"Rəsmi Bakı
sülhün təminində
israrlıdır"
NATO - Azərbaycan
əlaqələrinin 15 ili
tamam oldu
Dünən Azərbaycan
- NATO Beynəlxalq Məktəbinin
təşəbbüsü ilə "NATO - Azərbaycan:
Keçmişi qiymətləndirərək
gələcəyə baxış"
adlı konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini Araz Əzimov bildirdi ki, bu
tədbir Azərbaycan
üçün tarixi
məna daşıyır.
Daha sonra NATO-nun baş katibi Yaap de Hoop Sxefferin NATO - Azərbaycan əlaqələrinin
15 illiyi ilə bağlı təbriki videoçəkiliş vasitəsilə
göstərildi. Baş
katib vurğuladı ki, bu əməkdaşlıq
1994-cü ildə ümummilli
lider Heydər Əliyevin Azərbaycanın
NATO-nun "Sülh naminə
tərəfdaşlıq proqramı"na
qoşulmasına imza atması ilə başlayıb. Onun sözlərinə görə,
bu gün azərbaycanlı hərbçilər
Əfqanıstanda NATO qüvvələri
tərkibində xidmət
göstərirlər: "Azərbaycan
burada sülh və sabitliyin əldə edilməsinə
töhfəsini verməkdədir.
İSEF qüvvələri tərkibində azərbaycanlı
hərbçilərin Əfqanıstanda
olması Azərbaycanın
iradəsindən xəbər
verir. Bu bir daha göstərir ki, Azərbaycan öz məsuliyyətini dərk edərək sülhün təminində
israrlıdır". Baş
katib onu da vurğuladı ki, rəsmi Bakı Silahlı Qüvvələrinin NATO standartlarına
uyğunlaşdırılması istiqamətində də iş aparır. Ötən müddətdə
təşkilatla Bakı
arasındakı əlaqələr
çox yüksək
səviyyədə olub:
"NATO Azərbaycan ordusunda,
hüquq-mühafizə orqanlarında
və güc strukturlarında islahatların
aparılmasına da yardım göstərir.
SNT proqramı siyasi dialoq deməkdir. Biz tərəfdaş kimi bölgədə təhlükəsizlik
məsələləri ilə
bağlı dialoq aparırıq. Artıq irəliyə doğru baxmalıyıq. İnanıram
ki, yaradılmış
möhkəm bünövrə
üzərində uğurlu
əməkdaşlığımız bundan sonra da
davam edəcək".
Daha sonra Türkiyənin
keçmiş xarici işlər naziri və spikeri olmuş, hazırda isə Əfqanıstanda
NATO-nun baş mülki
zabiti vəzifəsində
çalışan Hikmət
Çətin söz aldı. Bildirdi ki, ilk dəfə Azərbaycana 1991-1992-ci illərdə
gəlib. Həmin dövrdən bu vaxta qədər 20 dəfədən artıq
Azərbaycanda olub. Hər gəlişində
də ciddi irəliləyişlərin şahidi
olub: "Bu bölgə
böyük önəm
daşıyır. Lakin
indi çətin anlarını yaşayır.
Qafqazda hazırda çox mühüm hadisələr cərəyan
etməkdədir. Biz burada
Gürcüstana Rusiyanın
hərbi müdaxiləsinin,
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının
və Azərbaycanla
NATO əlaqələrinin daha
da da dərinləşməsinin
şahidi oluruq". H.Çətin onu da bildirdi ki,
hazırkı çağırışları
bölgədə imkana
dönə biləcək
fürsət kimi görmək lazımdır.
Qafqaz elə bölgədir ki, burada əməkdaşlıq
müxtəlif ola bilər: "Burada müxtəlif enerji layihələri reallaşdırılır.
Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən enerji
dəhlizinin mərkəzində
yerləşir. Bu çox
əlverişlidir". H.Çətinin
sözlərinə görə,
bölgədəki sülh
və sabitlik üçün təhdidlərdən
biri də həll olunmamış münaqişələrin mövcudluğudur.
Onların həlli çox vacibdir. Bu səbəbdən də bir çox dövlətlər öz sərvətlərindən gələn
gəlirin çox hissəsini Silahlı Qüvvələrin formalaşdırılmasına
və inkişafına
yönəldirlər. Lakin
bu gün milli təhlükəsizlik
tək milli məsələ deyil:
"Gürcüstan hadisələri
bir daha göstərdi ki, Dağlıq Qarabağ problemi həllini tapmadan bölgədə silahlı toqquşma təhlükəsi qalacaq.
Ona görə də bölgə dövlətlərinin müstəqilliyi,
ərazi bütövlüyünün
toxunulmazlığı təmin
olunmalıdır. Azərbaycan
bu gün NATO-nun "Sülh naminə tərəfdaşlıq proqramı"nda
uğurla inkişaf edir". H.Çətin Bakının 2005-ci ildən
qurumun "Fərdi tərəfdaşlıq proqramı"na
qoşulduğunu da xatırlatdı. Həmçinin
Əfqanıstanda sabitliyin
təminində göstərdiyi
yardıma görə
Bakıya təşəkkürünü
də bildirdi. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin
NATO standartlarına uyğunlaşdırılması
istiqamətində müvafiq
addımlar atır:
"Bu regiona NATO-ya
tam üzvlük üçün
bütün imkanlar açılmalıdır. Çünki
kollektiv müdafiə
bu günün zərurətidir". H.Çətin
Türkiyənin NATO-nun genişləndirilməsinə
tərəfdar olduğunu,
Şimali Atlantika Alyansının Balkanlar, Orta Asiya və
Cənubi Qafqazda fəaliyyətini genişləndirməsini
istədiyini də söylədi.
A.Əzimov isə vurğuladı ki, Azərbaycanın ərazi
bütövlüyünün tanınması NATO-nun rəsmi
sənədlərində də
əksini tapıb.
Azad Əliyev
Həftə içi.- 2009.- 6 may.- S. 2.