maliyyə böhranının mənfi təsirinə baxmayaraq, həmsöhbətimiz BMİ-nin həyatında bir sıra yeniliklərin olduğunu diqqətimizə çatdırdı. Onun sözlərinə görə, yeniliklərdən biri metro stansiyalarında bankomatların quraşdırılması ilə əlaqədardır: "Ukraynanın Xarkov şəhərindən aldığımız 10 ədəd bankomatdan 4-ü metronun "İçərişəhər", 3-ü "28 May", 3-ü isə "Elmlər Akademiyası" stansiyalarında quraşdırılıb. Biz çalışırıq bu üsulla istifadəçilərimiz gedişhaqlarını kassalara deyil, bankomatlara daxil etsinlər. Onu da deyim ki, bir gedişin qiyməti əvvəlki kimi 5 qəpik olacaq. Ancaq sözügedən bankomatlarda 20 qəpikdən, yəni 4 gediş qiymətindən az yükləmə olmayacaq. Biz həmin aparatları hələlik eksperiment-təcrübə kimi quraşdırmışıq. Əgər eksperimentimizin nəticələri müsbət olarsa, 70 - 75 ədəd yeni bankomatın alınması idarəmizin ayrı-ayrı stansiyalarında quraşdırılması mümkünləşə bilər".

Xidmət rəhbəri 9 May - Qələbə günü münasibətilə müəyyən tədbirlərin həyata keçiriləcəyini vurğuladı: "Bizim idarəmizdə Böyük Vətən müharibəsi iştirakçıları olmuş işçilər çalışır. Biz onlarla vaxtilə bizim idarəmizdə işləmiş müharibə veteranları ilə görüş təşkil edəcəyik. Bundan başqa, onlara birdəfəlik maddi yardımlar da veriləcək. Ötən il bu məbləğ 150 manat idi. Bu il həmin məbləğdə artım olub-olmadığı barədə məlumatım yoxdur". Sonda N.Tarıverdiyeva onu da diqqətimizə çatdırdı ki, BMİ-nin cari il üçün planlaşdırdığı tədbirlər planına əsasən, paytaxtın 7-ci mikrorayon ərazisində "Azadlıq" stansiyasının tikintisi davam etdirilir. Onun sözlərinə görə, artıq Rusiyadan Ukraynadan yeni eskalatorlar alınıb yaxın günlərdə onların quraşdırılmasına başlanılacaq.

  

  

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 6 may.- S. 5.