"Elə bil
Yurd dəlisi Araz Elsəs "Hoydu, hoydu, yaradaşlarım"
dedi
Neçə ildir Azərbaycandan kənarda -
İsveçdə yaşayan,
yanğılı səsi
ilə vətəninin
şəninə nəğmələr
qoşan, hayqırtısı
dünyanı bürüyən,
qopuzunu yanğılı-yanğılı
dilləndirən aşıq-ozan
Araz Elsəs hazırda Bakıdadır.
Onun doğma vətəninə
gəlməsinin səbəblərindən
biri Qarabağ yanğısı ilə çəkdirdiyi növbəti
klipini media əhlinə
təqdim etmək idi.
Rejissoru Cavid olan "Hoydu-hoydu, yaradaşlarım"
adlı bu ekran əsəri rok stilində vətənpərvərlik ruhunda
bəstələnib. Araz Elsəs
belə seçim etməsinin səbəbini
rok stilində üsyanın daha qabarıq olması ilə əlaqələndirdi.
Klipə
tamaşa edən media
işçiləri suallarını
Araza və rejissora ünvanladılar.
Araz Elsəs ona ünvanlanan suallara "bu gün Şuşanın alınması günüdür,
sizə başsağlığı
verirəm" cümləsi
ilə başlayandan sonra klip haqqında
məlumat verdi:
"Bu klip Qarabağla
ilgilidir. İndiyə qədər Qarabağa
həsr olunmuş çoxlu mahnı yazılıb, oxunub, Qarabağın gözəlliyini,
təbiətini tərifləyiblər.
Amma mən bu mahnıda
çalışmışam sıxıntı yox, hayqırtı olsun. Yəni məhz belə söyləməyə çalışmışam.
Kimdə
Qarabağ yarası var, mən bu
mahnıda onlara - yaradaşlarıma səslənmişəm.
Bu gün bura
gələnlər də
mənim yaradaşlarımdır.
Gəldiyinizə görə
çox sağ
olun. Az
da olsa, hər halda, əsas odur ki burda varsınız.
Mahnıda rok janrına
müraciət etməyimin
səbəbi də odur ki rokda
bir etiraz var və mənim
mahnım da bir etirazdır. Torpaqlarının 20 faizi basqı
altında olan bir ölkədə etiraz səsi duyulmalıdır ki, mən torpağımı
geri istəyirəm.
Bu, musiqisində də, yaşamında da duyulmalıdır".
Araz Elsəs "Nəyə görə Azərbaycana az-az gəlirsiniz" sualını
belə cavabladı:
"Çox istərdim
tez-tez gələm, ancaq bilirsiniz, uzaqda yaşayıram, yurddan uzaqdayam. Orda artıq özümün bir həyatım da var. Çalışıram
əlimdən gələn
qədər tez-tez gəlim. Ancaq bu uzaqlığın
da törətdiyi problemlər var. Bu problemlər
çox şeyə
mane olur. Amma əlimdən
gəldiyi qədər
çalışacam tez-tez
gəlim, tez-tez görüşək. Budəfəki gəlişim də hüznlü günə təsadüf etdi. Ancaq istərdim Azərbaycanan şən günlərində
də burada olum. Təəssüf ki, olmur".
Aşıq-ozan "Bakıda
nə zaman konsert proqramı ilə çıxış
edəcəksiniz" sualına
müsbət cavab verdi: "Konsert
vermək fikrindəyəm.
Dostlarla söhbət etmişik, Mədəniyyət Nazirliyi
ilə danışmışıq.
Onlar da konsert məsələsinə
müsbət yanaşdılar.
Ola bilər yaxın
ayların içərisində
gözəl bir konsert olsun. Bu mənim ən
böyük istəyimdir.
Çünki darıxmışam, həqiqətən darıxmışam.
2 gün bundan
öncə Opera və
Balet Teatrında Türkçülük bayramında
çıxdım səhnəyə,
2 - 3 mahnı oxudum.
Nə qədər darıxdığımı orda
özüm də hiss
elədim - insanlarımız
üçün, onlarla
görüşmək üçün.
Avropada yaşayıram,
amma elə bil
Araz Elsəs klipin yayımlanması barədə bunları söylədi: "İsveçdə
bilmirəm, Türkiyədə
danışmışam, olarsa
Amerikada, çünki
orada bizim telekanallar var. Marağı
olan insanların hamısına klipi təqdim edəcəyik. Kimin ürəyində Qarabağ
yarası varsa, telekanalda onu göstərəcək. Mənim əlimdən
bu gəlir - mahnını yazam, oxuyam, hayqıram, bağıram, klip çəkdirəm. Gerisi daha
mənim işim deyil". Sonda əlavə edək ki, Araz Elsəsin
təqdimat mərasiminə
çox az
sayda qəzet yazarı gəlmişdi. Bu da haqlı
olaraq onu incitdi, ürəyinə toxundu. Amma hər hansı bir istedadsız, ədəb-ərkandan kənar
olan müğənninin
mənasız bir mahnısının təqdimatına
hər zaman jurnalistlər axın edirlər - səviyyəsiz
suallar vermək və elə səviyyəsiz cavablar almaq üçün!
Xatirə
Həftə içi.- 2009.- 8 may.- S. 7.