Mayda niyə toy etməzlər?

 

Bunun boş fərziyyələrdən başqa bir şey olmadığı bildirilir

 

Artıq əksər ailələr "May ayında toy etməzlər" deyimini əsas götürərək ayın həqiqətən uğursuz olduğu xeyir gətirməyəcəyinə inanır, mayda xeyir görməkdən vaz keçirlər.

Son illər isə bu hal əhali arasında xof yaradaraq tendensiyaya çevrilib. Bununla bağlı konkret bir fikir səslənməsə , əhalinin əksər hissəsi artıq bu halla razılaşaraq may ayında nəinki toy etmir, hətta adi el mərasimləri digər xeyir işlər görməyə çəkinirlər. Qeyd edək ki, bu günlərdə sənətçilərdən bir neçəsi şou-proqramlardan birində mayın gəlişi ilə əlaqədar toylarda fasilə olacağını bu müddət ərzində digər yaradıcı işləri ilə məşğul olacaqları barədə məlumat vermişdilər. Bundan əlavə, bəzi restoran şadlıq evləri artıq fəaliyyətinə fasilə verib. Əlaqə saxladığımız bir neçə şadlıq evindən may ayı başlayandan bəri hələ ki toy mərasimi ilə bağlı onlara müraciət edilmədiyini dedilər. Amma bəzi ad günləri əlamətdar günlər üçün təşkil olunan məclislər istisnadır. Durğunluğun səbəbini isə restoran şadlıq evlərinin əməkdaşları da bilmədiklərini söylədilər. Çoxlarına maraqlı olan bu mövzuyla bağlı aidiyyəti şəxslərlə söhbətləşib məsələyə aydınlıq gətirməyə çalışdıq.

Münəccim Səbuhi Rəhimli deyir ki, dünyanın bütün ölkələrində may ayında xeyir görülsə , bizdə bu hal kütləvi deyil: "Eşitdiyimə görə, ermənilərin hansısa tayfasında may ayında xeyir etməyiblər ki, bu da onların adət-ənənələrindən irəli gəlib. Amma bütün bunlara baxmayaraq ilin bəzi aylarını - Ramazanı, Məhərrəmi çıxmaq şərtilə yerdə qalan bütün aylarda, o cümlədən mayda da toy etmək yasaq deyil". Münəccim məsələnin astrologiya ilə heç bir bağlılığının olmadığını da dedi.

 

Mayı matəmə döndərən kimlərdir?

 

Təzəpir məscidinin axundu Hacı Faiz Nağızadə kütləviləşməkdə olan tendensiyanı avamlıqdan, cahillikdən doğan bir hal kimi qiymətləndirir hesab edir ki, bu, ermənilərin ortaya atmış olduğu bir ideyadır: "İllər boyu ölkəmizdə "at oynadan" bir çox düşmən millətlər öz ideyalarını bizə necə lazımdı sırıyıb ki, bunlardan biri "may ayında toy etməzlər" kimi yersiz qadağalardır. Əslində bu, ermənilərin hoqqabazlığıdır. Bundan əlavə, bəzi xristianlar da dini ayinlərinə görə, bu ayı ağır boş ay kimi qiymətləndirirlər. Ermənilər isə bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayır ki, bu da aprelin 24-dən başlayaraq mayın 24-dək davam edir. Adi bir riyazi hesablama aparanda bunu dəqiqliklə bilmək olur. Onlar hələ iyunun əvvəlindən 1 - 2 gün daxil etməklə bu müddəti matəm kimi qeyd edirlər. Bunu daha çox Bakıda yaşayan ermənilər ediblər ki, indi bakılıların bir qismi bundan irəli gələrək mayı matəm ayına döndərib".

Axund müsəlmanların özlərinin xəbəri olmadan ermənilərin ortaya atmış olduqları boş fərziyyələrin artıq dəb halını aldığından narahat olduğunu dedi: "Mən özüm şəxsən bir neçə il bundan əvvəl may ayında övladım üçün xeyir gördüm. şəriətdə, dinimizdə bununla bağlı hansısa bir qadağa yoxdur. Müsəlman aləmində yalnız o günlər nəhs sayılır ki, o gündə insan hansısa bir günah tutub, nalayiq bir görüb. Biz dəfələrlə bu barədə məlumat versək , nəticə çıxaran yoxdur".

BDU-nun professoru, folklorşünas Azad Nəbiyev isə mayda toy etməməyi təbiət hadisələri ilə əlaqələndirir: "Bu ayda toy etməməyin səbəblərini təbiətşünaslar həkimlər daha yaxşı bilər. Güman edirəm ki, təbiətin oyanması ilə əlaqədar orqanizmdə gedən proseslər çox qədimdən insanları belə bir ənənə yaratmağa sövq edib may ayında toy etməyin yasaqlanması da buradan qaynaqlanır".

 

Evlənmək üçün ən münasib vaxt

 

Mamalıq Ginekologiya İnstitutunun həkim-ginekoloqu Gülnar Cəfərovanın məsələyə münasibəti birmənalı deyil. Belə ki, ginekoloq yaz fəslində konkret olaraq may ayında insanların orqanizmində həm mənfi, həm müsbət yöndə dəyişikliklər olduğunu deyir: "Orqanizmlər müxtəlif olduğu üçün onların təbiətdə baş verən proseslərə reaksiyası dəyişkən olur. Bir qisim insan üçün fəsil dəyişkənliyi yüksək əhval-ruhiyyə gətirə bilər, digər bir qisim üçünsə tam əksinə. Bundan əlavə, el arasında aprel may aylarına "qan qaynayan" ay da deyirlər bu müddətdə insanların əhval-ruhiyyəsi eynilə təbiətdə olduğu kimi oyanma ilə müşayiət edilir. May ginekologiyada cinsi aktivliyin artdığı ay kimi xüsusilə qeyd olunur əgər diqqət etmisinizsə, yeni ailə quran xanımlarda da hamiləlik dövrü adətən bu aylardan etibarən başlayır. Bundan irəli gələrək el arasında may ayı ilə bağlı deyilənlərin əksinə olaraq bu ayın ailə qurmaq istəyində olanlar üçün daha münasib vaxt olduğunu məsləhət görərdim".

Müsahibim ayın insanlara gətirdiyi mənfi xüsusiyyətlərdən danışdı: "Ümumiyyətlə, mövsümün mənfi xüsusiyyətlərinə nəzər saldıqda ağır mərəzlərdən əziyyət çəkənlərin daha çox bu mövsümdə dünyasını dəyişdiyinin ya xəstəliyin bu müddətdə daha da intensivləşdiyinin şahidi olarıq. Amma hesab edirəm ki, toxunduğunuz məsələni tibbi cəhətdən əlaqləndirmək o qədər düzgün olmazdı. Çünki tibbdə fəsillər arasında orqanizm üçün ən təhlükəlisinin yay olduğu bildirilir. Buna əsaslansaq gərəkdir ki, yayı bütünlüklə istirahət mövsümü sayaq bu aylarda ümumiyyətlə xeyir görməyək".

  

  

Naibə

 

Həftə içi.- 2009.- 7 may.- S. 1;6.