Ekoloqlar ümummilli lideri andılar

 

DÜNƏN ekoloji sahədə misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər. Daha sonra ETSN- ulu öndər Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Ekologiya təbii sərvətlər naziri Hüseyn Bağırov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın yaranmasında möhkəmlənməsindəki xidmətlərindən danışıb, onu çox böyük siyasətçi kimi xarakterizə edərək bildirib ki, ümummilli liderimizin fəaliyyəti dövründə ölkədəki ekoloji problemlərin hamısı xüsusi diqqət mərkəzində olub ətraf mühitin mühafizəsi ilə bağlı müəyyənləşdirilmiş prioritetlər üzrə tədbirlər görülüb. Nazir həmçinin qeyd edib ki, müdrik rəhbərin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində verdiyi tövsiyələri bu gün gündəlik işdə rəhbər tutmaqdadır: "Ümummilli lider Heydər Əliyevin başladığı işlər, ideyalar onun layiqli davamçısı olan prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir".

  

  

Mirvari

 

Həftə içi.- 2009.- 7 may.- S. 5.