İnflyasiya proqnozlaşdırılır

 

"DSK daxili bazara daha yaxındır"

 

Dövlət Statistika Komitəsi 2009-cu ildə Azərbaycanda 2,3 faiz inflyasiya proqnozlaşdırsa da, Beynəlxalq Valyuta Fondu bu rəqəmin 4 faiz həddində olacağını göstərib. Yerli iqtisadçıların bu proqnozlara fikri isə belə oldu. Fransanın Nitse Universitetinin iqtisadiyyat üzrə doktorantı Mətin Həsənovun fikrincə, 2,3 4 faizlik göstəricilər bir-birindən o qədər çox fəqlənmir. Lakin ekspert hesab edir ki, ayrı-ayrı orqanların proqnozlarını müqayisə etmək üçün onların hansı metodologiyadan, informasiyadan istifadə etmələrini bilmək vacibdir: "Məsələn, sadə bir faktı - neftin qiymətinin hansı səviyyədə götürüldüyünü nəzərə alsaq, bir qədər fərqli mənzərə yaranır. Əgər Statistika Komitəsi ilin əvvəlindəki dinamikaya əsasən 2 - 3 faizlik inflyasiyanın olacağını proqnoz edirdisə bu 3 ay ərzində dünya bazarında OPEK neftinin orta qiyməti 42,91 dollar olmuşdusa, BVF öz proqnozunda 2009-cu ildə neftin orta qiymətini 52 dollar götürür". Ekspert bu kimi inflyasiya səviyyəsinə təsir edə biləcək əsas amillərdən olan manatın kursunun hansı ssenari üzrə nəzərə alındığının da əhəmiyyətli olduğunu vurğulayıb.

M.Həsənov da DSK-nın BVF-nin hər birinin məsələyə öz yanaşma tərzi olduğunu bildirir: "Ümumilikdə DSK daxili bazara daha yaxındır. Qlobal iqtisadiyyatın hazırkı gələcək təhlilini apararaq xarici amillərin Azərbaycana mümkün təsirlərini daha dolğun nəzərə almaq iqtidarındadır. BVF öz proqnozlarını mütəmadi şəkildə yeniləyir. Bu, hazırkı qeyri-müəyyənliyin güclü olduğu bir durumda normaldır".

İqtisadi Sosial İnkişaf Mərkəzinin eksperti Kənan Kərimzadə məsələylə bağlı təmsil etdiyi təşkilatın ümumi rəyini bildirdi: "Biz bu fikirdəyik ki, inflyasiyanın 2,3 ya 4 faiz olması o qədər ciddi əhəmiyyət kəsb etmir. Çünki praktik olaraq bu rəqəmlər arasında o qədər böyük fərq yoxdur. Lakin problem ondan ibarətdir ki, bugünkü şəraitdə - qlobal maliyyə böhranı zamanı istər 2,3, istərsə 4 faiz kifayət qədər yüksək inflyasiya hesab olunmalıdır. Nərəzə alsaq ki əksər ölkələrdə böhranın təsiri nəticəsində inflyasiya müşahidə edilmir".

İqtisadçı-ekspert inflyasiya ilə bağlı şəxsi fikrini bildirdi: "Hesab edirəm 2009-cu ildə 5 - 6 faizlik inflyasiya müşahidə olunacaq. BVF-nin verdiyi proqnozlar reallığa daha yaxındır. Bundan başqa, qiymətlərin dünya bazarında yenidən qalxması müşahidə edilsə , inflyasiya dərəcəsi 1 rəqəmli qalsa da, 4 faizdən yüksək olacaq".

  

  

Mirvari

 

Həftə içi.- 2009.- 6 may.- S. 5.