"Dini etiqad azadlığı haqqında"
qanunda boşluqlar var
Elşad Miri: "QMİ ilə komitə arasında funksiya bölgüsü aparılmalıdır"
Mayın 8-də Milli Məclisin növbəti iclasında 6 məsələ
ilə yanaşı,
"Dini etiqad azadlığı haqqında"
qanuna bir sıra əlavə və dəyişikliklər
ediləcəyi nəzərdə
tutulub.
Qeyd edək ki, 1992-ci ildən qəbul edilən adıçəkilən qanunun
dəyişdirilməsinə ehtiyac duyulduğu bildirilsə də, müəyyən səbəblər
üzündən sənədə
baxılmayıb. Hətta
bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQİDK) və Qafqaz
Müsəlmanları İdarəsi
(QMİ) birgə komissiya
yaradacaqdı. Lakin
DQİDK-nin sədri dəyişdirildiyindən sənəd
tam təkmilləşdirilmədiyindən
parlamentə təqdim
olunmadı. Amma ekspertlər sənədə,
xüsusilə də,
martın 18-də konstitusiyanın
bir sıra maddələri ilə yanaşı, 18-ci maddə
(din və dövlət)
və 48-ci maddəyə
(vicdan azadlığı)
edilən əlavələrdən
sonra məlum sənədə də əlavə və dəyişikliklərin edilməsinin
vacibliyini vurğulayırlar.
O da bildirilib ki, qanuna təklif
olunan dəyişikliklərdən
bir hissəsi referendumdan irəli gələn məsələlər
olsa da, digər hissəsi isə ölkədə dini icmalarla bağlı mövcud vəziyyətin tənzimlənməsinə
xidmət edəcək.
Belə ki, qanuna təklif olunacaq dəyişikliyə
əsasən, dini icmaların qeydiyyatsız fəaliyyət göstərməsi
yasaqlanacaq.
Bəs hansı dəyişikliklər nəzərdə
tutulub və yaxud da qanuna
hansı əlavələr
ediləcək ki, bəzi qüvvələr
Azərbaycandakı dini
dözümlülük və
tolerantlıqdan sui-istifadə
edə bilməyəcəklər?
DQİDK-nın hüquq
şöbəsinin müdiri
Yusif Əsgərov bildirib ki, bu
məsələ ilə
bağlı onların
rəyi öyrənilib:
"Düzdür, bizim
komitənin ekspertlərinin
parlamentdə bu sənədin müzakirəsində
iştirakı ilə
bağlı məlumatım
yoxdur. Amma təkliflərimizi bildirmişik.
Əsas təkliflərimiz
təkmilləşdirmə ilə bağlı olub. Məsələn, qanunun birinci maddəsində "zor işlədən" sözü
"zor işlədəcəyi
təqdirdə" sözü
ilə əvəzlənib.
Yəni bəzi maddələr daha da təkmilləşdirilib".
Y.Əsgərov onu da qeyd edib
ki, qanunda Azərbaycanda dini etiqad azadlığının
qorunması ilə bağlı bir sıra maddələr daha da təkmilləşdirilib.
İlahiyyatçı-ekspert Elşad
Miri isə müzakirəyə çıxarılacaq
əlavə və dəyişikliklərlə
İslam Partiyasının
sözçüsü Hacı
Akif Heydərli də sənədin ictimai müzakirəyə
verilməsi, xüsusilə
də onun qəbulunda dinşünas
alimlərin rəyinin
nəzərə alınması
təklifi ilə çıxış edib:
"Deputatlara nə var ki, düyməni
basıb istədikləri
maddəyə səs verə biləcəklər.
Amma səs verəcəkləri maddənin
nədən ibarət
olduğunu, onun hansı məqamlara xidmət edəcəyini anlamaq lazımdır. Məsələn, bir ara ibadət yerlərində siyasi çağırışların edilməsinə icazənin
verilməsi, toy və
yas mərasimlərinin
vahid çərçivədə
keçirilməsi və
s. məsələlər gündəmə
çıxarıldı və
dedilər ki, bunlar qanun şəklinə
salınacaq. Biz islamçılar
bununla razılaşmırıq.
Çünki əgər
din dövlətdən ayrıdırsa,
niyə dövlət dini məsələlərə
müdaxilə edir? Dini etiqad və
vicdan azadlığı
ilə bağlı qanunumuzda elə boşluqlar var ki, bu barədə
düşünülməlidir. Daha 100 minlərlə insanın heysiyyəti ilə oynamaq lazım deyil". Partiya funksioneri bu kimi məsələlərin
ictimai qınaq obyektinə çevrilməsində
QMİ-ni də ittihamlayıb: "Mənə
elə gəlir
QMİ-nin bu məsələlərə nəzarəti
çox zəif olduğundan qanunverici orqan bu məsələyə
müdaxilə edir. Əgər QMİ istər
məscid tikintisi, istər sökülməsi,
bağlı qalması,
icmaların fəaliyyəti
və s. məsələlərə
vaxtında münasibət
bildirsəydi, indi qanuna heç bir əlavə və dəyişiklik edilməzdi. Mən heç də qanuna əlavə və dəyişikliklərin
əleyhinə deyiləm.
Amma elə maddələr dəyişilə
bilər ki, bu, cəmiyyətimizin ziyanına ola bilər. Hesab edirəm dövlət əsasən dini etiqad azadlığından
sui-istifadə edən
bəzi qüvvələrin
fəaliyyətinə nəzarəti
gücləndirsin, dini
icmalara və məscidlərə qanunsuz
müdaxilələrin qarşısını
alsın və
s.".
Elnur
Həftə içi.-
2009.- 6 may.- S. 4.