"Heydər Əliyev Azərbaycançılıq"

 

Dünən Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev Azərbaycançılıq" mövzusunda konfrans keçirilib. Bu barədə adıçəkilən partiyadan məlumat verilib. Millət vəkilləri, QHT nümayəndələri, ali məktəb müəllimləri digər qonaqların iştirak etdiyi tədbirdə eyni zamanda Heydər Əliyev Fondunun yaranmasının 5 illiyi qeyd olunub. Partiya sədri Xanhüseyn Kazımlı bildirib ki, H.Əliyev istər SSRİ dövründə istərsə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini yaradıb. Digər çıxışçılar da öz fikirlərini bölüşüblər.

  

 

Əli

 

Həftə içi.- 2009.- 7 may.- S. 3.